Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:58

MTN rəsmisi: «Ombudsmanın müraciəti üzrə araşdırma aparılır»


Milli Təhlükəsizlik Nazirliyi
Milli Təhlükəsizlik Nazirliyi
«Ombudsman Elmira Süleymanova Culfa sakini Turac Zeynalovun ölümünün səbəblərinin araşdırılması üçün Milli Təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edib. Həmin müraciət nazirliyə daxil olub və cənab nazirin göstərişinə əsasən ombudsmanın müraciəti üzrə araşdırma aparılır».

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev «Media forum» saytına açıqlamasında belə deyib.

MTN rəsmisi bildirib ki, araşdırmaların nəticəsi barədə ombudsmana məlumat veriləcək.

Turac Zeynalovun şübhəli şəxs kimi həbs edildiyi cinayət işi haqda Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin rəsmi açıqlama verdiyini xatırladan Arif Babayev deyib ki, hazırda cinayət işinin istintaqı davam edir:

«Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirlərinin konkret nəticələri üzrə cinayət işi başlanıb. İstintaqın nəticələrindən asılı olaraq ictimaiyyətə əlavə məlumat veriləcək».

Turac Zeynalov avqustun 24-də Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb və bir neçə gün orda saxlandıqdan sonra ölüb. Ailəsi iddia edir ki, Turac Zeynalov işgəncələr nəticəsində ölüb.

Naxçıvan Milli Təhlükəsizlik Nazirliyi isə bildirir ki, dəri xərçəngindən əziyyət çəkən Turac Zeynalovun səhhəti avqustun 28-də istintaq təcridxanasından nazirliyə gətirilərkən pisləşib. Ona tibbi yardım göstərilib, amma bununla belə həyatını xilas etmək mümkün olmayıb.

MÖVZU İLƏ ƏLAQƏDAR OXU

QARA RƏNGLİ «TOFAŞ»...
XS
SM
MD
LG