Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:12

10 ildə Ermənistan əhalisi 53 min nəfər artıb


Foto: Arxiv
Foto: Arxiv
Son siyahıyaalma Ermənistanda aparılan üçüncü siyahıyaalmadır. Bundan əvvəl əhali 2001-ci ildə siyahıya alınmışdı.

Son siyahıyaalma oktyabrın 12-dən 21-dək keçirilib. Bu iş bəzi əlavələrlə birlikdə ilin sonuna qədər davam edəcək. Bu məqsədlə büdcədən 2.4 milyard dram (6.3 milyon ABŞ dolları) ayrılıb. Yekun nəticələr 2013-cü ildə nəşr olunacaq.

3 MİLYON 266 MİN

2001-ci ildə aparılmış siyahıyaalmaya əsasən, Ermənistanın əhalisi 3 milyon 213 min nəfər idi. Statistika Komitəsinin 2011-ci il 1 iyul tarixli məlumatına əsasən isə, Ermənistanda daimi yaşayanların sayı 3 milyon 266 mindir. Beləliklə, son 10 ildə Ermənistanda əhalinin sayı 53 min nəfər artıb.

Bununla belə, ekspertlər bu fikirdədirlər ki, hazırda respublikada yaşayan əhalinin sayı deyiləndən xeyli azdır.

«Ermənistanda miqrasiya və insan inkişafı» hesabatının müəllifi etnoqraf Aqasi Tadevosyan AzadlıqRadiosunun erməni xidmətinə bunları deyib:

Foto: Arxiv
Foto: Arxiv
«Əhalinin siyahıyaalınması tək Ermənistanda yox, bütün dünyada kifayət qədər dəqiq deyil. Bunun subyektiv və obyektiv səbəbləri var. Subyektiv səbəb budur ki, Ermənistanda qeydiyyatda olsalar da, yaşamayanlar kifayət qədərdir. Bununla belə, onlar da sakindirlər. Subyektiv səbəb isə siyasidir, yəni birbaşa seçki siyahısının təmin olunması».

«BU, FACİƏDİR»

Etnoqrafın fikrincə, Ermənistanda real vəziyyət bundan ibarətdir ki, son zamanlar çoxları ölkəni tərk ediblər:

«Bu, bir neçə aspektdən faciəlidir: əhalinin ümumi sayı, artımı, yaşlı əhali ilə yeniyetmələrin, ortayaşlı insanlarla uşaqların nisbəti pozulur».

Hətta «Facebook» sosial şəbəkəsində belə bir sorğu keçirilib: «Siz əhalinin siyahıyaalınmasında iştirak etmisiniz?». İştirakçıların əksəriyyəti «yox» cavabı verib.
XS
SM
MD
LG