Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:04

Ali Khameneinin nümayəndəsi aeroportdan geri qaytarılıb


İlham Əliyev və Mahmud Ahmadinejad
İlham Əliyev və Mahmud Ahmadinejad
Azərbaycan İranın yüksək rütbəli şəxsinin ölkəyə girişinə icazə verməyib. Bu haqda İran səfirliyi mayın 29-da məlumat yayıb. Səfirlik həmin şəxsin İranın Ali dini lideri Ali Khameneinin nümayəndəsi Fərid Əsrinin olduğunu deyib. Reuters agentliyi yazır ki, bu, «Eurovision» mahnı müsabiqəsi ilə bağlı iki ölkə arasında yaranmış gərginliyi daha da artıra bilər. İki ölkə arasındakı münasibətlər bir-birini daxili işlərinə qarışmaqda ittiham etmələrindən sonra xüsusilə gərginləşib.

Ötən həftə İran məsləhətləşmək üçün Azərbaycandakı səfirini geri çağırıb. Səfirliyin məlumatında deyilir ki, «təəssüflə bildiririk ki, İranın ali dini liderinin mədəniyyət xidmətinin rəhbərinin bazar ertəsi Azərbaycana daxil olmasına icazə verilməyib. Bu, qeyri-diplomatik yolla edilib». Bildirilir ki, həmin şəxs Heydər Əliyev Hava Limanından geri qaytarılıb.

İranda ali dini lideri Ayatollah Ali Khamenei ən nüfuzlu şəxsdir. Onunla birbaşa işləyən vəzifəli şəxslər çox nüfuzlu şəxslər sayılır.

Azərbaycan rəsmiləri məlumatı şərh etməkdən imtina ediblər.

İranda din adamları və millət vəkilləri «Eurovision» Mahnı Müsabiqəsini, xüsusilə gey-paradı pisləmişdilər. Halbuki gey-parad keçirilməmişdi. Bunun ardınca Bakıdakı İran səfirliyi qarşısında Ayatollah Ali Khamenei və Mahmoud Ahmadinejadın şəkillərini daşıyan və üzərində «Azərbaycanın homoseksual din adamlarına ehtiyacı yoxdur» şüarları yazılmış piket keçirilmişdi. İran bundan çox hiddətlənmişdi.

İki ölkənin dini eyni olsa da siyasi sistemləri bir-birindən kəskin fərqlənir.

Mayın 29-da Azərbaycan İranda yoxa çıxmış iki azərbaycanlı şairlə bağlı nota verib. Onların harada olmasına aydınlıq gətirilməsini istəyib. Həmin şairlər bu ayın əvvəlində Təbrizə səfərləri zamanı həbs olunub.
XS
SM
MD
LG