Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:13

Prezidentin qızı


Gulnara Karimova
Gulnara Karimova
-
Atasını adamları diri-diri qaynatmaqda ittiham edirlər, lakin Googoosha (Gulnara Karimova) ulduz olmaq istəyir.

Londonda çıxan «The Independent» qəzetinin son sayında dərc olunmuş bir məqalə belə adlanır.

Jurnalist Shaun Walker yazır ki, «onu şəkilləri ABŞ boyunca şəhərləri bəzəyən «ekzotik özbək gözəli» kimi təsvir edirlər. Onun internet səhifəsindəki bioqrafiyasında isə deyilir ki, ucalmaqda olan pop-ulduzu Googoosha «şair və mezzo-sopranodur».

«The Independent» qəzeti yazır ki, o, hətta özünün yeni rəqs mahnısı «Round Run»ın klipini ABŞ-ın aparıcı musiqi jurnalında reklam etdirib.

Shaun Walker davam edir:

«Lakin Googoosha'nın makiyaj edilmiş üzü və eyhamlı bir şəkildə yarıaçıq dodaqları ilə müşayiət olunan reklamlarında bir məsələnin üstü vurulmur: onun əsil adı Gulnara Karimova’dır və o, dünyanın ən qəddar diktatorlarından biri - Özbəkistanın lideri Islam Karimov'un qızıdır».

Müxbir yazır ki, Özbəkistanı Sovet İttifaqı çökəndən bəri idarə edən cənab Karimov dissidentləri diri-diri qaynatmaqda ittiham olunub. Onun təhlükəsizlik qüvvələri isə 2005-ci ildə yüzlərlə silahsız etirazçını gülləbaran ediblər.

Məqalədə deyilir ki, Özbəkistanda uşaq əməyinin istismarı geniş yayılıb və məktəblilər aylarla pambıq yığmağa məcbur edilirlər:

«Britaniyanın Özbəkistandakı keçmiş səfiri Craig Murray də daxil olmaqla tənqidçilər deyirlər ki, xanım Karimova ailənin nəhəng korrupsiyası ilə şəxsən bağlıdır. Onun rejimin «çirkli pullar»ını yuduğu güman edilən bir İsveçrə şirkəti ilə əlaqəli olduğu söylənir, hərçənd onun özü bunu həmişə inkar edib».

ÖLKƏDƏ ƏN ÇOX NİFRƏT EDİLƏN

Amerikanın diplomatik teletayplarını açıqlamış «WikiLeaks» saytı adi özbəklərin onun barəsində nə düşündüklərindən söhbət açıb:

«Özbəklərin əksəriyyəti Karimova’nı acgöz, hakimiyyət hərisi olan bir şəxs kimi görürlər. O, qarşısına çıxan biznes adamlarını və ya hər hansı başqa şəxsləri əzmək üçün atasından istifadə edir. O, ölkədə ən çox nifrət edilən şəxsdir». - yazır «The Independent».

Islam Karimov
Islam Karimov
Məqalədə deyilir ki, öz ölkəsində dost tapa bilməyən Gulnara xaricdə populyarlıq qazanmaq istəyir. Onun rəsmi «Twitter» hesabında belə yazılıb:

«Kylie Minogue xoşunuza gəlir? Deməli, siz ekzotik pop sensasiyası Googoosha’nı axtarmamısınız».

Hərçənd jurnalistin fikrincə,«xanım Karimova Imelda Marcos’a və Saif al-Islam Gaddafi’yə daha çox bənzəyir».

İŞGƏNCƏNİN RİTMİK SƏSİ

«The Independent» qəzetinin müxbiri yazır:

«Qocalmaqda olan atasının potensial varisi kimi haqqında çoxdan danışılan 40 yaşlı diktatorun qızı Harvardda oxuyub. O, xeyli vaxtdır ki, beynəlxalq legitimlik qazanmaq üçün özünü moda və zinət əşyalarının dizayneri kimi təqdim edir. Ötən il insan haqları təşkilatlarının etirazlarından sonra onun Nyu-York Moda Həftəsində planlaşdırılan şousu ləğv edilib».

Məqalədə deyilir ki, «Googoosha» adlanan internet saytında onun valideynlərindən heç söhbət
Gulnnara Karimova
Gulnnara Karimova
açılmır.

«Mənim şeirlərim mənim fikirlərim, hissiyyatım və hisslərimlə qafiyələnib, məhz buna görə də şeirlərim mənim üçün qiymətlidir», - yazır Googoosha.

Googoosha'nın başqa bir fəlsəfəsi:

«Bu şeirlərdəki özünüdərk onları həyat təranəsi kimi səsləndirir. Bunlar Googoosha’nın həyat təcrübələridir… Dinlə, rəqs et, bayram et və düşün».

«The Independent» yazır ki, bu qədər təbliğat və reklama baxmayaraq, xanım Karimova'nın mahnılarının kommersiya uğurları qeyri-müəyyəndir. Məsələn, Özbəkistan mediasının guya onun mahnısının ABŞ musiqi hit-paradında 5-ci olması barədə yaydığı xəbərlər dezinformasiyadır.

Görünür, məşhur «Amazon» saytında Googoosha'nın yeni albomu barədə qeyd yazanlar bu müğənninin kim olduğunu başa düşüblər.

Onlardan biri yazır:

«İşgəncənin ritmik səsi. Mən heç bilməzdim ki, qızmar günəş altında gündə 12 saat işləyən uşaqların səsləri kiməsə bu qədər rahatlıq gətirə bilər».
XS
SM
MD
LG