Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:09

Elşad Abdullayevin yeni videolarında MTN-ə qarşı iddialar [Video]


-
Sabiq universitet rektoru Elşad Abdullayev növbəti videolarını AzadlıqRadiosuna göndərib. Əvvəlki gizli çəkilişlərdə olduğu kimi, bu videolarda da söhbət Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin girovluqdan azad olunması haqda gedir.

Elşad Abdullayevin dediyinə görə, çəkilişlər 2007-ci ilin yazında aparılıb.

VİDEOLARIN QISA MƏZMUNU

Özünü MTN zabitləri kimi təqdim edən şəxslər Mahir Abdullayevin azad olunması üçün Elşad Abdullayevə yardım etmək istəyirlər. Onlar iddia edirlər ki, Mahir Abdullayevi öz həmkarlarının şikayəti əsasında Daxili İşlər Nazirliyinin Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşları həbs edib. Deyirlər ki, Mahir başqa ad altında MTN-də həbsdə saxlanır, onun azad olunması üçün Milli Təhlükəsizlik nazirinin özünə çıxmaq, pul verib Mahiri azad etdirmək lazımdır. Lakin nazirin özü birbaşa belə məsələləri müzakirə etmədiyindən onun qeyri-rəsmi təmsilçisi olan Sahib adlı şəxslə görüşməyi təklif edirlər. Sahiblə görüş baş tutur. Lakin o, deyir ki, Mahir Abdullayevi kriminal qruplar qadın üstündə girov götürüblər. Pul müqabilində onu geri qaytara bilərlər, lakin təhlükəsizlik qarantiyası istəyirlər.

MAHİR ABDULLAYEV BELƏ HƏBS OLUNUB

Bu videoda Elşad Abdullayevin MTN əməkdaşı İlqar Abbasov kimi təqdim etdiyi şəxs Mahir Abdullayevin «20 Yanvar» metrosu yaxınlığında həbsi epizodunu təsvir edir. Deyir ki, Mahir Abdullayevə zəng gəlib. O, öz maşınından düşüb piyada Respublika Xəstəxanasına tərəf gedəndə onu maşına otuzdurub «banditizmə» aparıblar. İddia edir ki, onu başqa adam - Əhmədov İsgəndər İbrahim oğlu adı altında saxlayırlar..

Elshad Abdullayevin gizli videosu-1 (Mahir Abdullayev necə həbs olunub)
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

QRUP FOTOSUNDA MAHİR ABDULLAYEVİ TANIYIR

Bu videoda yenə də İlqar Abbasov və MTN-nin digər əməkdaşı kimi təqdim olunan Fikrət adlı şəxs Elşad Abdullayevin bütün videolardan hamıya tanış olan kabinetindədirlər. İlqar əmin edir ki, Mahir Abdullayevlə bağlı bütün rəylər müsbətdir (görünür onun fəaliyyətindəki cinayət tərkibinin olmadığını nəzərdə tutur – red.), onun tanışlıq və ya pulla azad olunması lazımdır. Əks-halda, iddia edir ki, MTN Mahir Abdullayevdən başqa ölkələrə qarşı casus qismində istifadə edəcək.

Fikrət adlı şəxsin iddialarına görə, guya MTN-in elə preparatları var ki, iynə kimi adama vurandan sonra hər şeyə razı olur. Videoda Elşad Abdullayevin Fikrət deyə müraciət etdiyi şəxs iddia edir ki, Elşad Abdullayevin qardaşının istintaqında özü də iştirak edir. Bunu yoxlamaq üçün Elşad Abdullayev ona Mahir Abdullayevin qrup şəklini göstərir ki, burada Mahiri göstər. Fikrət fotoda Mahiri tanıya bilir.

Videodakı şəxslər deyirlər ki, Elşad Abdullayev məsələni həll etmək üçün nazir müavinləri ilə deyil, Eldar Mahmudovla (nazir) əlaqəyə girməlidir. Nazirin belə işləri birbaşa deyil, Sahib adlı MTN-ə heç bir rəsmi aidiyyəti olmayan şəxs vasitəsilə həyata keçirdiyini deyən Fikrət söz verir ki, Elşad Abdullayevi onunla görüşdürsün. Növbəti videoda, hər şeydən göründüyü kimi, belə bir görüş baş tutur.

Elshad Abdullayevin gizli videosu-2 (MTN zabitlləri ilə görüş)
Gözlə

No media source currently available

0:00 0:06:51 0:00

MTN-NİN QEYRİ-RƏSMİ TƏMSİLÇİSİ «SAHİB»

Elşad Abdullayev iddia edir ki, bu adamı Bakıda «Kəkilli» və ya «Qorbaçov» ləqəbi ilə tanıyırlar. Sahib adlı şəxs Elşad Abdullayevə deyir ki, Mahir Abdullayevi qadın üstündə girov götürüblər və onun azad edilməsi üçün görüşlər aparır. Deyir ki, guya Mahir Abdullayevi oğurlayan şəxslər onu pul müqabilində buraxmağa sevinərlər, lakin təhlükəsizlik qarantiyası istəyirlər.

Elshad Abdullayevin gizli videosu-3 (Sahib "Qorbaçov"la görüş)
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

VİDEOLAR HAQDA DAHA ƏTRAFLI

Elşad Abdullayevin AzadlıqRadiosuna göndərdiyi videoların texniki keyfiyyəti baş verən söhbətləri tam anlamağa imkan vermir. Təqdim etdiyimiz hissələr videoların nisbətən başa düşülən hissələridir. Elşad Abdullayev iddia edir ki, göndərdiyi videolarda MTN və DİN-nin rəhbər işçilərinin, digər dövlət rəsmilərinin adları hallanır.

Xatırladırıq ki, AzadlıqRadiosuna müsahibəsində sabiq rektor əmin edirdi ki, bütün bu videolar istintaqa təqdim olunub. AzadlıqRadiosu istintaq orqanlarından şərhlər, rəsmilərin və adıçəkilən şəxslərin reaksiyalarını almağa cəhd edir.

AzadlıqRadiosu videoların səs keyfiyyətini artırandan sonra orada gedən söhbətlər haqda daha ətraflı məlumatlarla yenidən bu mövzuya qayıdacaq. AzadliqRadiosu.az saytını izləyin.
XS
SM
MD
LG