Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:46

Astara gömrüyünə kartofa əlavə «haqq»


Foto: Arxiv
Foto: Arxiv
-
Astara gömrüyündə İrandan gətirilən kartof məhsullarına məhdudiyyətlər qoyulub. İrandan geri qayıdan, özü ilə kartof gətirən Azərbaycan vətəndaşlarından Astara gömrüyü hər kiloqram üçün 30 qəpik rüsum alır.

Bir müddət öncə eyni qayda Naxçıvan gömrüyündə də tətbiq edilmişdi. Orada isə söhbət tək kartofdan yox, bütün ərzaq məhsullarından gedirdi. Ancaq bu rüsum 10 kiloqramdan artıq məhsullara tətbiq edilirdi. Bu halı o vaxt AzadlıqRadiosuna Culfa gömrüyündə də təsdiq etmişdilər. Ancaq yeni qaydanın nəyə əsasən verildiyi və hansı zərurətdən irəli gəldiyi izah edilməmişdi.

Astarada sərhədyanı ticarətlə məşğul olan Hacı Fayıq Cəfərzadə AzadlıqRadiosuna bildirib ki, rüsum alınarkən qəbz verilmir. İran tərəfi də hər bir Azərbaycan vətəndaşından 1 manat 70 qəpik sığorta alır:

«Bu pullar gündəlik olaraq İrana gedən piyadalardan tələb olunur. Hüquqi və fiziki şəxslər nəqliyyat vasitəsilə İrandan kartof məhsulu gətirəndə xeyli çətinliklərlə üzləşirlər. Buna görə də İrandan qayıdan azərbaycanlılar kartof gətirməkdən ehtiyat edirlər. İranda kartofun bir kiloqramı 40-50 qəpik olduğu halda Astara gömrüyündən keçirdəndən sonra qiyməti 90 qəpiyə çatır».

Astara gömrük məntəqəsində bu yeni qaydayla bağlı izahat verməkdən imtina ediblər.
XS
SM
MD
LG