Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:19

Leyla Yunus aeroportda saxlanıb (Onun ofisində və evində polislər)


Leyla Yunusun evindəki axtarışdan bir az əvvəl
Gözlə

No media source currently available

0:00 0:04:46 0:00

Leyla Yunusun evindəki axtarışdan bir az əvvəl

"Prezident Administrasiyasından sifariş verilib ki, böyük bir casus qrupu tapılsın. Hansı ki bu qrup Ermənistana işləyir. Və mən Leyla Yunus da həmin qrupun rəhbəri olacam".

-

Gün ərzində hadisənin inkişafını LiveBlogdan izlə


Saat 01:40-da Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun Bakıdakı ofisinin qarşısına 1 polis maşını və 2-3 nəfər polis əməkdaşı gəlib.

AzadlıqRadiosunun hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, polislərin yanında azı 6 nəfər mülkigeyimli də var.

Leyla Yunusun evinə də polislər gəlib. İki nəfər mülki geyimli onun yaşadığı binaya keçib. AzadlıqRadiosunun müxbiri xəbər verir ki, binanın qarşısındakı çevik polis alayının əməkdaşları jurnalistləri binadan çıxırarlar.

L.Yunusun ofisi yerləşən binanın qarşısındakı mülki geyimlilər və polislər vəkil Xalid Bağırovın ofisə keçməsinə icazə vermirlər. Vəkilin buraxılmamasının səbəbini soruşduqda belə göstəriş verildiyini bildiriblər. Amma göstərişi kimin verdiyini açıqlamayıblar.

Xalid Bağırov AzadlıqRadisouna deyib ki, əvəlla, axtarış aparılırsa bununla bağlı axtarış aparan qurumun icazə kağızı olmalıdır. İkincisi, axtarışda vəkilin və digər maraqlı şəxslərin iştirakı təmin olunmalıdır:

"Amma bizə nə axtarışın əsasları, nə axtarışı kimin və nəyə görə keçirdiyi haqda məlumat verilmir".
Sülh və Demokratiya İnstitutunun ofisinin yerləşdiyi bina. Nizami küçəsi, 63
Sülh və Demokratiya İnstitutunun ofisinin yerləşdiyi bina. Nizami küçəsi, 63


***

Tanınmış hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunus ilə birlikdə aprelin 28-də axşamdan xeyli keçmiş Bakı Hava Limanında, Dohaya gedərkən saxlanılıb.

"Əvvəlcə bizə ölkədən çıxışımıza
Leyla Yunusun yaşadığı bina
Leyla Yunusun yaşadığı bina
qadağa qoyulduğunu dedilər. Hazırda hava limanında çamadanlarımızda axtarış aparırlar. Axtarışı kameraya çəkirlər. Bundan sonra evimdə və ofisdə axtarış olacağını bildirirlər" - bunu Azadlıq Radiosuna aeroportda saxlanan Leyla Yunusun özü xəbər verib.

- Bəs, ölkədən çıxışınıza qoyulan qadağa və çamadanlarınızda axtarış aparılmasını nə ilə izah edirlər?

- Axtarışı nəyin əsasında apardıqları, məni niyə saxladıqları barədə heç bir məlumat vermirlər. Ümumiyyətlə, nə mənim ölkədən çıxmağıma qadağa, nə də aparılan axtarışlar hüquq çərçivəsində deyil. Prokurorluğun əməkdaşı Ləmbəranski təcili aeroporta gəlmiş vəkilim Xalid Bağırovun mənimlə görüşünə və axtarışda iştirakına imkan vermədi.

- Necə düşünürsüz, ölkədən çıxmağınıza qoyulan qadağa nə ilə bağlı ola bilər?

- Prezident Administrasiyasından sifariş verilib ki, böyük bir casus qrupu tapılsın. Hansı ki bu qrup Ermənistana işləyir. Və mən Leyla Yunus da həmin qrupun rəhbəri olacam.

Leyla və Arif Yunusları aeroportda yola salan "Turan" informasiya agentliyinin rəhbəri Mehman Əliyev isə bunları deyib:

"Onlar hava limanına hardasa saat 10-da gəldilər. Fransa səfirinin birinci katibi və ABŞ-ın müvəqqəti işlər vəkili onları müşayət edirdilər. Onlar Brüsseldəki tədbirə dəvət almışdılar ora gedirdilər. Amma sərhəd keçid məntəqəsində pasportlarını götürüb, onlara ölkədən çıxmalarının qadağan olunduğunu bildirdilər.

Gün ərzində hadisənin inkişafını LiveBlogdan izlə


Amma diplomatların hökumətlə danışıqlarından sonra pasportlarına ştamp vuruldu və uçuşlarına icazə verildi. Amma sonradan uçuşa buraxılmadılar. Hardasa saat 23:15-də Leyla Yunus mənə zəng elədi ki, 4 nəfər mülki geyimli şəxs onların çamadanlarına baxış keçirirlər. Bundan sonra evlərində və ofislərində də axtarış aparılacaq. Hazırda onlar hava limanındadırlar".
Arif Yunus
Arif Yunus


Vəkil Xalid Bağırov AzadlıqRadiosuna deyib ki, ona Leyla Yunusla görüşə və axtarışda iştirak etməyə imkan verilmir. Vəkil ehtimal edir ki, Leyla və Arif Yunusu jurnalist Rauf Mirqədirovun işinə görə saxlanıblar:

"Çox ehtimal ki, onlar Rauf Mirqədirovun işi ilə bağlı saxlanıblar. Çünki bu işə görə Leyla Yunusun şəxsi bank hesabına həbs qoyulub. Rauf Mirqədirovun işini aparan müstəntiqə mənim iştirakım olmadan hər hansı dindirilmə aparılmamasını yazdım. Amma hələki mənə heç biri məlumat vermirlər".

Bundan əvvəl, L.Yunusla birgə erməni-Azərbaycan sülh yaratma layihələrində iştirak etmiş jurnalist Rauf Mirqədirov həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.

Leyla Yunus bir neçə gün qabaq R.Mirqədirovun həbsindən danışarkən AzadlıqRadiosuna bunları demişdi:
Leyla Yunusç Almaniyanın Esslinqen şəhərinin beynəlxalq insan haqları mükafatını qəbul edərkən,05 May, 2013
Leyla Yunusç Almaniyanın Esslinqen şəhərinin beynəlxalq insan haqları mükafatını qəbul edərkən,05 May, 2013
"Məni neçə ildir ki, tutmaq istəyirdilər. 2009-cu ildə Ramil Usubov məni məhkəməyə vermişdi, daha sonra evimi dağıtdılar. İndi də elə vəziyyət yaranıb ki, kimi istəyirlər tuta bilirlər. Məni narkotiklə tutmaq bir az gülünc görünərdi. Vətənə xəyanət maddəsində istintaq və məhkəmə qapalı keçirilir. İstintaq istədiyini yazacaq və çıxıb televiziyada deyəcəklər ki, guya biz 30 ildir ermənilərə işləyirik. Bunlar istəyir ki, fəalları böyük bir casus qrupu adı altında həbs etsinlər. Azərbaycanı fərqli fikirli insanlardan tamamilə təmizləmək istəyirlər. Hakimiyyət sovet dövründəki kimi «sən mənimlə deyilsən, demək mənə qarşısan» prinsipi ilə işləyir. Bunlar istəyirlər ki, Azərbaycanda siyasi məhbuslarla bağlı danışan qalmasın".

Hazırda müxbirlərimiz L.Yunusun harada olduğunu müəyyənləşdirməyə çalışırlar. Az sonra ətraflı xəbərimiz olacaq.

1956-cı il doğumlu Leyla Yunus Azərbaycanda Milli Azadlıq Hərəkatının liderlərindən olub.

1992-93-cü illərdə Müdafiə Nazirliyinin İnformasiya Analitik Mərkəzinin rəhbəri kimi çalışıb.

1995-ci ildən Sülh və Demokratiya İnstitutunun rəhbəridir.

Azərbaycanda demokratiya və insan haqları sahəsində davamlı layihələr gerçəkləşdirir.

O, Ermənistandakı qeyri-hökumət təşkilatları ilə sülhə yönələn birgə layihələr də həyata keçirib.

2009-cu ildə polisi kəskin tənqid etdiyi üçün Leyla Yunusu daxili işlər naziri Ramil Usubov məhkəməyə vermişdi.

L.Yunus həm də Bakıda evlərindən çıxarılan sakinlərin hüquqlarını müdafiə edir.

Tarixçi Arif Yunus Xalq Cəbhəsinin yaradıcılarından biri olub. 1992-93-cü illərdə Prezident Aparatının İnformasiya-Analitik Şöbəsinə başçılıq edib.

1994-97-ci illərdə “Karitas” beynəlxalq humanitar Təşkilatının Azərbaycandakı təmsilçisi kimi çalışıb.

1997-ci ildən Sülh və Demokratiya İnstitutunun Konfliktologiya və Miqrasiya departamentinin rəhbəridir.

Hərb tarixinə aid, eləcə də Qarabağ problemi, qaçqınlıq mövzularında çoxsaylı məqalələrin müəllifidir.

“Mesxeti türkləri”, “Dünya mədəniyyətləri”, “Azərbaycanda İslam”, “Qarabağ: dünəni və bu günü” adlı kitabları çap edilib.

Leyla və Arif Yunusların saxlanması barədə siz nə düşünürsünüz?

Gün ərzində hadisənin inkişafını LiveBlogdan izlə

XS
SM
MD
LG