Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:23

Vətən! Mən güllə kimi keçdim sən verdiyin acıların üstündən...


Rüfət Səid Əhmədzadə
Rüfət Səid Əhmədzadə

-

Rüfət Səid Əhmədzadə



Vətən!
Bu gecə qulağımın dibindən güllə keçdi...
Anamın kədərini qucaqladım,
Atamın qürurunu sığalladım...
Sevgilimin həsrətiylə öpüşdüm...
Dostları salamladım...
“Arxayın olun” deyə.
Xatirələrin hamısı durdu yerində, Vətən!
Mən güllə kimi keçdim
Sən verdiyin acıların üstündən.

Vətən!
Sənə qurban olaram, nolar...
imkan vermə,
Məni qoyun kimi qurban etsinlər hədər yerə.
Ölümüm də qələbəyə xidmət etmirsə...
Onda
Bəlkə sən gizlənmişdin o güllədən
Qulağımın dibində büzüşərək?!
Genişliyin xəyallarımdır ancaq,
Həqiqətdə bu dar səngərə dolmusan, demə.
Allah bilir,
hansı kişinin oğlu qazmışdı bu səngəri...
İndi səngər qazır səni qəlbimə.
Ölənlərin hamısı gəlib durdu önümdə,
Mən güllə kimi keçdim
Sən yaşatdığın həyatın üstündən.

Vətən!
Sənin gözəlliyin
Neftində deyil
Heç Xəzərində də deyil, mən ölüm.
Küləklər şəhərinin göbəyiaçıq gözəlləri də...
Əsgərin qoynundakı bir əzik şəkil qədər gözəl deyil.
Yəqin, sabah da keçər qulağımın dibindən
Növbəti düşmən gülləsi yox,
Yaşamaq eşqi.
Yəqin, sabah Əzrayıl özü düşər yanıma...
Mən cumaram üstünə,
Səni sevdiyim kimi.

02.08.2014

XS
SM
MD
LG