Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:02

Ziyafət Əsgərov: «Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü nə təşkilatdır?»


Ziyafət Əsgərov
Ziyafət Əsgərov

-

«Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü nə təşkilatdır? Haradan əmələ gəlir bu təşkilatlar? Hər bir təşkilat bir söz deyəcək, biz ona cavab verəsi deyilik ki...».

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün Azərbaycanla bağlı apardığı müzakirələrə belə münasibət bildirib.

Vitse-spiker, həmçinin, ABŞ Dövlət Departamentinin və Avropa Parlamentinin hüquq müdafiəçisi Leyla Yunusun azadlığa buraxılması çağırışlarına da toxunub:

«Bir Leyla Yunusa görə Azərbaycan heç vaxt təklənə bilməz. Doğrudanmı Amerika Birləşmiş Ştatlarının problemləri qurtarıb, indi Leyla Yunusla maraqlanır?! Qurtarıbsa, mən deyə bilərəm, məsələn, irqçilik zəminində çox böyük problemləri var. Getsinlər həll etsinlər. Azərbaycanın daxili işlərinə qarışmaq lazım deyil. Azərbaycan hüquqi dövlət qurur, qanunun aliliyi, demokratiya, insan haqları prinsipləri ilə Avropa Şurasına daxil olmuşuq. Bu prinsipləri həmişə rəhbər tutmuşuq, sabah da rəhbər tutacağıq. Ölkədə müstəqil məhkəmə orqanları var, ibtidai istintaqın getdiyi dövrdə erməni lobbisinin, hansısa qüvvələrin təzyiqi nəticəsində bu cür ciddi orqan belə bəyanat verirsə, təəssüf hissi keçirirəm».

Ziyafət Əsgərov beynəlxalq qurumların Azərbaycanda insan haqlarının durumu ilə bağlı tənqidlərini belə şərh edib:

«Azərbaycana qarşı kampaniyalar çoxdan başlayıb. Azərbaycan inkişaf edən ölkədir. Onu gözü götürməyən qüvvələr var. İstəyirlər ki, Azərbaycan onlarla hesablaşsın, onlara hesabat versin. Azərbaycan müstəqil dövlətdir, inkişafı özümüz müəyyənləşdiririk. Bəyəm Azərbaycan bunun üçün kimdənsə icazə almalıdır?».

XS
SM
MD
LG