Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:59

İntiqam Əliyev Onkologiya Mərkəzində müayinə olunub


İntiqam Əliyev
İntiqam Əliyev

-

Gözlə

No media source currently available

0:00 0:01:28 0:00
Direct-ə keçid

«Evdəki və ofisdəki bütün sənədləri götürüldüyündən özünü müdafiə edə bilmir. Üstəlik, vəkilləri də müdafiədən uzaqlaşdırılıb, istintaqın gedişatında bu və digər problemlər ucbatından əsəbləri pozulub».

Bunu həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin qızı Nərmin Kamilsoy AzadlıqRadiosuna deyib.

Oktyabrın 24-də Nəsimi rayon Məhkəməsi İntiqam Əliyevin istintaq müddətində həbsini daha 3 ay uzadıb. Vəkil Cavad Cavadov həmin məhkəmədə İntiqam Əliyevin səhhətinin pisləşdiyini, onun özəl maşınla aparıldığını bildirmişdi.

Nərmin Kamilsoy deyir ki, bu hadisədən sonra atası ilə 2 dəfə – məhkəmədən bir gün sonra və oktyabrın 27-də telefonla danışıblar:

«Düzü, atam səhhətindəki problemlərin ictimailəşdirilməsini istəmir. Səhhətinin normal olduğunu, baş ağrılarının psixoloji gərginlikdən olduğunu deyir. Başını Onkologiya Mərkəzində müayinə ediblər. Hələ ki müayinələrin nəticələri haqda bizdə məlumat yoxdur».

İntiqam Əliyev Ədliyyə Nazirliyi yanında baş tibbi ekspertiza idarəsində tibbi avadanlıqlar olmadığına görə Onkologiya Mərkəzində müayinə olunub. Nərmin Kamilsoy deyir ki, atası kamerada saxlanır və həkimləri onu müayinə etməyə kameraya gedirlər. Saxlanma şəraitindən şikayəti yoxdur:

«Biz həftədə bir dəfə onunla görüşürük. Şüşə arxasında görüşdüyümüzdən ümumi söhbətlər edirik. Vəkillə görüşə gələndə yazdığı hər şeyi yoxlamaq adı ilə əlindən alırlar. Bəzi hallarda geri qaytarmırlar. «Azadlıq» qəzeti ona verilmir».

İntiqam Əliyev avqustun 8-də qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs edilib.

XS
SM
MD
LG