Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:48

Avropa Məhkəməsi İntiqam Əliyevə görə hökumətə sorğu göndərib


Həbsdə olan hüquq-müdafiəçisi İntiqam Əliyev
Həbsdə olan hüquq-müdafiəçisi İntiqam Əliyev

-

Avropa Məhkəməsi hazırda həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevlə bağlı Azərbaycan hökumətinə sorğu göndərib. Bu barədə vəkil Cavad Cavadov facebook səhifəsində yazıb.

“İntiqam Əliyevin səhhəti həqiqətən yaxşı deyil və onun həkim nəzarətinə götürülməsi hələ ki, işə yaramır. Müraciətlərimizə cavab verilmir, onun müayinə nəticələri, rentgen fotoları öz həkimlərimizə göstərilməsi üçün verilmir. Belə vəziyyətdə Avropa Məhkəməsinə qaydaların 39 maddəsinə əsasən müvəqqəti tədbirin tətbiq edilməsi üçün müraciət etməyimiz zəruri addım idi. Bu gün cavab aldım. Hökumətə artıq suallar ünvanlanmışdır 17 noyabradək cavablandırılması üçün. Lakin mən öz hökumətimizə müraciət edərək xahiş edirəm, İntiqam Əliyev barəsində qətimkan tədbirinin dəyişdirilməsi üçün qərar qəbul edilsin”.

Son günlər İntiqam Əliyevin səhhətinin pisləşməsi barədə informasiya yayılıb. Hüquqşünasın səhhəti oktyabrın 24-də keçirilən məhkəmə prosesində pisləşmişdi. İstintaq orqanı onu müayinə üçün Onkoloji Mərkəzə aparmışdı. Orada müayinə olunan hüquq müdafiəçisində bir neçə xəstəliyin olduğu aşkarlanmışdı.

İntiqam Əliyev avqustun 8-də qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs edilib.

XS
SM
MD
LG