Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:40

Bakıdan ABŞ-a qarşı tənqid xoru


Arxiv fotosu: ABŞ prezidenti Barack Obama (sağda) Azərbaycan Presidenti İlham Əliyevlə Nyu-Yorkda görüş zamanı. 24 sentyabr 2010
Arxiv fotosu: ABŞ prezidenti Barack Obama (sağda) Azərbaycan Presidenti İlham Əliyevlə Nyu-Yorkda görüş zamanı. 24 sentyabr 2010

.

Son günlər yerli mediada ABŞ-ın dövlət katibi John Kerry-nin “Azərbaycana qarşı planı” ilə bağlı yazılar dərc edilir. Bildirilir ki, “Bakı-2015” ilk Avropa Oyunları qabağı ABŞ Azərbaycana qarşı qarayaxma kampaniyası planlaşdırır. Həmin yazıdan bir hissə:

“Planın əsas məqsədi “5-ci kolon” stereotipini dağıtmaq, vətəndaşlarda ölkədə baş verən müsbət dəyişikliklərin yalnız görüntü olduğunu, əslində vəziyyətin dözülməzliyi barədə ümumi rəy formalaşdırmaqdır. QHT-lərin, medianın hökumət əleyhinə fəallığını artırmaq və nəticədə “cəmiyyəti dəyişiklik üçün istifadə etməyə ilhamlandırmaq və səfərbər etmək” əsas hədəfdir. Layihə Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına və hakimiyyət dəyişikliyi ssenarisini reallaşdırmasına hesablanıb”.

ABŞ-A QARŞI KAMPANİYA DAVAM EDİR...

Əksər yerli xəbər saytlarında bu yazı dərc olunub, televiziyalarda reportajlar hazırlanıb. Ardından bu gün Prezident Administrasiyasının şöbə müdirindən, millət vəkilli, Mətbuat Şurası sədrinə qədər müxtəlif vəzifəli məmurların bu haqda yazıları dərc olunmağa başladı. Həmin yazılardan bəzi məqamlar:

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov:

“Bunların Avropa oyunlarının keçirilməsi ərəfəsində də sakit duracaqları gözlənilməməlidir. Çünki bu təşkilatların əksəriyyətinin maliyyə dəstəyi məhz erməni lobbisi təmin edilir”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov:

"Azərbaycanın üstünlüyünü gözü götürməyən qüvvələr fəaliyyətlərinin daha mütəşəkkil məcrasına çıxa biliblər. Aydın görünür ki, məqsəd ölkəmizin imici ilə bağlı birmənalı qaydada mənfi rəy yaratmaqdır.

Millət vəkili Asim Mollazadə:

"Dövlət katibi postunda fəaliyyətinin bitməsi ərəfəsində J.Kerrinin erməni diasporu ilə əlaqələri yenidən güclənib."

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Sahib Məmmədov:

"Azərbaycana qarşı kampaniya aparan xarici QHT-lər də birbaşa xarici dövlətlərin vəsaiti ilə işləyən, onlardan 100 faiz subsidiya alıb, sifarişlərini icra edən təşkilatlardır."

Azərbaycan Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov:

"İndiki vəziyyət nə Qərb, nə Avropa üçün yaxşıdır, nə də Azərbaycan üçün. Qədim Yunanıstanda belə bir qayda vardı. Olimpiada olan zaman bütün düşmənçiliklərə fasilə verərdilər, çağırış edərdilər. Əslində, Beynəxlalq Olimpiya Komitəsi müdrik adddım ataraq İlk Avropa Oyunlarının təşkil edilməsini Azərbaycana təklif etdi. Çünki başqa alternativ yox idi. Ancaq bu ərəfədə bizə qarşı elə bir hücum, elə bir kütləvi təzyiq mexanizmi başlayıb ki, biz bunu təsəvvür edə bilmirdik. İnanın, bu gün biz bildiklərimizin hamısını sizə desək, siz təəccüblənərsiniz”.

ABŞ SƏFİRLİYİ: “BÜTÜN İDDİALAR ƏSASSIZDIR”

ABŞ-ın Azərbaycandakı səfirliyi yerli mediada yayılmış «John Kerry-nin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası» başlıqlı yazıda deyilən iddiaları əsassız və dəyərsiz alandırıb:

“ABŞ tərəfindən Azərbaycanın suverenliyi və müstəqilliyinə göstərilən uzunmüddətli dəstək yalnız sözlərin deyil, həm də əməllərin üzərində qərarlaşıb”.

ZÖHRAB İSMAYIL: “ADIMI GÖRƏNDƏ TƏƏCCÜBLƏNDİM”

Yazıda adı çəkilən Zöhrab İsmayıl bildirir ki, o hər hansı belə bir kampaniyada iştiraka cəlb edilməyib:

“Ola bilər ki, onlar mənim Avropa Oyunları ilə bağlı apardığım kiçik araşdırmadan sonra adımı həmin yazıya salıblar. Bir müddət əvvəl Britaniya mətbuatı yazırdı ki, Azərbaycanda Avropa Oyunlarına 8 milyard ayrılıb. Mən rəsmi maliyyə sənədlərində hesablama apardım və əslində Avropa Oyunların 3,7 milyard ayrıldığını hesablamdım. Mənim fəaliyyətim ancaq ölkədə şəffaflığın təmin olunmasına xidmətdir. Ermənistan qaçqını olan bir ailəyə, ermənilərin aqressiyasına şahid olan birinə ermənilərə işləmək şəri, ləkəsi atmaq olmaz. Onlar özləri-özləri ifşa ediblər. Özləri zəif yerlərini bilirlər. Bilirlər ki, ölkədə azı 100 siyasi məhbus var. Bilirlər ki, beynəlxalq ictimaiyyət diqqəti ölkədə insan haqlarının durumuna çəkəcək. Hansısa kampaniya var deyib, əslində özləri kampaniya aparmaqla məşğuldurlar”.

Yazıda layihənin əlaqələndiricisi kimi Rebecca Vinsentin adı keçir. Onun əvvəllər də Azərbaycana qarşı çalışdığı, indi bu işlərini davam etdirdiyi bildirilir. Rebecca Vinsentinsə bildirir ki, ona qarşı bu cür sözlər hər zaman deyilib. Onun isə bir istəyi var, Azərbaycan insan hüquq və azadlıqlarına hörmət olunsun, həbsdə olan jurnalist, hüquq müdafiəçiləri, gənc fəallar və digər bütün siyasi məhbuslar azadlığa buraxılsın.

XS
SM
MD
LG