Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:06

“Hələ bu milləti AZAL qədər "biletinə" dolayan olmamışdı”


AZAL-IN uçduğu ölkələr
AZAL-IN uçduğu ölkələr

-

"Açılacaq aşağı büdcəli reyslər üzrə qiymətlər nəinki aşağı salınıb, əksinə bir az da baha başa gələcək."

“Azərbaycan Hava Yolları”nın aşağı büdcəli sərnişindaşıma xəttinin (lou-kost istiqamətlər), həmçinin aviaşirkətin bütün mövcud reysləri üzrə təyyarələrdə aşağı tarifli yerlərin yeni blokunun tətbiqi barədə xəbəri cəmiyyətdə birmənalı qarşılanmayıb.

Prezident İlham Əliyevin iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı verdiyi tapşırıqların icrası kimi təqdim olunan yeni qiymət siyasəti hətta hakimiyyətə loyallığı ilə seçilən şəxslərin belə istehzalı münasibətinə səbəb olub.

Vətəndaşlar yeni qiymət paketlərini toplayıb çıxıb bu qənaətə gəlirlər ki, açılacaq aşağı büdcəli reyslər üzrə qiymətlər nəinki aşağı salınıb, əksinə bir az da baha başa gələcək.

BARMAĞA DOLAMAQ İTTİHAMI...

Hüquqşünas Xəyal Məmmədxanlı kinayə ilə deyir ki, “hələ bu milləti AZAL qədər "biletinə" dolayan olmamışdı...”

Bir çoxları son qiymət dəyişikliklərini hava daşımalarında və yerüstü xidmətlərdə rəqabət mühitinin olmaması ilə izah edirlər.

Azər Qasımlı
Azər Qasımlı

Politoloq Azər Qasımlı hesab edir ki, AZAL-ın bu şəkildə qiymət endiriminin heç bir mənası yoxdur. Bu endirim kampaniyası müvəqqəti olacaq. Çünki bu işi süni şəkildə edirlər. “İnhisarçı qiyməti salırsa, demək onu buna vadar edən bazar olmayıb. Amma sistem elə olmalıdır ki, bazar özü AZAL-ı endirimə vadar etsin. Bunun üçün isə rəqabət mühiti yaradılmalıdır, yəni başqa şirkətlərin bazara girişi təmin edilməlidir”. A. Qasımlı belə deyir.

Rəqabət mühiti yaradılmalıdır, yəni başqa şirkətlərin bazara girişi təmin edilməlidir.

Onun fikrincə, oktyabradək bazara yeni şirkətləri salmaq olardı. Amma təəssüf ki, hakimiyyət sistemi dəyişmək istəmir.

Başqa bir hüquqşünas Samir İsayev deyir ki, AZAL-ın qiymət “endirimi” barədə qərarı prezident İlham Əliyevin sözünə və nüfuzuna ən böyük hörmətsizlikdir. O, bununla əlaqədar prezidentin ciddi reaksiya verəcəyini gözləyir.

İSTEHZA

“Loukost xidmətlərin müəyyən edilməsi barədə AZALın qərarı yalnız istehza doğurur.

Embrayer təyyarələrində, turistik məkanlara 99 avro (vergilər və aeroport yığımları nəzərə alınmaqla azı 30 % artması gözlənilən məbləğ) dəyərində bilet sərnişinlərə AZAL-ın tam biletləri qiymətində başa gələcək.

Nəzərə almaq lazımdır ki, Loukoster şirkətlərdə 5 kq-dan artıq yükə görə əlavə ödəniş tələb edilir, turistik məkanlara gedən şəxslər baqaja görə böyük miqdarda ödəniş edəcəklər, üstəlik də təyyarə salonunda xidmətlərin pullu olmasını da unutmayaq. Normalda qiymətin aşağı həddi müəyyən edilməli idi və bu, bizim reallığımızda (prezidentin dediyi kimi hər şeyə görə dövlətin pul ödədiyi bir şəraitdə) aeroport yığımları və vergilər daxil 30 avrodan yuxarı olmamalı idi”. – deyir Samir İsayev.

S. İsayev deyir ki, aviadaşımalarda rəqabət yaradılmalı, aeroport və uçuşlara yerüstü xidmətlər AZAL-dan alınıb, yeni bir dövlət şirkətinə verilməlidir. Aşağı qiymətli sərnişin daşımalarından yerli marşrutların kənarda qalması da mütəxəssislərin və ictimaiyyətin diqqətindən yayınmayıb.

TƏYYARƏ VƏ TAKSİ

Samir İsayev hesab edir ki, Naxçıvan da daxil olmaqla yerli marşrutlarda aeroport yığımları və vergilər daxil 15 manatdan yüksək olmayan bilet haqqı müəyyənləşdirilməlidir.

Bakı Hava Limanı
Bakı Hava Limanı

“Daxili reyslərin qiymətinin əsaslandırılması taksidə gediş haqqına uyğun müəyyən edilə bilər. Evdən (Bakıdan) Lənkərana və ya Zaqatalaya taksi ilə 60-70 manat xərcləməklə 3,5 saata getmək mümkündür. Təyyara ilə uçuş da (aeroporta və geriyə transferlər və uşuş müddəti nəzərə alınmaqla) təxminən həmin müddətə başa gəlir və ondan artıq dəyərdə olmalı deyil. Əks halda on milyonlarla manat hesabına tikilmiş yerli aeroportlarımız viran qalacaqdır”. Samir İsayev belə düşünür.

Son 5 il ərzində Qəbələ, Zaqatala, Lənkəran və Yevlaxda hava limanları tikilib və yenidən qurulub. Qubada aeroportun tikintisi üçün işlər aparılır. Buna baxmayaraq, yerli aeroportlar çox az sayda uçuşlar həyata keçirir. Bu istiqamətlərə Bakıdan uçuşların qiyməti 35-55 manat arasında dəyişir.

XS
SM
MD
LG