Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:30

Hər üç nəfərdən birinin kredit borcu var


Bank [karikatura]
Bank [karikatura]

-

Azərbaycanda hər 3 adamdan, ən azı, birinin banklar qarşısında borc öhdəliyi var. İqtisadçı ekspert Qubad İbadoğlu bu faktı Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) 9 aylıq yekunlarına əsaslanaraq söyləyir: “Bu il oktyabrın 1-dək ölkədə borcalanların sayı 2 milyon 505 min 575, zaminlərin sayı isə 1 milyon 184 min 202 nəfər olub. Bu o deməkdir ki, ölkə əhalisinin 38,5 faizinin və ya 3,7 milyon nəfərinin 44 bank və 41 bank olmayan kredit təşkilatı qarşısında birbaşa və dolayı öhdəliyi var. Son 5 ayda birbaşa borcluların sayı 90 min nəfərdən çox, zaminlərinsə sayı 70 min nəfərədək artıb”.

Eyni zamanda 4 banka borcu olanlar var

Ekspert bildirir ki, MKR-in digər açıqlamasına görə,

ölkə üzrə bütövlükdə kredit məlumatlarının sayı 10,4 milyondan çox olub: “Orta hesabla bir ​borcalanın 4 bank qarşısında öhdəliyi formalaşıb. Bu isə belə izah oluna bilər ki, bir banka borcunu ödəyə bilməyənlər digər banklardan da kredit götürməklə vəziyyətdən çıxmağa çalışır. Bu da bir çox bank və bank olmayan kredit təşkilatlarında borcalanlarla işin düzgün qurulmadığını göstərir”.

Ölkədə hər 3 adamdan biri banklara borcludur

Qubad İbadoğlu MKR-in son açıqlamasını belə dəyərləndirir: “Ölkədə hər 3 adamdan, ən azı, birinin banklar qarşısında bu və ya digər qaydada borc öhdəliyi formalaşıb. Banka borcunuz yoxdursa və cibinizdə 1-cə manat pulunuz varsa, deməli, ölkə əhalisinin ən azı 38 faizindən varlısınız”.

XS
SM
MD
LG