Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:15

Azərbaycanın borc alması da çətinləşdi


Standard&Poor's
Standard&Poor's

-

«Standard&Poor's» (S&P) reytinq agentliyi Azərbaycanın uzunmüddətli kredit reytinqini investisiya BBB- səviyyəsindən BB+ səviyyəsinə endirib.

Bu,«spekulyativ», yaxud «tullantı» səviyyə sayılır. Agentlik bildirir ki, səbəb neftin ucuzlaşması və xarici valyuta ehtiyatlarının azalmasıdır.

Ölkənin milli və xarici valyutalarda qısamüddətli reytinqləri də aşağı salınıb.

HÖKUMƏT DƏ GÖZLƏYİRDİ

Bütün bunlar nə ekspertlər, nə də hökumətdən ötrü gözlənilməz olub.Yanvarın 28-də Azərbaycanın maliyyə naziri Samir Şərifov «Fitch» və «Moody's» beynəlxalq reytinq agentliklərinin Azərbaycanın investisiya reytinqini aşağı sala biləcəyini söyləmişdi. İndilik, «Standard&Poor's» (S&P)belə bir qərar verib.

Təbii ki, sual doğa bilər: Kredit reytinqi təşkilatlarının verdiyi dərəcələr niyə bu qədər önəmlidir?

İş burasındadır ki, yüksək kredit reytinqi qazanmağın önəmli üstünlükləri var:

Daha ucuz borclanma – Yüksək reytinqli ölkələr daha aşağı faizlə borc götürə bilir.

İnvestisiya cəlbi - Yüksək kredit reytinqi ölkəyə investisiya axınını təşviq edir. Elə reytinq ölkədə sağlam investisiya mühitinin və risklərin az olduğunu göstərir.

Xaricə kapital axınının azalması - Yüksək reytinq yerli iqtisadiyyata güvəni artırır və ölkədən kapital axınını azaldır.

Maliyyə bazarlarına çıxış – Yüksək reytinq beynəlxalq maliyyə bazarlarına çıxışı asanlaşdırır və s.

«BU O DEMƏKDİR Kİ, ÖLKƏYƏ İNVESTİSİYA QOYMAQ OLMAZ»

İqtisadiyyat eksperti Natiq Cəfərlibaş verənləri qiymətləndirərkən, birmənalı münasibət bildirdi: «Bu o deməkdir ki,ölkəyə investisiya qoymaq olmaz. Ölkə borc alsa, çox yüksək faizlə almalıdır, yəni, iqtisadi dayanıqlıq yoxdur. Agentliyin proqnozuna görə, Ümumi Daxili Məhsul və valyuta ehtiyatları azalacaq, bank sektorunda vəziyyət gərginləşəcək. Milli valyutaya basqılar da artacaq».

Onun fikrincə, S&P-dən sonra «Moody's» və «Fitch» də Azərbaycanın reytinqini azaldacaq: «Belə görünür ki, hökumətin borc alaraq vəziyyətdən çıxmaq və neftin qiymətinin qalxmasını gözləmək kimi bəsit planı da suya düşür».

«XARİCİ İNVESTORLAR BANK SEKTORUNDAN ÖZ VƏSAİTLƏRİNİ...»

Ekspert Elxan Mikayılov da aşağı kredit reytinqlərinin ölkəyə investisiya cəlbini çətinləşdirəcəyini düşünür: «Bu, investisiya riskinin yüksək olması deməkdir. Bu, xüsusən xarici investorların Azərbaycanın bank sektoruna cəlbinə mənfi təsir göstərəcək. Reytinqin düşməsini görən xarici investorlar bank sektorundan öz vəsaitlərini geri çəkə bilərlər».

E.Mikayılov investordan investora fərq olduğunu da sözlərinə artırır: «Reytinqin necəliyi, əsasən, Qərb ölkələrində diqqətə alınır. Şərq və ərəb ölkələri kredit reytinqi aşağı olan ölkələrə də investisiya yatırırlar. Bu məqamdan faydalanmaq olar hələ də».

XS
SM
MD
LG