Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:07

Məşğulluq İdarəsi 100 manatlıq iş təklif edir...


Hacıqabulda işsizlər Məşğulluq İdarəsinin qarşısına toplaşıb
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Hacıqabulda işsizlər Məşğulluq İdarəsinin qarşısına toplaşıb

►Hacıqabullular bir neçə gündür ki, Məşğulluq İdarəsindən iş gözləyirlər

“Bir həftədir ki, gəlib gedirik Məşğulluq İdarəsinə, hələ heç kəs işlə təmin olunmayıb”.

Bunu Hacıqabul sakini Vilayət Səfərov AzadlıqRadiosuna bildirir. Onun sözlərinə görə, bir neçə gündür yüzlərlə hacıqabullu işə düzəlməkdən ötrü yerli Məşğulluq İdarəsinin qarşısını kəsdirib.

Fevralın 8-də AzadlıqRadiosuna göndərilən videoda da bir qrup sakinin Məşğulluq İdarəsinin qarşısına yığışdığı görünürdü. Onlar iş istəməyə gəldiklərini deyirdilər.

Vilayət Səfərov:

“Aramızda ali təhsili olan da var, olmayan da. Bizə təyinat verirlər, gedirik, deyirlər ki, “iş yoxdur”, qayıdıb gəlirik. Başqa yerə göndəriş verirlər, ora gedirik, orda da həmin sözü eşidirik. Elə bizi o yan-bu yana fırladırlar. Camaat lap boğaza yığılıb”.

“100 manatla 5 nəfərlik ailəni necə dolandırım?”

Müsahibimizin sözlərinə görə, Məşğulluq İdarəsi, əsasən, bir neçə idarəyə göndəriş verir.Dəmiryol və Magistral Qaz Kəmərləri İdarəsi işçi toplaması ilə bağlı elan verib, birinə 60, o birinə 100 nəfər işçi götürüləcəyi bildirilib. Ancaq:

“Gedirik, deyirlər ki, “iş yoxdur”. Mənə “Məşğulluq”da təklif elədilər ki, Yaşıllaşdırma İdarəsində ayı 100 manata işləyim. 100 manatla 5 nəfərlik ailəni necə dolandırım?” - Vilayət Səfərov sual verir.

O, əvvəllər bir neçə müəssisədə çalışdığını, amma 4-5 ildir, daimi işi olmadığını söyləyir.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Ara işlərdə çalışmışam, yəni evlərdə günəmuzd işləmişəm. İş istəyirəm”, - Hacıqabul sakini sözlərinə əlavə edir.

Hələlik Hacıqabul Məşğulluq İdarəsindən bu deyilənlərə münasibət almaq mümkün olmayıb.

“Rayonda işsizlik geniş yayılıb”

Amma AXCP-nin yerli təşkilatının sədri Vadar Məmmədov da AzadlıqRadiosuna müsahibəsində deyir ki, Hacıqabulda hələ sovet dövründən fabrik-zavod olmayıb. Əlavə edir ki, rayonda əhalinin məşğulluğu bir neçə dövlət müəssisəsi, orta məktəb və xəstəxanalarla məhdudlaşır:

“İki quşçuluq fabriki var, bir Atbulaq Kərpic zavodu və bir də kafel-metlax istehsal edən müəssisə. Bir də kəndlərdə əkin-biçindir, bu da mövsümə bağlıdır. Rayonun özündə işsizlik çoxdur, kimin həyəti var, az-çox nəsə əkir, ancaq iş sarıdan çox ciddi problemlər var”.

Hacıqabul icra hakimiyyətinin saytında verilən rəsmi məlumata görə, rayonun özündə 26 mindən çox adam yaşayır. Rayonda əsas məşğulluq idarələri kimi göstərilən dövlət strukturlarında 1500-dən çox adamın işlədiyi bildirilir.

Rayondakı bəzi özəl müəssisələr isə Hacıqabulun kəndlərində yerləşir.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

XS
SM
MD
LG