Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:43

Büdcə oğrularının cəzaları ağırlaşdırıldı


Azərbaycan dövlət büdcəsi [karikatura]
Azərbaycan dövlət büdcəsi [karikatura]

-

«1992-ci ildə test sistemində olduğu kimi hədəf mexanizm olmalıdır, fərdlər yox...»

Prezident İlham Əliyev büdcə vəsaitlərinin xərclənməsindəki qanunsuzluqların daha sərt cəzalandırılması ilə bağlı Cinayət Məcəlləsinə təklif edilən əlavələri təsdiqləyib.

Cəzaları sərtləşdirən əlavələr dövlət büdcəsinin, büdcədənkənar dövlət fondlarının vəsaitlərindən təyinatdan kənar xərcləmələri, inhisarçılığı və rəqabəti məhdudlaşdıran halları nəzərdə tutur.

Azerbaijan. Baku. Economist Rovshan Agayev
Azerbaijan. Baku. Economist Rovshan Agayev

Cəzaların sərtləşdirilməsini şərh edən iqtisadçı ekspert Rövşən Ağayev deyir ki, oğrularla deyil, oğurluqla mübarizə aparmadınsa, effekt olmayacaq. Ekspert deyir ki, fərdləri çəkindirməkdən ötrü, oğurluğu yaradan mexanizmləri dəyişmək lazımdır.

«Bir praktik örnək verim: 1992-ci ildə tələbə qəbulunda rüşvət alan, rüşvətə vasitəçilik edən rektorlara, müəllimlərə ölüm hökmü cəzası kəsilsəydi belə, rüşvət davam edəcəkdi. Özü də almaq üçün mühit sərtləşdiyindən, məbləğ daha da artacaqdı. Amma rüşvətxorlar deyil, rüşvət mexanizmləri hədəfə alındı - köhnə qəbul mexanizmləri kökündən dağıdıldı. Dünənin qəbul rüşvətxorları bu gün yeni mexanizmin qarşısında təslim oldular» - deyən R.Ağyev qeyd edir ki, bu büdcədən oğurluq edənlərə də aiddir.

Təkliflər...

«Büdcə oğruluğuna səbəb olan mexanizmlər kökündən dağıdılmalıdır» - söyləyən iqtisadçı əski korrupsiya yaradan sistemi çökdürmək gücündə olan mexanizmləri sadalayır:

«Dövlət vəsaitlərinin satınalma mexanizmləri tam şəffaf, açıq, rəqabətli olmalıdır. Satınalmalar Agentliyinin saytına baxanda, son 3 ildə büdcədən satınalma yolu ilə az qala 100 milyon manat alan şirkət haqda internetdə bir dənə məlumat yoxdur. Bu şirkət harada yerləşir, hansı kadrları, bölmələri var, iş təcrübəsi nədir - heç bir bilgi yoxdur».

R. Ağayev deyir ki, dövlətdən tender yolu ilə vəsait almaq istəyən şirkətlər təsisçilərinin onlayn açıqlanmasına da razı olmalıdırlar .

«Çünki, xalqın pulu ilə xalq üçün iş görürsənsə, xalq sənin kim olduğunu bilməlidir. Şəffaf deyilsənsə, dövlətdən pul ala bilməməlisən» - deyə o qeyd edir.

Ekspert həmçinin, büdcə vəsaitləri ilə bağlı hesabatlılığın vacib olduğunu da bildirir.

XS
SM
MD
LG