Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:36

Orhan Pamuk: 'Zehni fəaliyyətlə məşğul olan hər kəsə intellektual deyə bilmərik'


Türk yazıçısı Orhan Pamuk.
Türk yazıçısı Orhan Pamuk.


- Bu gün sizin üçün intellektual kəliməsinin anlamı nədir? Özünüzü bir intellektual olaraq görürsünzmü, yoxsa o termini rədd edirsiniz?

- İntellektual sözünün mənim üçün elə bir xüsusi anlamı yoxdu. Bu sözü nə həvəslə özümə götürürəm, nə də onu fərqli görüb rədd edirəm. Sözün işlək, geniş şəkildə istifadə olunan bir mənası var. Dövlətin, dinin, geniş kütlələrin azadlıqları boğan, fərqlilikləri aradan qaldıran təzyiqlərinə qarşı müqavimət göstərən sənətçi, yazıçı, jurnalist, müəllim kim adamlara intellektual deyilir. Bəziləri, bütün sənətçi, yazıçı, jurnalist və müəllim olan hər kəsə intellektaul deməyə meyillidir. Türkiyədə azadlıqların məhdudlaşdırılması, kitabların qadağan edilməsi, fərqli düşünənlərin vətən xaini elan edilməsi üçün çırpınan bir çox jurnalist və köşə yazarı var. Bəlkə məhdud şəkildə olsa da zehni fəaliyyətlə məşğul olduqları üçün bu adamlara da intellektual deyilə bilər, ancaq mənə görə onlar intellektual yox, dövləti və höküməti dəstəkləyən texniklər mövqeyindədilər.

Buna da bax: Orhan Pamuk: 'Haqsız mühakimə ilə üzləşən bütün yazarların yanındayam'


- Sizi dərindən təsirləndirən, düşüncələriniz üzərində təsiri hələ də davam edən intellektuallar kimlərdir?

Fransız intellektualları Jean-Paul Sartre və Michel Foucault 1968-cı ildə tələbə hərəkatında iştirak edirlər.
Fransız intellektualları Jean-Paul Sartre və Michel Foucault 1968-cı ildə tələbə hərəkatında iştirak edirlər.

- Jan Paul Sartre rəngli şəxsiyyəti, inadcıllığı, dalaşqanlığı, orta sinfin inanclarına düşmənçiliyi ilə mənə təsir etmişdi. Onu sevirəm. Ümumi nəzəriyyə və fəlsəfə ilə gündəlik siyasət, kiçik detalar arasında sürətli, yaradıcı bir şəkildə gedib gələ bilirdi. Özünü siyasətə verdikcə romançılğının, bədii mətn yazarlığının yox olması da ibrətamiz bir nümunədir. Ədəbi tənqidi, mətnləri yaxından oxumağı çox yaradıcı bir ictimai tənqidə çevirən Edward Said də yaxşı bir intellektual nümunəsidir. Ancaq mənə yazar olaraq, siyasətlə çox az maraqlanan yaradıcı yazıçılar təsir edib: Marsel Prust, Borxes kimi.


- 20-ci əsrin sonunda intellektualların rolu nədir? Sizcə misiyaları tamamlandı yoxsa dünya qarşısında hələ də önəmli bir borcları var?

- İntellektualların, öhdəlikləri və rolları olduğuna inanmıram. Onları ayrı bir cins, müəyyən proqramları olan bir icma olaraq da görmürəm. Yazı yazaraq, qəzetçilik edərək hökümətə, dövlətə, ölkədə çoxluq tərəfindən dəstəklənən əzici düşüncəyə qarşı çıxanlar hər zaman olacaq. Tarixdən, öhdəliklərdən danışan intellektuallar məni sıxır. Onlar səhv edirlər. İntellektualların işi, daha sadə, daha təvazökar şəkildə görülməlidir.

Buna da bax: Ramiz Rövşən: 'Məni susmaqda ittiham edənlər…'

- İntellektualların səhvləri, laqeydlikləri və məsuliyyətsizliyi haqqında da çox şeylər danışılır. Bu iradlar haqqında nə düşünürsünüz? Bu yöndəki tənqidlərlə razılaşırsınız yoxsa qarşısınız onlara?

- İntellektualların yanlışları bəlkə də çoxdur, amma bunlar haqqında danışmağa daha çox ikinci dərəcəli intellektuallar, dövləti və millətçiləri dəstəkləyənlər maraqlıdılar. Davamlı olaraq özünü artıq dərəcədə ciddiyə almaq, artıq dərəcədə əhəmiyyətə mindirmək, tarixi öhdəliklərdən və s. dən süni şəkildə, populist tərzdə danışmaq intellektualların ümumi səhvləridir. Türkiyədə öyrəndiyim başqa bir şey də var. Xüsusilə öz çəkdikləri, elədiklərinə görə yaxında hər şeyin düzələcəyinə, tezliklə gözəl günlərin gələcəyinə inanan intellektuallar da çox vaxt korlanıb, ümidsizliyə qapılırlar.


- Sizcə ölkənizdə intellektualların qarşısındakı ən böyük əngəl nədir? Mediyanın laqeydliyimi, düşüncələrin qarışıqlığımı, siyasi təzyiqlərmi yoxsa başqa bir şey?

Türkiyədə 2006-cı ildə öldürülmüş erməni əsilli jurnalist Hrant Dink.
Türkiyədə 2006-cı ildə öldürülmüş erməni əsilli jurnalist Hrant Dink.

- Öldürülmək Türkiyədəki intellektuallar üçün böyük bir ehtimaldır. Son 20 ildə, Türkiyənin ən önəmli 3 qəzetinin, ən önəmli 3 köşə yazarı öldürüldülər. Sonra həbs, yazıların qadağan olunması və s. gəlir. İctimai formada “vətən xaini” elan edilmək, kənara itələnmək, işsiz qalmaq, qəzetdəki yerinizdən, işinizdən olmaq, yazılarınızın yayımlanmaması da bir üsuldur. Diqqətsizlik və reaksiya görməmək də həmçinin. Özəlliklə mədəniyyətdən kənar, ucqar şəhərlərdə intellektualları, yazarları öldürür, işgəncə verir, otuz il həbsə məhkum edirlər, ancaq nəinki Qərb dünyasından kimsə, heç İstanbul qəzetləri belə bu hadisələrlə maraqlanmazlar.

Buna da bax: Türkiyə düşünən beyinləri itirməkdədir​

- Sizcə ən vacib öhdəliklər, ən təhlükəli önyarğılar, ən önəmli səbəblər, mübarizə aparılması lazım olan ən böyük pisliklər və günümüzün ən böyük intellektual zövqləri nələrdi?

- “Ən vacib öhdəliklər” ya da “ən mühüm mübarizələr” kimi ifadələri işlətmək istəmirəm, çünki öhdəliklərə, mübarizələrə o qədər də inanmıram. Mən ən çox yaxşı romanlar yazmaq istəyirəm. Mənim üçün məsələ daha sadədir: Kitabları qadağan edən, yazıçıları həbs edən bir dövlət, onunla əməkdaşlıq olan bəzi “pis adamlar” var. İçimdən onlara qarşı nəsə etmək gəlir. Məşhur bir yazar, bir intellektual sayıldığım üçün də, bəzən bu elədiklərimin işə yaradığını düşünürəm. Təbii ki günümüzün ən böyük intellektual zövqü yaxşı ədəbiyyatdır. Yaxşı ədəbiyyat, yaxşı intellektualdan da az tapılır.

XS
SM
MD
LG