Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:18

Astara sakini: 'İran nə ölkədir ki, vətəndaşlarımızı ona möhtac edirlər'


Faiq Cəfərzadə, Astara, Azərbaycan, 27 may2018
Faiq Cəfərzadə, Astara, Azərbaycan, 27 may2018

“Astara keçid məntəqəsi 24 saat işləyir. Növbə yoxdur. Əlbəttə, bu müsbət haldır. Əvəzində gömrükdə adamları incidirlər...”

“Əhalinin anasını ağladırlar”

Bu sözlər Astara rayonun Ərçivan qəsəbə sakini, 78 yaşlı Faıq Cəfərzadəyə məxsusdur. O son dəfə İrana mayın 22-də gedib. Deməsinə görə, Astara gömrüyündə gördükləri onu dəhşətə gətirib:

“Əhalinin anasını ağladırlar. Gördüm bir yaşlı qadının aldığı 5 kiloqram pomidorunu əlindən alırlar. Qadın yalvarırdı. Soruşanda dedilər ki, bu qadın bir aylıq ərzaq normasından artıq aparır. Dedim, mənim adıma yazın. Qadına da imkan vermədilər, əlimdəkiləri də aldılar. Dəyəri də 5-6 manat olardı. 3 protokol bağladılar, malları verdilər anbara. O malları geri alanda 1 manatdan çox pul verdim. Dedilər anbar pulludur. Ondan əvvəl dəfələrlə gömrük rəisinə, onun müavininə iradlarımı bildirmişdim. Keçiddən istifadə edənlərə kobudluq etməsinlər. Kimə şikayət edim ? Mən də video müraciətimi sosial şəbəkələrdə yaydım. Bu videoya 100 minə yaxın adam baxıb. Minə yaxın paylaşma olub.Deməli mən düz yoldayam ki, insanlar müracətimi dəstəkləyir.”

Buna da bax: İrandan qayıdan Azərbaycan vətəndaşı: 'Kimə çatırsan, şikayətlənir'​

Astara gömrük keçid məntəqəsi- 4 yanvar 2018
Astara gömrük keçid məntəqəsi- 4 yanvar 2018

“İranda müalicə alıram ”

Faıq Cəfərzadə deyir ki, İrana vaxtaşırı olaraq getməsinin səbəbləri var:

“İranda müalicə alıram. Mən kimisə təhqir etməmişəm. Bu mənim yaşıma yaraşmaz. Sadəcə iradımı bildirmişəm. Özümə görə yox, İrandan gələn vətəndaşlarımıza görə. İran nə ölkədir ki, vətəndaşlarımızı ona möhtac edirlər. Bu barədə fikirləşsinlər. İrandan 30 kloqram yük gətirməmişəm. Əvvəla, ehtiyacım yoxdur. Digər tərəfdən xəstəyəm. Gömrük işçiləri nəzakətli olsunlar,vətəndaşlarla yaxşı davransınlar, qanunla işləsinlər.”

Buna da bax: İrana keçənlər nə alıb gətirir​

Faıq Cəfərzadə Astara gömrüyündən yeganə şikayətçi deyil. Astara şəhər sakini Canəli Yusifov və Şahağacı kənd sakini, Qarabağ döyüşlərinin veteranı Fətulla Qurbanov da keçiddə qanunsuzluqların olduğunu deyir.

Fətulla Qurbanov, Astara, 27 may 2018
Fətulla Qurbanov, Astara, 27 may 2018

​Fətulla Qurbanovun deməsinə görə hüquqi təhsili var, qanunları yaxşı bilir:

“16 mayda İrana getmişdik. Evdə istifadə etmək üçün 45 manat dəyərində qazan və nehrə , bacanağım isə 15 manat dəyərində ütü stolu, 200 ədəd siqaret almışdı. Gömrük işçisi bizə bildirdi ki,gətirdiyiniz mallar qadağandır.Mən etiraz etdim.Qanunda belə halların olmadığını dedim. Kobudluq etdi. Bizi 50 dəqiqə gömrükdə saxladılar.Malları anbara vurdular. Dedilər ki, anbra hər gün üçün 20 qəpik ödəyəcəksiniz...”

DGK nə deyir?

Astara Gömrük İdarəsindən suallarımıza cavab ala bilmədik.

Amma Dövlət Gömrük Komitəsi (DGK) bu günlər Astara rayon sakini Faıq Cəfərzadənin sosial şəbəklərdə yayılan tənqidi məzmunlu videosuna münasibət bildirib.
Bu barədə APA agentliyi Gömrük Komitəsinin Mətbuat Xidmətinə istinadən xəbər yayıb. Dövlət Gömrük Komitəsi mətbuat xidməti video müraciətdə gömrük orqanlarının və əməkdaşlarının ünvanına deyilən tənqidləri əsassız hesab edir:

“ Videoda gömrük orqanlarının və gömrük əmkdaşlarının ünvanına əsassız ittihamlar irəli sürən Astara rayon sakini Faıq Cəfərzadə 4,12,18, və 20 aprel tarixlərində ümumilikdə 1 ayda 4 dəfə, 2,14,16,17 və 22 may tarixlərində isə ümumilikdə 5 dəfə İrana səyahət edib. Dəfələrlə xəbərdarlıq edilməsinə, müvafiq izahat və təbliğat işləri aparılmasına baxamayaraq, hər dəfə geri dönərkən özü ilə qanunda nəzərdə tutulandan artıq miqdarda ərzaq məhsullarını gömrük sərhədindən keçirməyə cəhət göstərib. Üstəlik, bu cəhdlər zamanı hər dəfə ona gömrük qanunvericiliyinin tələblərini izah edən gömrük əməkdaşlarını müxtəlif ifadələrlə ittiham və təhqir edib"​- deyə açıqlamada bildirilir.

XS
SM
MD
LG