Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:06

Koronavirusun Çin laboratoriyasından yayılması versiyası araşdırılır


Wuhan Mərkəzi Xəstəxanası
Wuhan Mərkəzi Xəstəxanası

ABŞ mediasında yayılan xəbərlərə görə, bu ölkənin kəşfiyyat orqanları qlobal pandemiyaya səbəb olmuş koronavirusun Çindəki elmi-tədqiqat laboratoriyasından ehtiyatsızlıq üzündən yayılması mümkünlüyünü araşdırır.

NBC News telekanalının saytında deyilir ki, kəşfiyyat orqanları koronavirusun insan tərəfindən yaradılması variantını istisna edir.

Lakin Çinin Vuhan şəhərindəki hərbi və mülki laboratoriyalarda çalışan alimlərin koronaviruslar üzərində tədqiqat apardıqları məlumdur.

“Bu bir ehtimaldır, amma çox böyük bir ehtimal deyil”

Kəşfiyyat agentlikləri bildiriblər ki, bu iki laboratoriyadakı işçilərdən birinin virusa yoluxması və epidemiyanın da ondan yayılması versiyasına dair toplanmış materiallar təhqiq edilir.

Kəşfiyyat rəsmisi bildirib ki, “bu bir ehtimaldır, amma çox böyük bir ehtimal deyil”.

NBC telekanalının "TODAY" proqramında kəşfiyyat barədə suala cavab verərkən ABŞ müdafiə naziri Mark Esper deyib ki, “bu bizim hazırda çox diqqətlə nəzərdən keçirdiyimiz bir məsələdir”.

Nazir əlavə edib ki, araşdırmanın nəticələrindən danışmaq hələ çox tezdir.

Qərargah Rəisləri Birgə Komitəsinin sədri general Mark Milley bu həftə müxbirlərə demişdi ki, ABŞ kəşfiyyatı hazırda koronavirusun Vuhan laboratoriyasından qaynaqlanması mümkünlüyünü diqqətlə təhqiq edir.

Donald Trump aprelin 15-də keçirilən mətbuat konfransı zamanı bu barədə suala cavab verməkdən imitina etmiş, lakin aprelin 16-da bu məsələyə baxılacağını demişdi.

Pekin inkar edir

Çin virusun laboratoriyadan yayıla biləcəyinə dair ehtimalları rədd edir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lijian aprelin 16-da xatırladıb ki, “Dünya Səhiyyə Təşkilatının başçısı virusun laboratoriyada hazırlanmasına dair dəlillərin olmadığını dəfələrlə vurğulayıb”.

Sözçü bildirib ki, habelə “tanınmış tibb ekspertləri” laboratoriyadan hər hansı virus sızması barədə iddiaların “elmi əsasının” olmadığını deyiblər.

Amma digər tərəfdən virusun Vuhandakı heyvan bazarından yayılması versiyası ekspertlər tərəfindən şübhə altına alınır.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin keçmiş rəsmisi, hazırda George Washington Universitetinin eksperti, doktor Ronald Waldman-ın fikrincə, laboratoriya versiyasına marağın az olması ondan irəli gəlmişdi ki, virusa yoluxan ilk adamlardan birinin heyvan bazarı ilə əlaqədar olmaması barədə məlumat yox idi.

Koronavirus indi də Rusiyadan Çinə keçir
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Çinin qeyri-şəffaf davranışı

Vuhandakı iki laboratoriyanın yarasalarda olan koronavirusları tədqiq etməsi məlumdur.

2017-ci ilin noyabrında Vuhan Virusologiya İnstitutunun bir qrup aliminin dərc etdirdiyi hesabatda deyilirdi ki, 2015-ci ildə baş vermiş SARS epidemiyasının törədicisi yarasa populyasiyasında yayılmış bir virus ola bilərdi.

ABŞ rəsmiləri dəfələrlə gileylənirdilər ki, Çinin virus araşdırmalarında şəffaflıq yoxdur.

Çin hökuməti erkən nümunələri Amerika alimlərinə verməkdən imtina etmiş və yetişməkdə olan pandemiya barədə haray salan şəxsləri saxlamışdı.

XS
SM
MD
LG