Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:28

Navalnı: 'Usmanovun yaxtaları Barselona və Monakoda üzdükcə...'


Navalnı videokonfransda
Navalnı videokonfransda

Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnı Avropa Birliyini Prezident Vladimir Putini əhatələyən “bir dəstə cinayətkara” sanksiya tətbiq etməyə çağırıb.

Noyabrın 27-də Avropa Parlamentinin üzvləri ilə videokonfransda deyib ki, Rusiya oliqarxları “hakimiyyəti müvəqqəti ələ keçirib” və 27 üzvü olan blok Moskva ilə münasibətlərlə bağlı yeni strategiya hazırlamalıdır.

Milyarderlərin aktivləri

Navalnı AB-ni xüsusilə Roman Abramoviç, Alişir UsmanovArkadi Rotenberq kimi rusiyalı milyarderlərin Avropadakı gəlir mənbələri və aktivlərini nəzərdən keçirməyə çağırıb. Sözügedən şəxslərin Kremllə sıx əlaqələri var.

Ötən ay AB və Britaniya 44 yaşlı Navalnının avqustda Noviçok qrupuna aid maddəylə zəhərlənməsi ilə əlaqədar Rusiyanın altı məmuru və bir qurumunun aktivlərini dondurub və səyahət qadağası qoyub.

Putinin kəskin tənqidçisi və korrupsiya ilə mübarizə aparan Navalnı zəhərlənməsinə görə birbaşa Rusiya prezidentini suçlayır. O, 32 gün Berlində xəstəxanada qalandan sonra sentyabrın 22-də buraxılıb.

Navalnının fikrincə, Avropada aktivləri olmayan Rusiya məmurları və “generalları”na sanksiya qoymaqda “elə bir məna” görmür.

“Adamlar niyə zəhərləyir, öldürür və seçkiləri saxtalaşdırırlar? Əsas cavab puldur. Avropa Birliyinin sanksiyaları onları hədəfə almalıdır”, – müxalifətçi Avropa Parlamentinin Xarici İşlər Komitəsinin üzvləri ilə müzakirədə deyib.

“Usmanovun yaxtaları Barselona və Monakoda üzdükcə Kremldə heç kəs sanksiyalara ciddi yanaşmayacaq”, – Navalnı vurğulayıb.

O həmçinin AB-nin Rusiyada 2021-ci il parlament seçkisinə siyasi opponentlər buraxılmasa, seçkinin nəticələrini buraxmamağa çağırıb.

“Saxtalaşdırma və manipulyasiya Rusiyada seçkilərin qaçılmaz elementləridir”, – o vurğulayıb.

Almaniya və Fransa Rusiyanı Navalnının zəhərlənməsini tam araşdırmamaqda, heç kəsi məsuliyyətə cəlb etməməkdə suçlayıb.

Rusiya hakimiyyəti isə zəhərlənmə insidentində əli olmadığını bildirib. Rusiya tərəf Navalnının orqanizmində zəhər izinin aşkarlanmadığını deyir.

XS
SM
MD
LG