Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:52

Navalnının zəhərlənməsində FSB-nin əli olduğu bildirilir


İllüstrativ foto
İllüstrativ foto

Britaniyada mənzillənən “Bellingcat” bildirir ki, araşdırma zamanı FSB-nin üç əməliyyatçısının Navalnı ilə birlikdə Novosibirskə, daha sonra zəhərlənməyə məruz qaldığı Tomska uçduğunu müəyyənləşdirib

“Rusiyada müxalifət lideri Aleksey Navalnının zəhərləməsi Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən həyata keçirilib”. “Bellingcat” araşdırma saytı və bir neçə media orqanı birgə araşdırmayla bunu üzə çıxardıqlarını deyirlər.

Azı iki dəfə cəhd olub

Araşdırmanın nəticələrinə görə, Kremlin tənqidçisinin bu ilin avqustunda Sibirin Tomsk şəhərində zəhərlənməsinə azı 2017-ci ilin əvvəlindən hazırlıq gedib. Təhqiqatda Rusiyanın “Insider” vebsaytı, Almaniyanın “Der Spiegel” nəşri və ABŞ-ın CNN televiziyası da iştirak edib.

“2017-ci ilin əvvəlindən 2020-ci ilin avqustunadək FSB-nin zəhərli maddələrlə işləyən bölməsinin əməliyyatçıları Navalnını Rusiyaya səfərləri zamanı izləyib, 30-dan çox uçuş zamanı onunla birlikdə uçub, Tomsk əməliyyatından öncə azı iki dəfə onu zəhərləməyə cəhd ediblər”, – qrup dekabrın 14-də bəyanatında bildirib.

Navalnı hazırda Almaniyada müalicəsini davam etdirir. Avqustun sonunda onun Sibirdə Noviçok sinir qazıyla zəhərləndiyi bildirilir. Müxalifətçi özü Rusiya Prezidenti Vladimir Putinin ona qarşı hücuma göstəriş verdiyini deyib. Kreml isə bu fikirləri rədd edib.

Üç əməliyyatçı

Britaniyada mənzillənən “Bellingcat” bildirir ki, araşdırma zamanı FSB-nin üç əməliyyatçısının Navalnı ilə birlikdə Novosibirskə, daha sonra zəhərlənməyə məruz qaldığı Tomska uçduğunu müəyyənləşdirib. Həmin şəxslərin Aleksey Aleksandrovİvan Osopov adlı həkimlər, Vladimir Panayev adlı daha bir nəfər olduğu bildirilir. Onlarla hər hansı əlaqə saxlandığı bəlli deyil.

Navalnı Moskvaya uçarkən təyyarədə özünü pis hiss edib, təyyarə Omskda məcburi eniş edib. O bir neçə gündən sonra Berlinə aparılıb və orada həkimlə onun sinir qazıyla zəhərlənməsi qənaətinə gəliblər.

Bu hesabatdan iki gün öncə Britaniyanın “Times” qəzeti Qərbin kəşfiyyat mənbələrinə istinadla yazıb ki, Navalnını Almaniyaya aparılanacan iki dəfə zəhərlənməyə məruz qalıb.

Avropa Birliyi və Britaniya Navalnının zəhərlənməsinə cavabdeh hesab etdiyi altı rusiyalı rəsmisinin aktivlərini dondurub və səyahət qadağası qoyub.

XS
SM
MD
LG