Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:29

Zelenski rusiyayönlü separatçılara Bayraktarla zərbəni müdafiə edir


Ukraynanın Müstəqillik günü paradında nümayiş etdirlən Bayraktar dronu
Ukraynanın Müstəqillik günü paradında nümayiş etdirlən Bayraktar dronu

Rusiya dronların Ukraynanın şərqindəki qüvvələr balansını dəyişə biləcəyindən narahatdır

Ukrayna prezidenti Volodimir Zelenski ölkənin şərqində Rusiya tərəfindən dəstəklənən separatçılara Türkiyədən alınmış döyüş dronu ilə zərbə endirilməsini müdafiə edib.

O bildirib ki, Ukrayna zərbəni özünümüdafiə tədbiri olaraq endirib və heç bir razılaşmanı pozmayıb.

Zelenski oktyabrın 29-da prezident saytında dərc etdiyi şərhdə bildirir:

"Ukrayna ordusu öz torpağnı müdafiə etməyə ehtiyac duyanda bunu edir və gələcəkdə də bu prinsiplə hərəkət edəcəkdir”.

Ukrayna hərbiyyəsinin bu həftə açıqladığı videoda Bayraktar T2B dronunun separatçıların nəzarətində olan ərazidə Rusiya istehsalı artilleriya topunu darmadağın etdiyi görünürdü.

Hərbiyyə bildirib ki, bir Ukrayna əsgərini öldürmüş və başqa bir əsgəri yaralamış artilleriyanın susdurulması üçün döyüş dronundan ilk dəfə də istifadə olunub.

Moskva Ukraynanı bu dron zərbəsi ilə Minsk razılaşmalarını pozmaqda ittiham edib.

Ukrayna Bayraktar dronunu Donbasda işə salıb
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Qərbin reaksiyası

Normand dördlüyünə daxil Fransa və Almaniya da zərbəni pisləyiblər.

Fransa bildirib ki, Bayraktar dronundan istifadədən və atəşkəsin ağır silahlarla pozulmasından narahatlıq keçirir.

Almaniya hökuməti də PUA-dan istifadəni tənqid edib, lakin bildirib ki, dronlardan hər iki tərəf istifadə edir.

ABŞ-ın Ukraynadakı səfirliyi münaqişənin hər iki tərəfini atəşkəsə riayət etməyə çağırıb, amma ABŞda dronlardan hər iki tərəfin istifadə etdiyini vurğulayıb:

“Biz hər iki tərəfi Donbas münaqişəsində atəşkəs razılaşmasının şərtlərinə əməl etməyə çağırırıq, amma gəlin etiraf edək ki, Rusiyanın başçılıq etdiyi tərəf Ukrayna qüvvələrinə qarşı ağır toplardan və dronlardan istifadə etməklə ötənilki razılaşmanı pozur. Bunun nəticəsində bir Ukraya əsgəri həlak olub”.

Donbasda qüvvələr balansı dəyişə bilər

Türkiyə Ukraynaya Bayraktar dronları satıb və Kiyev şərqi Ukraynada istifadə üçün onlarca yeni dron almağı planlaşdırır.

Sentyabr ayında Ukraynanın xarici işlər naziri Dmitro Kuleba demişdi ki, onun ölkəsi dron istehsalı məqsədilə Türkiyənin Baykar şirkəti ilə birlikdə zavod tikməyi planlaşdırır.

Müdafiə naziri Andriy Taran isə bu ayın əvvəllərində bəyan etmişdi ki, Ukraynada dronlara xidmət və istismar təlimi üçün birgə mərkəz yaradılacaq.

NATO üzvü Türkiyə ilə Ukrayna arasında artan müdafiə əməkdaşlığı Ankara və Moskva arasında daha bir qarşıdurma nöqtəsinə çevrilib.

Rusiya dronların Ukraynanın şərqindəki qüvvələr balansını dəyişə biləcəyindən narahatdır.

Bayraktar dronlarından Suriya, Liviya və Dağlıq Qarabağ münaqişələrində istifadə onların PUA bazarında ən önəmli yer tutduğunu nümayiş etdirib.

XS
SM
MD
LG