Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:40

Moskva Ukrayna ilə danışıqlardan istədiyini ala bilməyib


Ukrayna nümayəndə heyəti
Ukrayna nümayəndə heyəti

Xerson da hədəfdədir. UNİAN Çernobayevka aerodromunun gecə atəşə tutulduğunu xəbər verir

Belarusdakı Beloveja meşəliyində Ukrayna və Rusiya nümayəndələri arasında danışıqların üçüncü raundu başa çatıb.

Bu danışıqlarda əsas məsələ Ukraynanın atəşə məruz qalan ərazilərindən dinc əhalinin evakuasiyası idi.

Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski ümid etdiyini bildirib ki, martın 8-də sözü gedən humanitar dəhlizlər işləyə biləcək.

Ukrayna prezidentinin sözçüsü Mixail Podolyak danışıqlarda “humanitar dəhlizlərin logistikası ilə bağlı kiçik irəliləyişlərin” olduğunu deyib.

Bu danışıqlarda habelə atəşkəs və döyüş əməliyyatlarının dayandırılması da müzakirə olunub.

Ukrayna nümayəndələri bildiriblər ki, bu məsələdə nəticə əldə olunmayıb.

Yüzlərlə Rusiya təyyarəsi müsadirə edilə bilər - Bakıya uçuşların niyə dayanması da aydınlaşır
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Danışıqlar davam etdiriləcək

Vladimir Medinski deyib ki, danışıqlar Rusiyanın gözləntilərini doğrultmayıb:

"Biz sənən layihələri ilə gəlmişdik. Ukrayna tərəfi bu sənədləri öyrənmək üçün qəbul etdi. Amma imzalamaq alınmadı”.

Medinski bildirib ki, danışıqlar davam etdiriləcək.

Bu danışıqların ərəfəsində Ukrayna nümayəndə heyətinin başçısı David Araxamiya demişdi ki, nəzəri olaraq Rusiya ilə bütün məsələlərdə razılaşma mümkündür.

O deyib ki, Kiyev hətta Ukraynanın bloklara qoşulmayan ölkə statusunu da müzakirə edə bilər, amma Krımın Rusiya ərazisi kimi tanınması tamamilə istisna olunur.

Araxamiya deyib ki, Ukrayna habelə Rusiyanın tanıdığı qondarma DXR və LXR-in tanınması məsələsini rədd edir.

Kreml bu şərtlərini dəyişdirməkdən imtina edir.

Sözü gedən tələbləri martın 7-də Putinin sözçüsü Dmitri Peskov da səsləndirib.

O deyib ki, Rusiya Ukraynadakı hərbi əməliyyatları “bir anda” dayandıra bilər, amma bunun üçün Ukrayna Rusiyanın “ərazi tələblərini” qəbul etməli və öz Konstitusiyasına ölkənin “neytral statusu” barədə maddə əlavə etməlidir.

Bundan əvvəl Putin Ukraynadan habelə “hərbsizləşməsini” və “denasifikasiya” olunmasını tələb etmişdi.

Peskov deyib:

“Biz həqiqətən də Ukraynanın hərbsizləşdirilməsini başa çatdırırıq. Bu prosesi bitirəcəyik”.

Peskov bu dəfə “denasifikasiyadan” danışmayıb.

Martın 10-da Türkiyənin Antalya şəhərində Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey LavrovDmitri Kuleba arasında danışıqların keçiriləcəyi gözlənilir.

Bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu verib.

Rusiya XİN Lavrov-Kuleba “təmaslarının” planlaşdırıldığını təsdiq edib.

***

Martın 10-da Türkiyənin Antalya şəhərində Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla ukraynalı həmkarı Dmitri Kulebanın görüşəcəyi gözlənir. Açıqlamanı Türkiyə XİN-in başçısı Mevlut Çavuşoğlu verib.

Rusiya XİN-də Lavrovla Kulebanın “kontakt”ının planlaşdırıldığını təsdiqləyiblər.

Rusiya Ukraynaya silahlı hücum edəndən Türkiyə vasitəçilik etməyə çalışır. Prezident Receb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarlarını bir araya gətirməyə hazır olduğunu bildirib.

Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, ona silah göndərir. Amma Ankara Rusiyaya qarşı sanksiya tətbiqindən imtina edir.

Bu gün Belarusda Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu olmalıdır. Rusiya nümayəndə heyəti artıq Belovejskdədir.

***

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk deyib ki, ölkəsi Rusiyanı martın 7-dən atəşkəsə razılaşmağa, ukraynalıların qərbi Lvov şəhərinə evakuasiyasına imkan yaratmağa çağırıb.

Vereşçuk deyib ki, Rusiya Ukraynadan istənilən humanitar dəhlizin Rusiya, yaxud Belarusa çıxmasını tələb etməklə Makronla və Qərbin digər liderləri ilə manipulyasiya edir.

Rusiya qüvvələri martın 7-də hücumu davam etdiriblər, Kiyevdən 480 km cənubda yerləşən Mikolaiv (Nikolayev) şəhərini atəşə tutublar. Xilasedicilər raket zərbələrinin yaşayış məskənlərində törətdiyi yanğını söndürməyə çalışırlar.

İrpin daxil olmaqla Kiyev ətrafının atəşə tutulması da davam edir. İrpində üç gündür elektrik, su və istilik kəsilib. Sakinlər İrpini və Buçanı tərk etməyə çalışırlar.

AzadlıqRadiosu-nun əməkdaşları daxil olmaqla jurnalistlərin mülkilərin yaşadıqları ərazilərə hücumları sənədləşdirməsinə baxmayaraq, Moskva bunu inkar edir, “xüsusi hərbi əməliyyat” apardığını bildirir.

Kiyevdə əsgərlər səngər qazır, yolları bloklayır, mülki müdafiə birlikləri ilə əlaqələri möhkəmləndirirlər.

***

“RIA Novosti” agentliyinin Rusiyanın Müdafiə Nazirliyinə istinadla yaydığı evakuasiya marşrutları adamların yalnız Rusiya və Belarusa gedə biləcəyini göstərir.

Ukrayna bu addımı “tamamilə mənəviyyatsız” adlandırıb. Prezident Volodimir Zelenskinin sözçüsü deyib ki, Ukrayna vətəndaşlarının ölkə ərazisində hərəkətinə icazə verilməlidir.

“Bu, tamamilə mənəviyyatsızlıqdır. Adamların əziyyətindən arzuolunan televiziya görüntüsü yaratmaq üçün istifadə edilir. Ukrayna vətəndaşlarının Ukrayna ərazisinə evakuasiya haqqı olmalıdır”, – sözçü yazılı bəyanatında deyib.

Atəşkəsin nə qədər çəkəcəyi bəlli deyil.

***

Martın 7-də Rusiya ilə Ukrayna arasında danışıqların üçüncü raundu keçirilməlidir. İndiyədək tərəflər Belarusda iki dəfə görüşüblər.

Ukrayna rəsmiləri hələlik, Moskvanın elan etdiyi atəşkəs xəbərini təsdiqləməyiblər. Əvvəlki atəşkəslər zamanı mülki şəxslərin çıxarılması alınmayıb.

Rusiyanın dəstəklədiyi separatçılar və Ukrayna rəsmiləri bir-birini Mariupolda humanitar dəhlizin alınmamasında suçlayır. Onminlərlə insan bu şəhəri tərk etməyə çalışır.


Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşçenko deyib ki, martın 6-da humanitar dəhlizlə planlaşdırılan evakuasiyalar Rusiya tərəfin atəşinə görə alınmayıb.

“Interfax” xəbər agentliyinin məlumatına görə, Ukraynanın şərqində separatçıların əlində olan Donetsk regionu rəsmisi Ukrayna qüvvələrini atəşkəsə əməl etməməkdə suçlayır.

Rusiya mülki şəxslərin yaşadığı əraziləri hədəfə almadığını, “xüsusi hərbi əməliyyat” apardığını deyir.

Varşava Kiyevə təyyarə göndərərsə...

ABŞ-ın Dövlət katibi Entoni Blinken mülki şəxslərə bilərəkdən hücumlara dair etibarlı məlumatlara malik olduqlarını deyib.

Şərqi Avropada səfərdə olan Blinken deyib ki, ABŞ və müttəfiqləri Rusiya neftinin idxalının yasaqlanması barədə “çox fəal müzakirə” aparırlar.

Kiyev martın 6-da Qərb sanksiyaları sərtləşdirməyə çağırıb, daha çox silah, Rusiya istehsalı olan təyyarələr istəyib.

Blinken Moldovada deyib ki, Varşava Rusiya istehsalı olan hərbi təyyarələrini Ukraynaya göndərmək qərarı verərsə, Vaşinqton Polşanı yenidən təyyarə ilə təchiz etməyin mümkünlüyünü nəzərdən keçirir.

***

Martın 7-də səhər Rusiya hərbçiləri Ukrayna şəhərlərini atəşə tutmağa davam ediblər.

Luqanskda güclü partlayış barədə xəbərlər gəlir. UNİAN agentliyi şahidlərə istinadla neft bazasının yandığını yazır. Sosial şəbəkələrdə şahidlər də neft bazasının yandığını yazırlar. Bu bazanın artıq neçə ildir işləmədiyi deyilir.

TASS Luqanskda yanğınsöndürənlərin neft bazasında yanğını söndürməyə çalışdığını xəbər verir. Yanacaq dolu rezervuarların yandığı, yanğının qonşu rezervuarlara keçə biləcəyi bildirilir. Yanğının sahəsi və qurbanlar barədə məlumat yoxdur.

Nikolayev, Xerson, Xarkov

“Current Time” martın 7-nə keçən gecə və səhər Nikolayev şəhərinin atəşə tutulduğunu yazır. Ukrayna Daxili işlər nazirinin müşaviri Vadim Denisneko “Ukraina 24” telekanalına deyib ki, Rusiya hərbçiləri Nikolayevdə yaşayış məhəllələrini “Smerç” atəşinə tutublar.

Nikolayevin reaktiv yaylım atəşinə tutulduğu xəbər verilir. Şəhər sakinləri atəşin şəhərin bütün rayonlarında, bəzən hər iki istiqamətdə eşidildiyini deyirlər.

Bəzi rayonlarda işıq, mobil rabitə kəsilib.

Xerson da hədəfdədir. UNİAN Çernobayevka aerodromunun gecə atəşə tutulduğunu xəbər verir.

Xarkov da atəş altındadır. Rusiyanın Müdafiə Nazirliyinin iddiasına görə, “SBU və Azov batalyonu döyüşçüləri” Xarkov fizika-texniki institutunda reaktoru partlatmağı planlaşdırırlar.

Odessa vilayətinin Tuzla yaşayış məskəninə dənizdən zərbə endirildiyi xəbər verilir. Vilayət rəsmisi kritik infrastrukturun vurulduğunu deyib.

Humanitar dəhlizlər açılacaq

Rusiya martın 7-də səhər 10-dan sükut rejimi elan edib, Fransa Prezidenti Emmanuel Makronun rusiyalı həmkarı Vladimir Putindən xahişinə uyğun olaraq humanitar dəhlizlərin açılacağı bildirilib. Məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Humanitar dəhlizlər Kiyev, Mariupol, Xarkov və Sumidən açılmalıdır. Rusiya tərəf dronlar vasitəsilə nəzarət edəcəyini bildirib.

Rusiya fevralın 24-də Ukraynaya müxtəlif istiqamətlərdən hücuma başlayıb. Qərb bu hücumu pisləyib, Rusiyaya sanksiya tətbiqinə başlayıb

XS
SM
MD
LG