Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:32

Sarkisyan Paşinyanı yalançılıqda ittiham edir


S.Sarskiyan və N.Paşinyan
S.Sarskiyan və N.Paşinyan

"Baş nazir postunu tutan şəxs ya bu vaxtadək "mərhələli həll" ilə "paket həll" arasındakı fərqi başa düşməyib, ya da...".

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ölkənin baş naziri Nikol Paşinyanı Dağlıq Qarabağa dair danışıqlar prosesi barədə yalan danışmaqda ittiham edib:

“Baş nazir postunu tutan şəxs parlamentin bugünkü iclasında etdiyi çıxışda bir daha özünün yalançı və manipulyator mahiyyətini göstərdi. O yenə də yalan danışır və Dağlıq Qarabağ məsələsi də daxil cəmiyyəti manipulyasiya edir”.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun yazdığına görə Sarkisyan prezident olduğu vaxtlarda Dağlıq Qarabağ probleminin mərhələli həllinə dair danışıqlar aparmadığını deyib:

“Baş nazir postunu tutan şəxs ya bu vaxtadək mərhələli həllə paket həlli arasındakı fərqi başa düşməyib, ya da əsas silahını – manipulyasiyanı işə salıb”.

Levon Ter-Petrosyanı devirənlər

Sarkisyan izah edib ki, paket həll bir gündə, bir saatda həyata keçirilə bilməz və onun özü üçün də mərhələlər lazımdır.

Eks-prezident deyib ki, onun sözlərini hətta ATƏT-in Minsk qrupu həmsədrləri də təsdiq ediblər.

Nikol Paşinyan aprelin 13-də parlamentdə etdiyi çıxışında demişdi ki, 1998-ci ildə birinci prezident Levon Ter-Petrosyanı Qarabağ probleminin mərhələli həlli variantına getmək istədiyinə görə devirən qüvvələr, 20 ildən sonra elə həmin nöqtəyə çataraq özlərindən sonra masa üzərində mərhələli, Paşinyanın təbiri ilə “hipermərhələli” variantı qoyun gedibblər.

Paşinyan bunu da əlavə edib ki, indi keçmiş hakimiyyət o vaxt imzalanmamış danışıq sənədlərində olan ideyaları “qələbə” kimi təqdim etməyə, Serj Sarkisyanın Ermənistan Dağlıq Qarabağa bitişik 7 rayonu qaytarmağa hazır olmasını deyərkən səmimi olduğunu isbat etməyə çalışırlar.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanla Azərbaycan arasında gərginliyə və daha sonra silahlı toqquşmalara səbəb olub.

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin yarıdan çoxuna nəzarəti bərpa etdiyini açıqlayıb.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlılarının yerləşdiyi açıqlanıb.

Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG