Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:09

Özbəkistan və Qırğızıstan sərhədin delimitasiyasını bitirdilər


Qırğızıstan və Özbəkistan prezidentləri Sadır Japarov (sağda) və Şavkat Mirziyoyev görüş zamanı
Qırğızıstan və Özbəkistan prezidentləri Sadır Japarov (sağda) və Şavkat Mirziyoyev görüş zamanı

Özbəkistan və Qırğızıstan, aralarındakı dövlət sərhədinin delimitasiyasını başa çatdırıblar.

Bu barədə məlumatı Qırğızıstan prezidenti Sadır Japarov özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə görüşü zamanı verib.

Mirziyoyev hazırda Bişkekdə dövlət səfərindədir.

Japarov və Mirziyoyev yanvarın 27-də Qırğızıstan və Özbəkistan arasında sərhədin bəzi sektorlarının delimitasiyasına dair müqavilə imzalayıblar.

Qırğızıstan prezidenti imzalama mərasimindən sonra deyib:

"Bu həqiqətən də tarixi bir hadisədir. Biz dialoqa və sərhəd məsələləri ilə bağlı qarşılıqlı məqbul həllərin axtarışına hazır olduğumuzu nümayiş etdirmişik. Əminəm ki, sərhəd məsələlərinə nöqtə qoymaqla biz gələcək nəsillərimizin möhkəm və uğurlu inkişafı və firavanlığının əsasını qoymuşuq.”.

Mirziyoyev bəyan edib ki, sərhədin delimitasiyası məsələsinin tam tənzimlənməsi “şübhəsiz, ikitərəfli əməkdaşlığın inkişafına, regionda stabillik və təhlükəsizliyin saxlanmasına təkan verəcəkdir”.

Xəbər verilir ki, Qırğızıstan və Özbəkistan arasında habelə hərtərəfli strateji əməkdaşlığa dair Bəyannamə imzalanıb.

Ölümcül mübahisələr

Özbəkistanla sərhəd Qırğızıstanın ən uzun sərhədidir. Onun uzunluğu 1314 kilometrdir.

Bu vaxtadək sərhədin razılaşdırılmamış hissələri münaqişələr və hətta bəzən insan itkisinə səbəb olurdu.

Ötən ilin noyabrında Qırğızıstan və Özbəkistan hökumətləri 30 ildən artıq davam edən sərhəd mübahisələrinə son qoyulduğunu bəyan etmişdilər.

Sərhəd haqqında müqavilədən əvvəl iki ölkə arasında Kempir-Abad su anbarı resurslarının birgə idarə olunmasına dair saziş imzalanmışdı.

Bu sazişin müzakirələri Qırğızıstanda etirazlarla müşayiət olunurdu.

O vaxt kütləvi iğtişaşlara hazırlıqda şübhəli bilinən 26 nəfər həbs olunmuşdu. Onların arasında jurnalist və blogerlər də vardı.

İnsan haqları müdafiəçiləri həmin şəxslərin azad olunmasına çağırırlar.

XS
SM
MD
LG