Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:05

Zelenski Bolqarıstan prezidentinə acıqlandı: ‘Allah eləməsin ki, siz mənim yerimdə olasınız...’


Zelenskinin Rusiya meylli və NATO-ya tənqidi yanaşan Bolqarıstan prezidenti Rumen Radevlə danışıqları xeyli mürəkkəb olub
Zelenskinin Rusiya meylli və NATO-ya tənqidi yanaşan Bolqarıstan prezidenti Rumen Radevlə danışıqları xeyli mürəkkəb olub

Bolqarıstanda səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenski bu ölkənin prezidenti Rumen Radevlə Kiyevə Qərb silahlarının verilməsinə dair açıq mübahisə edib.

Bu barədə məlumat verən Politico portalının yazdığına görə mübahisə o qədər qızışıb ki, Radev jurnalistlərin danışıqlar salonundan çıxarılmasını istəyib.

AzadlıqRadiosunun Rus xidməti xəbər verir ki, Zelenskinin Bolqarıstana səfərindən əsas məqsəd bu ölkənin qərbyönlü baş naziri Nikolay Denkovun hökuməti ilə görüşmək idi.

Bu görüş zamanı həm də Ukraynanın Qərb silahları ilə təchizatı müzakirə olunmalıydı.

Lakin onun daha çox Rusiya meylli və NATO-ya tənqidi yanaşan Bolqarıstan prezidenti Rumen Radevlə danışıqları xeyli mürəkkəb olub.

Radev danışıqlar zamanı deyib ki, “Ukrayna münaqişəsinin hərbi həlli yolu yoxdur” və “bu məsələdə daha çox silah həll yolu olmayacaq”.

“Bu münaqişə yox, müharibədir”

Politico Radevin bu sözlərinə Zelenskinin reaksiyasını tam şəkildə verib:

"Allah eləməsin ki, belə faciə sizin başınıza gəlsin və siz mənim yerimdə olasınız...Onda əgər sizin baxışlarınızı bölüşən adamlar sizə kömək etməsələr nə edəcəksiniz? Deyəcəksininiz ki, “Putin, bolqar torpağını götür?” Yox mən əminəm ki, siz bir prezident kimi öz müstəqilliyiniz məsələsində kompromisə getməyəcəksiniz. Ukraynaya kömək etməmək sizin haqqınızdır. Amma çox istərdim ki, siz məni düzgün başa düşəsiniz”.

Zelenski habelə Radevi Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsini “münaqişə” adlandırdığına görə tənqid edib.

O deyib ki, Rusiya Ukraynanın məhv edilməsi üçün müharibə aparır və Ukraynaya silah verilməsi Bolqarıstanın marağındadır.

Zelenskinin sözlərinə görə Ukrayna özünü müdafiə edə bilməlidir ki, müharibə Bolqarıstana gəlməsin.

Praqada fərqli əhval

İyulun 6-da Zelenski Çexiya paytaxtı Praqaya gəlib. O Praqa qradında bu ölkənin prezidenti Petr Pavellə görüşüb.

Çexiya mediası xəbər verir ki, Zelenskinin Çexiya hökumət üzvləri ilə danışıqları iyulun 7-də davam edəcək.

Volodimir Zelenski Pavellə birgə keçirilən mətbuat konfransında Ukraynaya və Ukrayna silahlı qüvvələrinə hərtərəfli kömək üçün Çex Respublikasına təşəkkürünü bildirib:

"Mən xüsusilə də hava limanından buradək yolboyu gördüyüm hər bir Ukrayna bayrağına görə minnətdarlığımı bildirirəm. Bu məni təsirləndirdi”.

Praqa Moskvaya baxmasın

Çexiya prezidentinin sözlərinə görə müharibənin qurtarması çox mühüm olacaq, çünki Ukrayna NATO üzvlüyünə dair danışıqlara başlaya biləcək.

Pavel əlavə edib ki, Ukraynanın NATO-ya və Avropa İttifaqına üzvlüyü Praqanın marağındadır.

Çexiya prezidentinin fikrincə Ukrayna müharibəsi Rusiyanın bunu iddia etməsinə və hamını buna inandırmaq istəməsinə rəğmən o qədər də güclü olmadığını göstərib:

"Biz hər şeyi etməliyik ki, Ukraynanın əks-hücumu uğurlu olsun”.

Zelenski xatırladıb ki, Kreml Çexiya vətəndaşlarının əhvalına təsir göstərmək cəhdlərini davam etdirir:

"Rusiya təbliğatı ictimai atmosferə destruktiv təsir göstərir. Mühümdür ki, Çexiya öz müstəqil qərarlarını qəbul edəndə, dönüb Moskva tərəfə baxmasın”

XS
SM
MD
LG