Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:12

ABŞ səfirliyi müxalifətin mitinqinə münasibət bildirib


«ABŞ Səfirliyi aprel ayının 2 və 17-si tarixlərində Bakının mərkəzində müxalifət qruplarının dinc nümayişlərinin qarşısını almaq üçün Azərbaycan Hökuməti tərəfindən görülən tədbirlərdən, o cümlədən müxalifət fəallarının saxlanılmasından narahatdır».

Aprelin 19-da ABŞ-ın Bakıdakı səfirliyindən AzadlıqRadiosuna verilən açıqlamada belə deyilir. Həmçinin bildirilir ki, Azərbaycan hakimiyyətinin son tədbirləri 1990-cı ilin Kopenhagen Sənədində dövlətlər tərəfindən bir daha təstiq olunmuş «hər bir şəxsin dinc toplasma və numayiş etmə hüququnun olunması» ifadəsi də daxil olmaqla ATƏT qarşısında götürdüyü öhdəliklərin əksinə istiqamətlənib:

«Biz Azərbaycan Hökumətini Azərbaycan Konstitusiyasında, habelə beynəlxalq insan hüquqları üzrə hüquqi aktlarda, o cümlədən ATƏT öhdəliklərində təsbit olunmuş bütün vətəndaşlarının sərbəst toplaşmaq və söz azadlıqlarına bir daha hörmət etməyə çağırırıq. Biz, nümayişlərlə əlaqadar saxlanılanları qanuna əsasən müvafiq proseslə, açıq, şəffaf dinləmələr və müvafiq hüquq məsləhətçisi xidmətinə çıxışla təmin etməyə çağırırıq».
XS
SM
MD
LG