Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:46
Daxili Qoşunlar Siyəzəndə əməliyyat keçirir
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

Daxili Qoşunlar Siyəzəndə əməliyyat keçirir

Siyəzəndə saqqallıları tuturlar - [Video]

Yanvarın 13-dən fərqli olaraq bu gün Siyəzən rayonunda sakitlikdir, meydan boşaldılıb.

Yanvarın 12-dən başlayaraq Azərbaycanın bir neçə rayonunda, Ağcabədi, Lənkəran, Siyazəndə bahalaşma və işsizliyə etiraz aksiyaları keçirilir. Siyəzən rayonunda aksiya yanvarın 13-də də davam edir, polis aksiyanı gözyaşardan qazla dağıtmağa çalışır.

Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

14:48 14.1.2016

Saqqallıları tuturlar

Siyəzəndə polis saqqal saxlayanları saxlayır.

AzadlıqRadiosuna bu haqda rayon sakinləri məlumat verib. Saxlanılanların sayı haqqında dəqiq məlumat yoxdur.

Hüquq-mühafizə orqanlarının yanvarın 13-də yaydığı məlumatda bu etirazları təşkil edənlərdən biri kimi dini qruplar da göstərilirdi.

13:45 14.1.2016

Siyəzəndə sakitlikdir

AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, yanvarın 13-dən fərqli olaraq bu gün Siyəzən rayonunda sakitlikdir, meydan boşaldılıb. Küçələrdə təkəmseyrək hallarda insanlar gözə dəyir. Polis insanların qrup şəklində bir yerdə toplanmasına icazə vermir.

Dünən axşam saatlarında etirazçıların toplaşdığı və tonqal qaladığı Dərə məhəlləsində Çevik Polis Alayının xüsusi təyinatlıları əməliyyat keçirir. Onların etirazçıları axtardıqları bildirilir.

Bundan başqa, xüsusi təyinatlılar bəzi ara məhəllələrdə nəzarəti gücləndiriblər.

21:31 13.1.2016

Siyəzəndə gecə: polislər insanları dağılışmağa çağırır - Video, Foto

Yanvarın 13-də sosial tələblərlə etiraz aksiyası keçirilmiş Siyəzəndən gecə görüntüləri. Əliavtomatlı polislər hələ də küçələrdə qalan etirazçıları dağılışmağa səsləyirlər.

Siyəzənin mərkəzi küçəsinə Çevik Polis Alayının xüsusi təyinatlıları nəzarət edirlər. Şəhərdə bütün mağazalar bağlıdır. Sakinləri küçəyə çıxmağa qoymurlar.

Axşamüstü sakinlər yolları bağlamağa cəhd ediblər, polis gəldikdə isə ərazidən uzaqlaşıblar. Bəzi etirazçılar polisə daş atıblar.

Siyəzəndən gecə görüntüləri
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

19:42 13.1.2016

55 nəfər saxlanıb

Yanvarın 12-13-də Siyəzəndə baş vermiş hadisələrə görə 55 nəfər saxlanılıb. Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda belə deyilir.

Məlumata görə, "törədilmiş əməllərlə bağlı Cinayət Məcəlləsinin 186.2.2, 233 və 315.2-ci maddələri ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və belə hərəkətlərdə fəal iştirak etmə, özgə əmlakını qəsdən zədələmə, hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) cinayət işi başlanıb.

Məlumatda deyilir ki, saxlanılmış şəxslərdən bir neçə nəfəri cinayət məsuliyyətinə cəlb edilib.

“Siyəzən, Lənkəran, Füzuli, Ağcabədi, Ağsu şəhər və rayonlarında törədilmiş və ölkədə ictimai asayişin pozulmasına hesablanmış qanunazidd əməllər AXCP və Müsavat partiyalarının fəalları, həmçinin bir sıra radikal və dini ekstremist qüvvələr tərəfindən təşkil edilib”.

Davamı

XS
SM
MD
LG