Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:45

Aİ sanksiya siyahısına Medvedevin oğlunu, Putinin qohumunu da salıb


İlya Medvedev
İlya Medvedev

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiya paketinə 61 nəfər və 86 hüquqi şəxsə qarşı məhdudiyyətləri də salıb.

Blokun rəsmi jurnalında dərc olunan siyahıda Təhlükəsizlik Şurası başçısının müavini Dmitri Medvedevin oğlu İlya, Rusiya prezidenti Vladimir Putinin əmisi oğlunun qızı Anna Tsivileva da var. O, "Vətənin Müdafiəçiləri" dövlət fondunun başçısıdır. Bu fond Ukrayna müharibəsi veteranlarına, bu müharibədə həlak olanların qohumlarına yardım göstərir. Fondun özünə də məhdudiyyətlər tətbiq olunub.

Rusiya XİN TASS-a bildirib ki, Aİ-nin 12-ci sanksiya paketinə cavab veriləcək.

Aİ Rusiyaya qarşı sanksiyaların 12-ci paketini qəbul etdi

Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların 12-ci paketini qəbul edib. Bu sanksiyalara Rusiya almazının idxalına qadağan, təkrar ixrac qaydalarının sərtləşdirilməsi və yeni fərdi sanksiyaların tətbiqi daxildir.

Sanksiya paketinə Rusiyanın qeyri-sənaye almazının idxalına 2024-cü ilin yanvarından qadağan qoyulması daxildir.

Rusiyanın üçüncü ölkələrdə işlənmiş almazlarının idxalına qadağan mərhələli qaydada 2024-cü ilin martından qoyulacaq.

Avropa İttifaqının üzvü olmayan İsveçrə Rusiya dəmirinin və poladının idxalına qoyulan qadağanlara qoşulacağını bəyan edib.

Aİ habelə “Rusiyaya yox” qaydası üzrə idxal-ixrac qaydalarını sərtləşdirəcək.

Bu isə o deməkdir ki, Avropa ixracatçıları müqavilələri imzalayarkən bu sənədlərə hərbi məqsədlərlə istifadə oluna biləcək malların və texnologiyaların Rusiyaya təkrar satışına qadağan qoyan bənd əlavə olunmalıdır.

Bu malların siyahısı da genişləndirilib. Siyahıya bəzi kimyəvi maddələr, litium batareyaları, termostatlar, daimi cərəyan mühərrikləri, pilotsuz uçan aparatlar üçün servo mühərrikləri, dəzgahlar və avadanlıq detalları daxil edilib.

Rusiyaya qazanc gətirən idxal

Nəhayət Aİ Rusiyaya əhəmiyyətli qazanc gətirən və ona Ukraynaya qarşı müharibəni davam etdirmək imkanı verən malların idxalına qadağan qoyacaq. Söhbət çuqunun bəzi növlərindən, mis və alüminium məftillərdən, folqa və borulardan gedir.

Sanksiyalar paketinə habelə sıxılmış propan qazı idxalının 12 keçid ayı müddətində qadağanı daxil edilib.

Habelə Rusiya neftinə qoyulmuş qiymət tavanına riayət olunması üçün daha sərt qaydalar tətbiq ediləcək.

Bundan başqa Avropa İttifaqı, barəsində fərdi sanksiyalar tətbiq edilən Rusiya və ya onunla bağlı olan şirkətlərin reyestrini genişləndirib. Bu siyahıya 29 hüquqi şəxs daxildir.

Avropa İttifaqı bu vahid və qurumların Rusiyaya Ukrayna müharibəsində birbaşa kömək etdiklərini bildirir. Bu qurumların siyahısı hələki dərc olumayacaq.

Bəzi istisnalar

Bununla belə AzadlıqRadiosu və CurrentTime layihəsinin təhqiqat jurnalistləri bu siyahının “qaralama” variantı ilə tanış ola biliblər.

Jurnalistlərin məlumatına görə bu siyahıya Rosfinmonitorinq agentliyi və onun direktoru Yuri Çixançin daxil edilə bilər.

Bununla yanaşı Aİ şəxsi istifadə üşün bəzi əşyaların, məsələn şəxsi gigiyena əşyalarının və geyimin, habelə diplomatik nömrə nişanları olan avtomobillərin gətirilməsinə icazə verib.

Bundan başqa Aİ ittifaqa daxil ölkələrin Rusiyada yaşayan vətəndaşlarına dəstək məqsədilə onların şəxsi avtomobillərinə istisna qoyub.

Bu istisnaya görə Aİ-yə daxil ölkələr Rusiyadan gələn şəxsi avtomobillərin gətirilməsinə icazə verə bilərlər. Lakin bu avtomobillərin satış məqsədilə gətirilməsinə icazə verilmir.

XS
SM
MD
LG