Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:44

Bank fırıldaqçıların onun işçiləri olmadığını deyir- [Yenilənib]


►“Azərbaycan Sənaye Bank” bildirir ki, onun Gəncə filialında baş vermiş cinayətdə adı hallanan İlqar Əliyev, Nəriman Bayramov, Talıb Həsənovla heç bir əlaqəsi yoxdur:

"Onlar bizim işçilər olmayıb"

Bank İlqar Əliyevin 2011-2012-ci illər ərzində bankın “Gəncə” filialında zərgər kimi mülki müqavilə əsasında xidmət göstərdiyini, hadisəni "öz tanışları və dostları Nəriman Bayramov, Talıb Həsənov, Şahin Ələkbərov, Elfaq Abbasov, Sərxan Hüseynov ilə əlbir olaraq" törətdiyini bildirir.

Oktyabrın 15-də AzadlıqRadiosunun saytında çap edilən "Azərbaycanda görünməmiş bank fırıldağı" yazısında deyilir ki, "bankın işçiləri olan həmin şəxslər əlbir olaraq dəmir-dümürü zinət əşyası kimi sənədləşdiriblər, sonra da bu "girov"la bankdan tanışlarının adına kredit kimi külli miqdarda pul götürüb mənimsəyiblər":

"Qəti şəkildə bildiririk ki, qeyd edilən şəxslərin heç biri bankın işçiləri olmayıblar, onların əməlləri nəticəsində banka külli miqdarda zərər dəymiş və bank cinayət işində zərərçəkmiş kimi tanınmışdır. Bu səbəbdən onların bankın işçiləri olmasına dair yayılan xəbərlər həqiqəti əks etdirmir və yanlışdır. Qeyd edilən şəxslərlə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam edir. Bankımızın işçiləri hər zaman düzgün və şəffaf fəaliyyətləri ilə seçiliblər, bankın və müştərilərin mənafeyini həmişə üstün tutublar. Təbii ki, buna görə də yuxarıda adıçəkilən şəxslərin bankın işçisi olduqlarına dair yayılmış xəbərlər bankla yanaşı kollektivin də təəccübünə və etirazına səbəb olmuşdur."

Amma bank xəbərdə adıçəkilən Samir Seyidovun həqiqətən hadisələrin baş verdiyi ərəfədə bankın Gəncə filialının müdiri vəzifəsində işlədiyini etiraf edir:

"Yuxarıda qeyd olunan hadisələrlə əlaqədar olaraq istintaq orqanı tərəfindən ona vəzifələrinin icrası zamanı yol verdiyi səhlənkarlıqlara görə ittiham elan edilmişdir. İş materiallarına əsasən onun, digər adıçəkilən şəxslərlə əlbir olmadığı və banka qarşı fırıldaqda iştirak etmədiyi müəyyən olunmuşdur. Qeyd etdiyimiz bütün hallar məhkəmə qərarları ilə təsbit olunmuşdur."

***

AzadlıqRadiosunda dərc edilmiş yazıda deyilirdi ki, "Məhkəmənin hökmünə əsasən, Azərbaycan Sənaye Bankının işçiləri müştərilərdən girov olaraq dəmir parçaları qəbul ediblər. Həmin əşyaları qızıl-zinət əşyaları kimi qeydə alıblar. Bu yolla da azı 200 min manat qazanaraq aralarında bölüşdürüblər. Ancaq məsələnin üstü tez açılıb deyə, bundan artığını qazana bilməyiblər

İlqar Əliyev, Nəriman Bayramov, Talıb Həsənov, bu işdə iştirakçı olmuş Şahin Ələkbərov, Elfaq Abbasov, Samir Seyidov elə Gəncədə mühakimə olunublar."

Buna da bax: Ərəb şeyxləri kimdən icazə alıb ov edir?

DƏMİR PARÇALARINI QIZIL-ZİNƏT KİMİ DƏYƏRLƏNDİRİBLƏR

İlqar Əliyev bankın Gəncə filialında girov kimi təqdim olunan metalın əyarını, çəkisini, dəyərini müəyyən edirmiş. İttihama görə, o, əlbir olduğu şəxslərlə birgə, filiala müraciət edən 54 nəfər müştəri tərəfindən girov qoyulmasından ötrü təqdim olunmuş dəmir parçalarını qızıl-zinət əşyası kimi qiymətləndirib. Bu barədə saxta rəylər verərək həmin şəxslərin adına müxtəlif məbləğlərdə kreditlərin rəsmiləşməsinə nail olub. Bu yolla onlar bankdan xeyli pul ələ keçiriblər.

Amma onlar ifadələrində göstəriblər ki, rəy verdikləri əşyaların dəmir parçası olduğunu bilməyiblər.

Buna da bax: Məhkəmə nurçulara "yox" dedi

BANKIN RƏHBƏRLİYİ ÖZÜ MÜRACİƏT EDİB

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə fırıldağı törədənlər 7 ildən 8 ilədək azadlıqdan məhrum ediliblər. Onlarla əlbir olan digər təqsirləndirilənlər isə hər biri 7 il 6 ay müddətinə şərti cəzalandırılıblar.

Həbsdə olan bank işçiləri İlqar Əliyev, Nəriman Bayramov və Talıb Həsənov cəzanın ağır olduğunu əsas gətirərək apellyasiya şikayəti veriblər. Elə Gəncə Apellyasiya Məhkəməsində şikayətə baxılıb və təmin olunmayıb.

İki il əvvəl “Azərbaycan Sənaye Bankı”nın Gəncə filialının rəhbərliyi hadisə ilə bağlı özü Baş Prokurorluğa ərizə ilə müraciət edib.

XS
SM
MD
LG