Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:40

Banklar faizləri artırır


►Samir Əliyev deyir ki, bunu bankların manat ehtiyacı şərtləndirir

Azərbaycanda manat əmanətlərinə görə, faiz dərəcələrini artıran bankların sayı getdikcə artır.

Mayda bu istiqamətdə ilk addımı “Azərbaycan Beynəlxalq Bankı” atıb. Bank manat əmanətlərinin gəlirini 5 faiz artırıb.

Fins.az-ın xəbərinə görə, Beynəlxalq Bankın ardınca “Accessbank” da manat əmanətlərinin gəlirlərini artırıb. Əgər indiyə qədər bank milli valyutada yerləşdirilən əmanətlərə görə, illik maksimum 12 faiz dividend ödəyirdisə, hazırda bu göstərici 15-18 faizdir. Yəni, qazancda 3-6 faiz artım var.

Həmçinin, “AGBank” da manat əmanətlərinin faiz dərəcələrini 6 faiz artırıb. Artıq bu bankda milli valyuta ilə əmanət qoyanlara illik 6 faiz deyil, 12 faiz dividend ödənilir.

İqtisadçı-ekspert Samir Əliyev hesab edir ki, tədricən digər banklar da manat əmanətlərini bahalaşdıracaqlar.

____________________________________________________________

Bunlara da bax:
Amnistiya aktı Milli Məclisdən keçdi
Türkiyənin gələcək baş naziri Binali Yıldırım kimdir?

____________________________________________________________

“Çünki, 2-ci devalvasiyadan sonra dollarla kredit vermək çətinləşib. Banklar isə dollarla qəbul etdikləri, amma “sata bilmədikləri” əmanətlərə görə, havayı faiz ödəmək istəmir.Müştərilərin demək olar ki, hamısı krediti manatla götürməkdə maraqlıdır, bu isə bankları milli valyuta ilə vəsait cəlb etməyə vadar edir” - deyə iqtisadçı şərhində bildirib.

Ötən il Azərbaycanda iki dəfə devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında təqribən 2 dəfə dəyər itirib. Dollarla kredit götürən insanların ödəmələrinin xeyli çətinləşdiyi bildirilir. Hazırda problemli kreditlərin 1,5 milyard manata çatdığı qeyd edilir.

Maliyə Bazarlarına Nəzarət Palatası dollarla kredit götürməyi xeyli çətinləşdirib. Hazırda bu əsasən iki halda mümkündür.
Birincisi, müştərinin xarici valyutada gəliri olmalıdır. İkincisi isə müştərinin əvvəllərdə xarici valyutada krediti olmalıdır və onun problemsiz qaydada borcunu ödədiyi bəlli olmalıdır.

XS
SM
MD
LG