Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:50

Can alan yol- FOTOLAR


Behramtepe-Bilesuvar highway
Behramtepe-Bilesuvar highway

►Bəhrəmtəpə-Biləsuvar yolu azı 10 ildir ki, can ala-ala gedir

"Bu, kəndlərarası yol olsaydı, deyərdik, “neynək, birtəhər dözərik”. Axı bu yol ölkənin o başıyla bu başını birləşdirən magistraldır”.

İmişli sakini Anar Fərəcov deyir, işləriylə əlaqədar həftədə bir neçə dəfə Bəhrəmtəpə-Biləsuvar yolunu gedib-gəlməli olur.

MAŞIN DA, SAĞLAMLIQ DA ƏLDƏN GEDİR

“Yol dağılıb gedir. Yayda vəziyyət lap dözülməz olur. Toz-torpaq... 10 ildir ki, yol bu vəziyyətdədir. Zülm çəkirik. Maşına nə qədər zərər dəyir, hələ bunu qoyuram bir kənara, sağlamlığımız da əldən gedir”.

Bu yoldan hər gün Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, İmişli rayonlarının sakinləri istifadə edirlər. Sovet dönəmində çəkilmiş yoldakı asfaltdan əsər-əlamət qalmayıb. Çünki yollarda heç vaxt təmir-bərpa işləri aparılmayıb. Sürücülər bu yollarda maşınları çətinliklə idarə edirlər.

İmişlinin Aranlı kəndini rayon mərkəzi ilə 30 km ayırır. Biləsuvar-Bəhrəmtəpə avtomobil yolu bərbad hala düşəndən bəri, bu kənddə yaşayanların başqa yerlərə gedib-gəlməyi çətinləşib.

İŞLƏR BİLƏSUVARDA İLİŞİB QALIB

Kənd sakini Kərim Kərimov deyir ki, “Azərsun Holding” yaxınlıqdakı ərazidə şirkət açandan sonra ağır tonnajlı maşınlar yolu xeyli korlayıb:

“Şirkət tikinti işlərini başa çatdırandan sonra hökumət yolun bərpasına başlayıb. Amma bu iş “qarışqa yerişi” ilə aparılır, gör nə qədər vaxtdır ki, Biləsuvar tərəfdə ilişib qalıblar. Bu gedişlə 50 kilometrlik məsafəni 10 ilə asfaltlayarlar. Başa çıxanadək əvvəl düzəldilən yerlər dağılacaq”.

Bu yol bir növ İmişli və Biləsuvar rayonlarının ərazi hüdudlarını müəyyənləşdirir.

Yolun üstündə İmişlinin və Biləsuvarın kəndləri, Cəbrayıl köçkünlərinin şəhərciyi yerləşir. Yolun bərbad vəziyyətdə olması yaxınlıqda yaşayan əhalinin həyatına təhlükə yaradır.

____________________________________________________________

Bunlara da bax:
İ.Əliyev: “Erməni qoşunları işğal edilmiş ərazilərdən çıxarılmalıdı”
Ruslar Qarabağ məsələsinin həllini necə görür- [Sorğu]

____________________________________________________________

ŞİMALLA CƏNUBU BİRLƏŞDİRƏN YOL…

Bəhrəmtəpə sakini Tural Əliyev kəndi Biləsuvarla birləşdirən 45 kilometrlik yolu keçmək məcburiyyətində qalır. Hər dəfə şəxsi avtomobili ilə bu yola azı 3-4 saat vaxt itirir. Hər dəfə də geri qayıdandan sonra avtomobili təmirə verir:

“Hər il yolların təmir-bərpasına fantastik məbləğdə pul ayrılsa da, qarşılığında əhalinin yol rahatlığı təmin olunmur. Bu yola çıxan sürücü öz həyatını riskə atmış olur. Bu yol cənubdakı yeddi rayonda yaşayan əhalini aran, qərb və şimalda yaşayan əhaliyə birləşdirən yeganə yoldur". (ardı aşağıda)

FACİƏ

Kəndin digər sakini Əjdər Hüseynov bir neçə il əvvəl bu yolda qəzaya düşərək azyaşlı nəvəsini itirib, özü isə əlilə çevrilib:

“Yollar yağış suyu ilə dolmuşdu. Qrunt yol sürüşkən olduğundan idarə etmək çətin idi. Maşın zərblə su ilə dolu çuxura düşdü. Bir müsibətlə öhdəsindən gəldim, çuxurdan çıxara bildim. Ancaq ikinci bəladan sovuşa bilmədik”.

ƏLƏT-ASTARA YOLU TİKİLMƏYİNCƏ…

İmişlinin icra hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, Bəhrəmtəpə-Biləsuvar yolunun təmirinin gecikməsinin səbəbi Ələt-Astara yolunun tikintisidir.

Təmirlə əlaqədar bu yoldan keçən ağır tonnajlı avtomobillər uzun illərdir ki, yolları bərbad vəziyyətə salıb. Ancaq Ələt-Astara yolunun tikintisi başa çatmayınca bu yolların təmiri də mümkün deyil.

Rayon sakini Anar Fərəcov deyir, elə onlara da rəsmi qurumlardan eyni cavab verilir. Odur ki, Bəhrəmtəpə-Biləsuvar yolunun təmirinin tezləşdirilməsini istəyən sakinlər əvvəlcə Ələt-Astara yolunun tikintisinin başa çatmasını arzulamalıdılar.

Buna da bax: Kareliyada 14 uşaq batıb

Kareliyada 14 uşaq batıb
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

DİNLƏ: Günün hadisələri Azadlıq Radiosunda

"Qaçqınkom"un sədri Rusiyanı tərifləyir
Günün əsas hadisələri AzadlıqRadiosunda- 20 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün hadisələri Azadlıq Radiosunun TV proqramında

Formula 1. "Oturacaqlar yalnız test yürüşlərində boş olub"

XS
SM
MD
LG