Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:09

DTX İrana bağlı qanunsuz silahlı birləşmə ifşa etdiyini deyir


İllüstrativ foto
İllüstrativ foto

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) noyabrın 1-də bildirib ki, İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılan qanunsuz silahlı birləşmə ifşa edilib

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) noyabrın 1-də bildirib ki, İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılan qanunsuz silahlı birləşmə ifşa edilib.

Məlumatda 2018-ci ildən barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilən, hazırda İranda gizləndiyi iddia edilən Tohid İbrahimbəyli, Rövşən Əsədov, Orxan MəmmədovElşad Hacıyevdən bəhs edilir.

Vurğulanır ki, silahlı birləşmə əsasən əvvəllər məhkumluğu olan, habelə özlərini “Müsəlman Birliyi Hərəkatı”nın üzvü hesab edən şəxslərin sırasından seçilən Azərbaycan vətəndaşlarını üçüncü ölkələrin ərazisindən keçirilməklə Tehran şəhərinə, oradan isə saxta sənədlərlə hərbi yük təyyarələrində Suriyanın Dəməşq şəhərinə aparıb:

“Onlar Suriya ərazisində müxtəlif odlu silahlardan istifadə qaydaları və döyüş taktikasının öyrədildiyi hərbi təlimlərə cəlb edilib, təlimlərdə iştirak etmiş hər bir şəxsə təqdim olunan qəbzlərə imza etdirməklə müxtəlif məbləğlərdə pul vəsaitləri verilib”.

Bildirildiyinə görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan vətəndaşı istintaqa cəlb olunub:

“...Əvvəllər məhkum edilmiş Hüseynov İskəndər Hani oğlu, Haqverdiyev Tural Səfər oğlu, Şükürov Eltun Əli oğlu və digərləri Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək saxlanıblar”.

İran dronlarının özəllikləri: Ermənistan bu dronları almağa niyə ehtiyat edir?
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

“...İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla...”

İddiyaya görə, qruplaşma üzvlərini hərbi təlimlərə cəlb edənlərdən biri olan Orxan Əsədov üçüncü ölkə ərazisində terror aktına cəhd edərkən həbs olunub:

“... Həmçinin qeyd olunan hərbi təlimlərə cəlb edilmiş Məmmədov Fəqan Sədrəddin oğlunun daha sonra İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin bəzi rayonlarda keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib”.

Açıqlamaya görə, hazırda kompleks əməliyyat-istintaq tədbirləri davam edir.

'Kənddə qəbir qazmağa gənc qalmayıb'
Gözlə

No media source currently available

0:00 0:06:14 0:00

Hələlik, bu məlumata sözü gedən şəxslər, onların yaxınları və İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Hərəkat təkzib edir

Müsəlman Birliyi Hərəkatının (MBH) mətbuat xidmətindən isə bu məsələnin onlarla bağlantısını təkzib edirlər.

Oradan bildirilib ki, adları Müsəlman Birliyi Hərəkatının üzvləri kimi hallanan və həmin əməllərdə şübhəli sayılan şəxslər onların üzvləri deyillər:

"MBH-nın mətbuat xidməti olaraq biz Hərəkatın adının hallanmasının əleyhinəyik və həmin şəxslərin MBH-nın üzvləri olması barədə fikirləri təkzib edirik".

Xatırlatma

Azərbaycan hakimiyyətinə tənqidi mövqeyi ilə seçilən Müsəlman Birliyi Hərəkatının rəhbər şəxsləri hazırda həbsdədir.

Onlar 2015-ci ildə ikisi polis olmaqla 6 nəfərin ölümü ilə nəticələnən Nardaran hadisələrinə görə, uzun müddətli həbs ediliblər.

Qətl və daha bir çox ağır cinayyətlərdə ittiham edilən həmin şəxslər isə ittihamları qəbul etmirlər.

Onlar deyirlər ki, heç bir qətl törətməyiblər və istintaq zamanı ağır işgəncələrə məruz qalıblar. Hərçənd, hüquq mühafizə orqanları işgəncə şikayətlərini qəbul etmirlər.

XS
SM
MD
LG