Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:55

'Əfqan Muxtarlını oğurlayıb, döyüb, cibinə 10 min avro...' [yenilənib] [video]


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Bunu Dövlət Sərhəd Xidmətində saxlanan jurnalistlə görüşdən qayıdan vəkil Elçin Sadıqov deyib:

“Cinayət Məcəlləsinin 318.1 və 206.1 maddəsi ilə ittiham edilir. Yəni sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham edilir. Əfqan Muxtarlı ifadəsində dedi ki, onun mayın 29-u Tbilisi şəhərində axşam saat 18 radələrində naməlum insanlar zorla avtomobilə mindirərək oğurlayıblar. Onu “Opel” markalı avtomobilə mindirdikdən sonra, əllərini arxadan bağlayıblar və döyüblər. Ürəyinin altında ağrılar var. Qabırğalarının sındığını güman edir. Üz nahiyəsində, qançır yerləri, xəsarət izlər var”.

Buna da bax: Vitse-prezident təyin edilməsindən 100 gün keçir [video]

Vəkilin deməsinə görə, Əfqan Muxtarlı bildirib ki, Tbilisidən bir qədər uzaqlaşandan sonra başına torba keçiriblər.

Əfqan Muxtarlı döyüldüyünü deyir
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

“O, da bildirib ki, ürəyinin ağrıları var. Nəfəs ala bilmir. Bundan sonra, yalnız onun üzünü örtüblər. İki saatdan sonra da avtomobili dəyişiblər. Sonra yenə avtomobili dəyişiblər. Bu dəfə avtomobildəkilər Azərbaycan dilində danışırmışlar. Cibinə 10 min avro pul qoyublar. Əfqan Muxtarlı deyir ki, bu pulu heç vaxt görməyib”.

Vəkil deyir ki, bununla bağlı həm ekspertiza, həm də məntəqənin ətrafındakı kameraların görüntülərini tələb ediblər.

Buna da bax: 'Hakimiyyətə işləyən məlum sayt bu barədə ətraflı yazmışdı'

“Onu şübhəli şəxs qismində saxladılar. Yəqin ki, həbs qəti imkan tədbirinin seçilməsinə sabah, mayın 31-i məhkəmədə baxılacaq”.

Vəkilin açıqlamasına görə, Əfqan Muxtarlı güman edir ki, onu Gürcüstanın hüquq mühafizə orqanları saxlayıb.

* * *

Buna da bax: Gürcüstanda Daşqın Ağalarlı da saxlanıb

Vəkil: “Əfqan Muxtarlı Sərhəd Xidmətindədir”

“Gürcüstanda tutularaq Azərbaycana gətirilmiş jurnalist Əfqan Muxtarlı hazırda Dövlət Sərhəd Xidmətinin (DSX) binasında saxlanılır”.

Bunu AzadlıqRadiosu-na jurnalistin vəkillərindən Elçin Sadıqov deyib.

Vəkil jurnalistin işi üzrə müstəntiqlə saat 18:00-da telefonla danışa bilib.

Ona Ə.Muxtarlının işi ilə bağlı detallı bilgi verilməyib.

Buna da bax: Rəsmi açıqlama: 'Gözəl Bayramlının mənzilindən 1000 avro nağd pul tapılıb'

E.Sadıqov hazırda DSX-da olduğunu, hələ ki, Ə.Muxtarlı ilə təmas qurmadığını deyib.

* * *

Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlının Azərbaycan gətirildiyi bildirilir. Onun hazırda Dövlət Sərhəd Xidmətinin nəzarətində saxlandığı deyilir.

Bu barədə Ə.Muxtarlının uzun müddət üzvü olduğu Müsavat Partiyasının başqanı Arif Hacılı məlumat verib.

O, başqa məlumata sahib olmadığını qeyd edib.

Buna da bax: Gürcüstana sığınan fəallar Bakıya verilir?

Vəkil Nemət Kərimli isə AzadlıqRadiosu-na deyib ki, Əfqan Muxtarlı bu gün, mayın 30-u onunla telefonla əlaqə saxlayıb. Vəkilin bildirdiyinə görə, Ə.Muxtarlı Gürcüstandan Azərbaycana gətirilib. Hazırda Dövlət Sərhəd Xidmətinin nəzarətindədir.

Buna da bax:​ Azərbaycandan qaçıb Gürcüstana sığınanların yeni problemləri [video]

Hazırda Bakıdan kənarda olduğunu deyən vəkil Ə.Muxtarlıdan başqa məlumat ala bilmədiyini söyləyib.

Dövlət Sərhəd Xidməti Ə.Muxtarlının saxlanması ilə bağlı suallara cavab verməyib.

Qurumun rəsmi internet səhifəsinə də, bununla bağlı, hələ ki, hər hansı məlumat yerləşdirilməyib.

XATIRLATMA

«İki ildir ki, Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlıdan mayın 29-u axşamdan xəbər yoxdur».

Buna da bax:​ Azərbaycanlı müxalifətçinin oturumu ləğv edilib

Bunu Tbilisidə yaşayan, Azərbaycandan getmiş siyasi fəal Daşqın Ağalarlı bildirib.

Onun dediyinə görə, həmin vaxta kimi E.Muxtarlı ilə birlikdə olub.

«Axşamüstü saat 19 radələrinə kimi bir yerdə idik. Sonra sağollaşıb ayrıldıq. Çörək alıb evə gedəcəkdi. Ancaq evə getməyib. Həyat yoldaşı da dostları ilə birlikdə olduğunu düşündüyündən narahat olmayıb. Səhər narahat olduq», - deyən D.Ağalarlı üz tutduqları, əlaqə saxladıqları kimsədən Ə.Muxtarlı barəsində xəbər ala bilmədiklərini söyləyib.

***Buna da bax-Gözəl Bayramlı 3 ay müddətinə həbs edilib

D.Ağalarlı Ə.Muxtarlının həyatından narahat olduğunu ifadə edib.

«Biz xüsusilə son iki həftədə çox sıx təqib altındayıq. Bizi çox yaxından izləyirdilər. Əfqan Muxtarlının son günlərdə bununla bağlı həyəcanlı açıqlamaları da olmuşdu. Eyni zamanda, müxtəlif mənbələrdən bizə ehtiyatlı olmağı da tövsiyə etmişdilər», - D.Ağalarlı bildirib.

Jurnalistin həyat yoldaşı Leyla Mustafayeva isə artıq səhər saatlarında ərizə ilə ərazi üzrə polisə müraciət etdiklərini bildirib. Ancaq hələlik polisdən hər hansı xoş xəbər almadıqlarını vurğulayıb.

***Buna da bax-'Gürcüstan daha azərbaycanlı dissidentlərə qucaq açmır'

Həyat yoldaşının deməsinə görə, dünən, mayın 29-u saat 19 radələrindən etibarən Ə.Muxtarlının telefonuna zəng çatmır.

Hazırda Gürcüstan İnsan Haqları Evi də Ə.Muxtarlının durumu ilə bağlı araşdırmalara başlayıb. Bu haqda təşkilatdan bildiriblər.

Qurumun məlumatında bildirilir ki, günün sonunadək məsələ ilə bağlı mətbuat konfransı keçirəcək.

Jurnalist Əfqan Muxtarlı hökumətə yönəlik tənqidi fikirləri ilə tanınır. O, uzun müddət Müsavat Partiyasının üzvü olub.

O, peşə fəaliyyətinə görə də basqılara məruz qaldığını bildirib. İki ildən artıqdır ki, Azərbaycanı tərk edərək Gürcüstana sığınıb.

XS
SM
MD
LG