Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:22

'Dedi, sən fahişəxana saxlayırsan, xaricdən azyaşlı qızlar...'


Fikret Faramazoglu
Fikret Faramazoglu

"Jam.az” (Jurnalist Araşdırma Mərkəzi) saytının redaktoru, həbsdə olan jurnalist Fikrət İbişbəylinin (Fərəməzoğlunun) işində zərərçəkmişlərdən biri DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ-nin) rəisi, general Seyfulla Əzimovun dostuymuş.

Bunu fevralın 3-də keçirilən məhkəmədə Şirin Abdullayev deyib. O, jurnalistin ondan hədə-qorxu ilə pul aldığını iddia etdiyindən, zərərçəkmiş kimi tanınıb.

"Hills” masaj salonunu icarə əsasında işlətdiyini, masaj və kremlərlə insanlara sağlamlıq verdiklərini, bir ildə dövlətə 65 min manat vergi ödədiklərini söyləyən Ş. Abdullayevin sözlərinə görə, Fikrət İbişbəyli ondan şantajla iki dəfəyə 2 min 500 manat pul alıb: "Dedim, Fikrət bəy, lazım deyil, ailəm, uşağım var, dedi ki, sən fahişəxana saxlayırsan, xaricdən azyaşlı qızları gətirib cinsi istismara məruz qoyursan. Məni rüsvay etdi, mən də verdim pulu. 2016-cı ilin aprelində yenə gəldi. Dedim, məcburi köçkünəm, pulum yoxdur. Mənə deyilməyəsi sözlər dedi. Bildirdim ki, şikayət edəcəyəm. Cavab verdi ki, hara istəyirsən, şikayət elə. İstəyirdim gedib şikayət edim, iyulun 30-da yaxın dostum zəng eləyib dedi ki, gözün aydın olsun, Fikrət tutulub. Sevincimin həddi-hüdudu yox idi. Mən də getdim idarəyə, ifadə verdim".

Buna da bax:​ Həbsdəki jurnalisti böhtana görə də mühakimə edəcəklər

Zərərçəkmiş sualları cavablarkən, "yaxın dostum" dedikdə, BMCMİ-nin rəisi Seyfulla Əzimovu nəzərdə tutduğunu bildirib.

Fikrət İbişbəylini məhz həmin idarənin əməkdaşları həbs edib.

Fikrət İbişbəyli, Abdullayevi və digər zərərçəkmiş Baxşəliyevi tanımadığını söyləyib: "Bu adamlar məni tanımır, mən də onları. Bunlar bu yalanları özbaşına danışmırlar, arxasında duranlar danışdırır. Onların arxasında duranlardan biri "Bandotdel"in rəisi Seyfulla Əzimov, o biri də daxili işlər nazirinin onun işlərini kurasiya edən birinci müavini Vilayət Eyvazovdur. Problemin kökündə dayanan səbəb budur ki, mən bu adamların biznesinə toxunmuşam".

Buna da bax: 'Məni aparanda deyirdilər: 'bu, arvadı həbs olunan jurnalistdir?''

2006-cı ildə daxili işlər naziri Ramil Usubovla məhkəmədə çəkişdiklərini xatırladan Fikrət Fərəməzoğlu deyib ki, onun həbsi 2006-cı ildən başlayan o prosesin məntiqi nəticəsidir.

Məhkəmə fevralın 17-də davam edəcək.

Xatırlatma

Fikrət İbişbəyli (Fərəməzoğlu) ötən il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələbetmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Buna da bax:​ 'Kamera olanda müştərilər restorana gəlməkdən çəkinirlər'

O, 10 il öncə də cinayət məsuliyyətinə cəlb edilib və həmin vaxt «24 saat» qəzetinin baş redaktoru kimi, şərəf və ləyaqətinin qorunmasıyla bağlı daxili işlər naziri Ramil Usubovun iddiası üzrə məhkəməyə çəkilib. Məhkəmə jurnalistə, bir il şərti həbs cəzası kəsibmiş.

XS
SM
MD
LG