Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:19

1.6 milyardlıq mal gömrükdə rəsmiləşdirilməyib?


Gömrük
Gömrük

-

2015-ci ildə təkcə Rusiya, Türkiyə və Gürcüstandan Azərbaycana 1.6 milyard dollar məbləğində idxalın gömrükdə qeydiyyata alınmadığı bildirilir.

Bunu iqtisadçı-ekspert Qubad İbadoğlu öz Facebook səhifəsində açıqladığı araşdırmasında iddia edir.

İqtisadçının apardığı araşdırma güzgü statistikası metodologiyasına əsaslanır. Həmin metodologiya əsasında beynəlxalq ticarət statistik bazasının informasiyası üzrə Rusiya, Türkiyə və Gürcüstanın Azərbaycana ixracat məlumatlarını toplamaq mümkündür. İqtisadçı adıçəkilən mənbələrin statistik bilgilərini Dövlət Gömrük Komitəsinin uyğun göstəriciləri ilə müqayisə edib.

Müqayisənin nəticələri göstərir ki, 2015-ci ildə Rusiya Azərbaycana 2 milyard 243 milyon 135 min dollarlıq mal göndərib. Gömrük Komitəsinin rəsmi bilgilərində isə Rusiyadan 1 milyard 437 milyon 901 min dollarlıq mal daxil olduğu bildirilir.

Azərbaycana Türkiyədən 1 milyard 899 milyon 508 min dollarlıq mal göndərildiyi halda, 1 milyard 171 milyon 385 min dollarlıq mal rəsmiləşdirilib.

Gürcüstandan göndərilən malların dəyəri 124 milyon 160 min dollar olsa da, Gömrük Komitəsinin bilgilərində bu məbləğ 67 milyon 992 min dollar göstərilir.

İqtisadçının qənaətinə görə, Azərbaycanın idxal əməliyyatlarının 3 ölkə üzrə gömrük statistikasının təhlili göstərir ki, 2015-ci ildə bu ölkələr üzrə bütövlükdə fərq 1 milyard 589 milyon 625 min dollardır.

Gömrük Komitəsi və əlaqəli digər qurumlar iqtisadçı ekspertin araşdırmasını şərh etməyiblər.

XS
SM
MD
LG