Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:54

Prezident müxalifətə: 'Onların kitabı çoxdan bağlanıb'


İlham Əliyev YAP-ın yaradılmasının 25 illiyinə həsr olunmuş yubiley mərasimdə.
İlham Əliyev YAP-ın yaradılmasının 25 illiyinə həsr olunmuş yubiley mərasimdə.

“Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır”.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinə həsr edilmiş yubiley mərasimindəki çıxışında prezident İlham Əliyev belə deyib.

25 il əvvəl keçmiş prezident Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda YAP-ın təsis olunmasını böyük tarixi hadisə adlandıran dövlət başçısı həmin dövrdəki siyasi duruma da qayıdıb. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının Naxçıvanda dövlət bayrağı elan edilməsinin H.Əliyevə xalq məhəbbətini artırdığını deyən prezident, bununla bərabər, hakimiyyətdə olan AXC-Müsavat cütlüyünə xalqın inamının azaldığını bildirib.

Buna da bax:​ İqtisadçı: “Monopoliya ləgv edilməli, kadr islahatları aparılmalıdır”

“O illərdə ölkəmizi kütləvi rüşvətxorluq bürümüşdü...”

“Onların antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq nəticəsində ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizi xaos, anarxiya bürümüşdü, qeyri-qanuni silahlı birləşmələr küçələrdə əli silahlı gəzirdilər, insanları incidirdilər. O illərdə ölkəmizi kütləvi rüşvətxorluq bürümüşdü. Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi böhran, sənaye böhranı, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı”, - deyən prezident əlavə edib ki, 1993-cü ilin yay aylarında AXC-Müsavat hakimiyyəti Azərbaycanda qardaş qanı axıdıb.

Buna da bax:​ Bu il Azərbaycan iqtisadiyyatı 1.4 faiz azalacaq

Onun fikrincə, həmin vaxt Azərbaycan xalqı böyüklük, müdriklik göstərərək Heydər Əliyevi hakimiyyətə dəvət edib. İlham Əliyevin bildirməsinə görə, məhz o illərdə Azərbaycan dövlətçiliyinin əsasları qoyulub. Prezident deyib ki, 1993-2003-cü illərdə Azərbaycan bütün çətin sınaqlardan şərəflə çıxıb, hazırkı sürətli inkişafın təməli qoyulub.

İ.Əliyev vurğulayıb ki Azərbaycan bu gün demokratiya yolu ilə gedir.

“Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir. Lakin sərbəst toplaşma azadlığından istifadə etməyə çalışan, özünü müxalifət adlandıran bir dəstə hesab edir ki, onlara qarşı hansısa süni əngəllər törədilir. Halbuki bu, qətiyyən belə deyil, o uğursuz mitinqlərin səbəblərini onlar özlərində axtarmalıdırlar. Xalq o ünsürlərə çoxdan yox deyib. Onlar üçün Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Ona görə yox ki, biz onlara maneçilik törədirik. Ona görə ki, onların, necə deyərlər, kitabı çoxdan bağlanıb”, – deyən ölkə başçısına görə, özünü müxalifət adlandıran bir dəstə xaricdən idarə olunur.

Buna da bax:​ HRW: 'Çoxmilyardlıq meqalayihələr Azərbaycanda korrupsiya və insan haqlarının pozulmasına yol açır'

“Beşinci kolon” söhbəti...

“Onlara xaricdən komandalar verilir. O komandalar nəticəsində müəyyən dövrdə hərəkətə keçirlər, fəallaşırlar. Sonra da görəndə ki, mitinqlərinə min nəfərdən az adam gəlir, necə deyərlər, suyu süzülə-süzülə yenə kənara çəkilirlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı xaricdən idarə olunan ünsürlərin - beşinci kolonun ölkəmizdə hansısa mövqelərə sahib olmasına heç vaxt imkan verməyəcək”, – deyən İ.Əliyev Azərbaycanın xarici siyasət xətti üzərində dayanıb, bu xəttin özünü təsdiqləndiyini ifadə edib.

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' [jurnalist araşdırması]

“Biz növbəti illərdə də müstəqil xarici siyasət aparacağıq, biz bunu indi də aparırıq. O qədər də böyük olmayan ölkələr üçün müstəqil xarici siyasət aparmaq heç də asan deyil, ancaq çox şərəflidir. Bəzi ölkələr başqa yol seçirlər, bəzi ölkələr başqa böyük ölkələrin qanadının altında yer alırlar. Bu, bəlkə daha rahat yoldur. Ancaq bizim yolumuz şərəfli yoldur, ləyaqətli yoldur, bu, müstəqillik yoludur”.

“Heç kim bizi zorla hər hansı bir təşkilatda saxlaya bilməz”

İ.Əliyev vurğulayıb ki, Azərbaycan bundan sonra da beynəlxalq təşkilatlarda fəal iştirak edəcək. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatını Azərbaycan üçün əsas prioritet təşkilatlar adlandıran prezident nüfuzlu beynəlxalq qurumlarla əlaqələrə də toxunub.

Buna da bax: Leyla Əliyevanın şirkəti subsidiya alanlar siyahısında [araşdırma]

“Biz 15 ildən çoxdur ki, Avropa Şurasının fəal üzvüyük və bir çox tədbirlər bu təşkilatın xətti ilə keçirilmişdir. Ancaq son vaxtlar Avropa Şurasının baş katibinin fəaliyyəti nəticəsində bu qurum ilə Azərbaycan arasında süni böhran yaradılıb. Bu böhranın təşəbbüskarı biz deyilik. Biz, sadəcə olaraq, bizə qarşı aparılan riyakar və ədalətsiz siyasətlə bağlı adekvat addımlarımızı atırıq. Həmişə bizə olan hücumları heç vaxt cavabsız qoymamışıq. Ona görə hesab edirəm ki, bizim adekvat cavabımız da yerində və vaxtında atılan addımdır”.

Prezident ümidvar olduğunu bildirib ki, Avropa Şurası ilə bağlı məsələlər də öz həllini tapacaq.

Buna da bax:​ Ramiz Mehdiyevin xanımı da dövlətdən yardım alır? [araşdırma]

“Biz bunu istəyirik, ümid edirik. Əgər bu böhran dərinləşsə, onda əlbəttə ki, Azərbaycan öz seçimində tam azad olacaqdır. Biz üzv olduğumuz bütün təşkilatlara könüllü şəkildə daxil olmuşuq və könüllü şəkildə də çıxa bilərik. Heç kim bizi zorla hər hansı bir təşkilatda saxlaya bilməz”, – İ.Əliyev deyib.

“Bir çox ölkələr üçün bizim maliyyə vəziyyətimiz əlçatmazdır”

Prezident Azərbaycanın iqtisadi durumuna da toxunub. O, deyib ki, Azərbaycanın neftdən asılılığı azalır. Eyni zamanda vurğulayıb ki, neft-qaz sektoru bundan sonra uzun illər ölkə iqtisadiyyatının aparıcı qüvvəsi olacaq.


Buna da bax:​ Hüquqşünas: 'Heç monarxiyalı ölkələrdə belə absurd yoxdur'

“Bizim valyuta ehtiyatlarımız artır, növbəti illərdə də artmalıdır. Valyuta ehtiyatlarımız bu ilin doqquz ayında 4,5 milyard dollar artıb. Bu nailiyyət, eyni zamanda, onu göstərir ki, bizim maliyyə vəziyyətimiz çox sabitdir. Bir çox ölkələr üçün bizim maliyyə vəziyyətimiz əlçatmazdır. Təkcə onu demək kifayətdir ki, xarici dövlət borcumuz 20 faizin altındadır və valyuta ehtiyatlarımız ümumi daxili məhsula bərabərdir”.

İ.Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın prinsipial mövqeyinin dəyişməz olduğunu qeyd edib.

Buna da bax: Keçmiş deputat: 'İnsanların gəlirləri azalıb...'

“Beynəlxalq hüququn normaları tam tətbiq edilməlidir, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir. Bu, prinsipial mövqedir”, – prezident deyib.

Buna da bax:

Milli Şura "Xalqın pulunu qaytarın" dedi
Gözlə

No media source currently available

0:00 0:04:05 0:00

XATIRLATMA

Milli Şura bu il sentyabr və oktyabr aylarında Bakıda «Talana yox!» şüarı ilə üç mitinq keçirib. Mitinqlərdə bəyan edilib ki, Azərbaycanda korrupsiyanın başında məhz prezident İlham Əliyev durur. Milli Şura rəhbərliyinin fikrincə, ölkənin neft siyasəti xalqın yox Əliyevlər ailəsinin maraqlarına xidmət edib.

Buna da bax: Milli Şura Bakıda mitinq keçirdi [foto, video. yenilənib]

Mitinqlər öncəsi və sonra quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 10-dan çox fəalı saxlanaraq, inzibati qaydada həbs edilib. Onların hamısı polisin əmrinə tabe olmamaqda günahlandırılıblar. AXCP onların aksiyanın kütləviliyinin qarşısının alınması məqsədilə cəzalandırıldığını bildirib. Üstəlik AXCP rəhbərliyinin bildirməsinə görə, aksiyalar zamanı 500-ə qədər şəxs polis idarələrinə çağırılıb.

“Onlar ya cərimə ediliblər, ya inzibati cəza alıblar, ya da valideynləri və ya qohum-əqrəbalarına qarşı tədbirlər görüləcəyi ilə bağlı hədələniblər», deyə onlar vurğulayıblar.

AXCP-dən verilən məlumata görə, bəzi cəbhəçini hətta evini sökəcəkləri ilə təhdid ediblər.

Ancaq belə məlumatlara rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Bütün bunlardan başqa, mitinqlərə görə bir neçə şəxsin işdən çıxarıldığı da açıqlanıb. Onların aralarında müəllimlərin, aktyorların və hətta poçt işçilərinin olduğu bildirilir. Ancaq onların iş yerlərində əmrlərin siyasi motivlərlə verildiyi təkzib edilib.

Bir müddət öncə Avropa Şurasının baş katibi Thorbjørn Jagland-ın Azərbaycanla bağlı səsləndirdiyi bəzi fikirlər isə hakimiyyət təmsilçilərinin sərt tənqidlərinə səbəb olub. T. Jagland Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına rəğmən REAL lideri İlqar Məmmədovun həbsdən azadlığa buraxılmamasına görə, Azərbaycana qarşı «misli görünməmiş» hüquqi hərəkət edilməsini gündəmə gətirmişdi.

XS
SM
MD
LG