Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:32

Ziyalını belə sındırırlar: Rejissoru Peterburqdan Moskvaya niyə aparıblar?


"Gogol-sentr" teatrının bədii rəhbəri, rejissor Kiril Serebrennikov həbsdə. 23 august, 2017
"Gogol-sentr" teatrının bədii rəhbəri, rejissor Kiril Serebrennikov həbsdə. 23 august, 2017

Moskvada fəaliyyət göstərən "Gogol-sentr" teatrının bədii rəhbəri, rejissor Kiril Serebrennikov həbs edilib.

Rusiya İstintaq Komitəsi bildirir ki, rejissor 68 milyon rubl dəyərində dələduzluqda şübhəli bilinir. Serebrennikovun vəkili Dmitry Kharitonov "Dojd" kanalına bildirib ki, onu Sankt-Peterburqda saxlayaraq, Moskvaya gətiriblər. Sözügedən maddə 10 ilədək həbs cəzası nəzərdə tutur.

Buna da bax:​ Tənha və yorğun qəhrəman İvan Russki

Serebrennikovun özü İctimai Müşahidə Komissiyasının üzvü Yeva Merkachevaya müsahibəsində deyib ki, onu maşınla 9 saat Moskvaya gətiriblər. Bu zaman hara apardıqlarını deməyiblər və vəkilinə zəng vurmasına imkan verməyiblər. Peterburqda yerləşən Jurnalist Araşdırmaları Agentliyi baş direktorunun müavini, keçmiş hüquq mühafizə əməkdaşı Yevgeny Vyshenkov fontanka.ru saytında dərc edilmiş köşə yazısında güc strukturlarının, adətən, saxlama zamanı və saxlamadan sonra insana necə psixoloji təsir göstərdiyini təhlil edib:

Evgueny Vyshenkov
Evgueny Vyshenkov

"Şübhəli şəxsi, - bu halda Serebrennikovu, - səhər tezdən aparmaq oturuşmuş sovet-Rusiya ənənəsidir. Bu üsul əsas şeyə - psixologiyaya təsir edir", – Vyshenkov yazır. O vurğulayır ki, formal olaraq qanuni sayılan bu prosedur şübhəli şəxsi müstəntiqlərlə əməkdaşlığa hazır vəziyyətə salır.

Buna da bax: Tarantino qatillərdən, Eastwood qəhrəmanlardan film çəkməkdə davam edirlər

Tam sarsılıb

Serebrennikovu Moskvaya gətirib, iqtisadi xarakterli cinayət törətməkdə ittiham etsələr də, dərhal kameraya salıblar. Hazırda o, tam sarsılmış durumdadır.

Vyshenkov deyir ki, hüquq mühafizə orqanlarının əməkdaşları bu halda formal olaraq qanunu pozmayıblar: "Onlar 10-20- 30 min biznesmenlə belə davrananda heç kim səs-key salmayıb! Sizi əmin edirəm ki, onların yarıdan çoxu Serebrennikov kimi tanınmış deyildi. Ancaq onlar tam normal adamlardılar və kameraya salınmadıqları təqdirdə sərhədə, qamışlığa qaçaraq özlərini güllələtdirəsi deyildilər".

“İstər Amerika olsun, istərsə Rusiya Federasiyası..”

Vyshenkov daha sonra deyir: "Sözsüz, qanunda yazılıb ki, mənəvi, psixoloji, fiziki... təsir yolverilməzdir. Çünki qanunlar belədir. Ancaq istər Amerika olsun, istər Uqanda, istərsə Rusiya Federasiyası - dünyada elə bir polis sistemi yoxdur ki, belə təzyiq göstərməsin. Hətta bəlkə şahmatçılar da bir-biri ilə oynayan zaman müəyyən mənəvi və psixoloji təzyiq göstərirlər... Mən bunu daha yaxşı anlayıram, çünki özümün də poqonlarım olub və mən özüm də bu mənəvi və psixoloji təzyiqi göstərmişəm.

Buna da bax:​ Putin:"Rusiyanın xəlifətə çevrilməsinə yol verməyəcəyik"

Bu nə üçün edilir? Söhbət asan keçsin deyə. Çünki istintaq əvvəldən hücum məsələsidir. ...Məsələn, adam istintaq təcridxanasına düşüncə, onun əl izləri götürülməlidir. Yanınızda duran gizir deyir: "Xahiş olunur qollarınızı çirmələyəsiniz". Rəng çəkilir, hər şey mədəni və nəzakətli şəkildə edilir, heç kim incitmir - ancaq bunların hamısı psixologizmlərdir, axı. İnsan bu dünyadan nə qədər uzaqdırsa, bunun təsir gücü də o qədər çoxdur. Formal baxımdan heç bir iddianız ola bilməz. Dövlətin prosedurları belədir. Özü də əl izlərini götürmək proseduru dünyanın istənilən ölkəsində var. Problem yoxdur.

Son nəticədə insan vəziyyətin ciddiyyətinə varır və artıq müstəntiqlə ciddi danışır... Uzun-uzadı söhbətlər olur və belə söhbətlər normaldır, sistem belə işləyir. Aktyor səhnəyə çıxmazdan öncə, yəqin ki, rejissor və digər komanda üzvləri onunla bir xeyli işləyir. Sonra o çıxıb Hamleti oynayır, bundan öncə baş verənlərsə tamaşaçıya maraqlı deyil.

Buna da bax:​ Sovet isterni – 'Möhtəşəm 7-lik'dən '7 oğul istərəm'ədək

Burada da belədir. Dindirilmənin protokolunda nə yazıldığı vacibdir, axı hüquq mühafizə sistemi... başqa dünyadandır. O sistem anlamır ki, belə etmək, "qoy nifrət etsinlər, təki qorxsunlar" yolu ilə getmək lazım deyil...".

Nələr yasaqlanıb?

Məhkəmə qərarı ilə Serebrennikova mənzilini tərk etmək, internetdən, mobil rabitədən və s.-dən yararlanmaq yasaqlanıb. İstintaq ev dustaqlığı qətimkan tədbirinin seçilməsini tələb edib. Serebrennikovun vəkili Dmitry Kharitonov müvəkkilinin zaminə buraxılmasını xahiş edib. O bildirib ki, məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.

Kirill Serebrennikov (sağda) ev dustaqlığına buraxılıb, 23 august, 2017
Kirill Serebrennikov (sağda) ev dustaqlığına buraxılıb, 23 august, 2017

XS
SM
MD
LG