Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:50

“Azərbaycan ölkə kimi yox, neft şirkəti kimi idarə olunub”


Karikatura
Karikatura

►"Pensiya, müavinət və əməkhaqqının qaldırılması düzgün deyil"

Hökumət büdcəni dəyişməyə hazırlaşır. Dəyişiklik Milli Məclisdə təsdiqlənərsə, 2016-cı il dövlət büdcəsinin gəlirləri 16 milyard 822 milyon manat səviyyəsində nəzərdə tutulacaq. Bu, əvvəlki proqnozla müqayisədə 2 milyard 256 milyon manat və ya 15,5% çoxdur.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dəyişikliklərin dünya iqtisadiyyatında gedən proseslərdən qaynaqlandığını bildirib:

“Dünya iqtisadiyyatında baş verən dəyişiklik Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Çünki Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatında baş verən ictimai-siyasi proseslərin tərkib hissəsidir”.

Hesablama Palatasının sədri İ.Əliyevin bir il öncə söylədiklərini danır?

İndiyədək hökumətin mövqeyi ondan ibarət idi ki, dünya iqtisadiyyatında baş verən böhranlar Azərbaycana təsir göstərmir. Məsələn, prezident İlham Əliyev Nazirlər Kabinetinin keçirdiyi və 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclası belə demişdi:

“Bir neçə il əvvəl dünyanı bürümüş iqtisadi və maliyyə böhranı, eyni zamanda, bölgədə baş verən xoşagəlməz hadisələr, toqquşmalar Azərbaycanın uğurlu inkişafına təsir etmədi. Bunun başlıca səbəbi Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olmasıdır, xalqla iqtidar arasındakı birlikdir və bizim bütün proqramlarımızın uğurla icrasıdır. Azərbaycanın apardığı xarici və daxili siyasət xalq tərəfindən dəstəklənir və əminəm ki, bu il də görüləcək işlər nəticəsində Azərbaycan daha da güclənəcək”.

İndi isə Hesablama Palatası sədrinin sözlərindən belə çıxır ki, Azərbaycan dünya iqtisadiyyatına “inteqrasiya” edərək onunla bütövləşib.

“İqtisadiyyat adı altında...”

Qalib Toğrul
Qalib Toğrul

İqtisadçı ekspert Qalib Toğrul deyir ki, dünyanın heç bir ölkəsinin, o cümlədən Azərbaycanın da iqtisadiyyatı indi əlahiddə şəkildə mövcud ola bilməz:

Büdcənin şişirdilməsi düzgün deyil. Bu, iqtisadi baxımdan nonsensdir. Biz əvvəlki israfçılığımızdan əl çəkmək istəmirik.

“Rəsmi səviyyədə Azərbaycanın heç bir yerə inteqrasiya etmədiyi, “qoy Avropa, dünya bizə inteqrasiya eləsin” kimi əsassız iddialı fikirlərin səsləndirildiyi dövr artıq arxada qalıb. Biz artıq böhranın sərt üzü ilə qarşı-qarşıya qalmışıq. Böhranın dövlət büdcənin icrasına, sosial öhdəliklərin yerinə yetirlməsinə təsir etməyəcəyi ilə bağlı fikirləri ciddi qəbul etmirəm. Bugünədək iqtisadiyyat adı altında bir nazik tükdən asılı sistem qurulmuşdu. Nə yazık ki o tükün bir başqa adı neftdir”.

Ekspertin fikrincə, Azərbaycan böhranadək ölkə kimi yox, bir neft şirkəti kimi yönəldilib:

“Bütün planlar neft gəlirlərinin xərclənməsi üzərində qurulub. Daha doğrusu, “gəlirləri necə səmərəli xərcləyək yox, necə daha tez xərcləyək” prinsipi ilə qərarlar qəbul olunub. O səbəbdən neftdənkənar sektorların inkişafı ilə bağlı qərarlar kağız üzərində qalıb. Bizdə inkişaf edən sektorlar neftlə birbaşa əlaqəli infrastruktur-xidmət sahələridir ki, onları da qeyri-neft sektoruna aid etmək olmaz. Axı neft gəlirlərinin azalması həmin sektorların da işini iflic edib”.

______________________________________________________________

Bunlara da bax:

______________________________________________________________

“Əvvəlki israfçılığımızdan əl çəkmək istəmirik”

Q.Toğrulun qənaətincə, böhran dövründə sosial ödənişlərin – pensiya və müavinətlərin, yardım və büdcədən maliyyələşən təşkilatlarda əməkhaqqının qaldırılması düzgün deyil:

“Paralel olaraq büdcənin şişirdilməsi də düzgün deyil. Bu, iqtisadi baxımdan nonsensdir. Biz əvvəlki israfçılığımızdan əl çəkmək istəmirik. İndi hökumətin əsas işi sahibkarlığın həvəsləndirilməsi yolu ilə mövcud iş yerlərinin qorunması, məşğulluğun təmin edilməsi olmalıdır. Sahibkarların onsuz da ağır vergi yükünün daha da artırılması və Neft Fondu vəsaitlərinin israfı yolu ilə büdcə xərclərinin artırılması, məncə, qarşıdakı aylarda əks effekt verə, özəl sektorun çökməsi və valyuta ehtiyatlarımızın kəskin azalması ilə nəticələnə bilər."

XS
SM
MD
LG