Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:11

"Qaz sızması haqda ARDNŞ-ə 1 gün əvvəl xəbər verilibmiş"


►"Amma tədbir görülməyib"

“Neftçilərlə apardığımız söhbətlərdən məlum olur ki, “Günəşli” yatağında boru xəttində xamutun boşalması nəticəsində qaz sızması olub. Bu haqda hadisə baş verməzdən 1 gün əvvəl telefonoqramma ilə mərkəzə xəbər verilib. Lakin onlara bildirilib ki, istehsalatı dayandırmaq olmaz”.

Bunları Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) sədri Mirvari Qəhrəmanlı fevralın 1-də keçirdiyi mətbuat konfransında deyib.

“İŞÇİLƏRİ DƏRHAL ÇIXARMAQ OLARDI”

M.Qəhrəmanlının sözlərinə görə, neftçilər bildirib ki, insan itkilərini minimuma endirmək, müəyyən işləri məhdudlaşdıraraq, işçiləri dərhal çıxarmaq olardı.

Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 28 May adına Neft və Qazçıxarma idarəsinə məxsus “Günəşli” yatağının 10 saylı platformasında yanğın baş verib. Yanğına sürətli küləyin yaratdığı dalğaların səbəb olduğu bildirilir.

Buna da bax: Sürüşmə zonasında tikinti qadağan edildi

ƏN AĞIR QƏZA

M.Qəhrəmanlının sözlərinə görə, Azərbaycanda dəniz neftçıxarma platforma və estakadalarında son illər baş vermiş qəzaların xronikasına nəzər yetirdikdə, dekabrın 4-də baş vermiş qəza qədər ağır hadisə olmayıb:

“Ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan 12 işçinin həyatına son qoydu, 19 işçi isə itkin düşüb, 32 nəfəri isə xəsarət alıb. Dekabrın 4-də şimal küləyinin sürəti saniyədə 38-40 metr, dalğanın hündürlüyü açıq dənizdə 8 metr və daha çox olub. Axşam saatlarında eyni istiqamətdə ara verməyən külək daha da güclənib, dalğaların hündürlüyü 9-10 metrə çatıb”.

NHMT sədri deyir ki, dövlət qurumları ictimaiyyətə vaxtında məlumat verməyib,

“ARDNŞ və Fövqəladə Hallar Nazirliyi “gecə yarısına kimi susmağa üstünlük verdilər. Hətta məlumat yaydılar ki, artıq platformadakı bütün işçilər yanğın baş verən ərazidən çıxarılıb.”.

Hələlik SOCAR rəhbərliyi bu hesabata münasibət bildirməyib. Ancaq yanğından bir gün sonra, SOCAR, Fövqəladə Hallar Nazirliyi və Respublika Baş Prokurorluğu birgə məlumatda yanğına səbəb kimi təbii hadisə göstərilirdi. Faktla bağlı Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

XS
SM
MD
LG