Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:22

Paşinyan Naxçıvana dəmiryolun marşrutunu açıqladı


Nikol Paşinyan
Nikol Paşinyan

Brüsseldə Azərbaycan prezidenti ilə görüşdə Yerasx-Culfa-Ordubad-Mehri-Horadiz dəmiryolunun tikintisi ilə bağlı qərar və razılaşmanı təsdiqlədik. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 16-da hökumətin iclasında deyib.

“Bu razılaşma regional kommunikasiyaların açılması ilə məşğul olan, üç ölkənin baş nazir müavinlərinin başçılıq etdiyi Ermənistan-Rusiya-Azərbaycan üçtərəfli işçi qrupun müzakirələri nəticəsində əldə olunub. Razılaşma noyabrın 26-da Soçi görüşündə təsdiqlənib. İndi isə Brüsseldə də təsdiqlənib”, – Paşinyan deyib.

Əliyevlə Paşinyan Brüsseldə konkret nələri razılaşdırıblar?
Gözlə

No media source currently available

0:00 0:04:26 0:00

Sərhəd və gömrük qaydaları

Onun sözlərinə görə, dəmiryolu beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qaydalarına uyğun, qarşılılıq prinsipi əsasında, ölkələrin suverenliyi və yurisdiksiyasına uyğun fəaliyyət göstərəcək.

“Bu dəmiryol vasitəsilə Ermənistan İrana və Rusiyaya, Azərbaycan isə Naxçıvanla dəmiryolu əlaqəsi əldə edəcək”, – baş nazir vurğulayıb.

O qeyd edib ki, Türkiyə ilə müəyyən dialoqa başlamaq, sərhədi və kommunikasiyaları açmaq alınsa, layihənin miqyası daha da böyüyər. “Haqqında danışdığımız Yerasx-Gümrü dəmiryolu xətti Gümrüdən də Qarsa uzanır. Ancaq tikintiyə qədər nəhəng iş görülməlidir. Əlbəttə, onun bir hissəsi həyata keçib, indi isə problemləri praktik və gündəlik işlə yoluna qoymaq lazımdır”, – Paşinyan bildirib.

O, sözügedən məsələ ilə bağlı məhdud tərkibdə iclas keçiriləcəyini sözlərinə əlavə edib. “Mümkün qədər tez dəmiryoluna malik olmaq istəyirik. Bu razılaşma və layihənin əhəmiyyətini şişirtmək istəmirəm, amma digər tərəfdən az dəyərləndirmək də istəmirəm. Bu vacib razılaşmanı, ümid edirəm, gərəkən şəkildə reallaşdıracağıq. Bu isə regionda iqtisadi, sərmayə və siyasi mühiti, eləcə də təhlükəsizlik mühitini ciddi şəkildə dəyişəcək”, – Paşinyan vurğulayıb.

Xatırlatma

Dekabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla Brüsseldə Avropa İttifaqı Şurasının Prezident Şarl Mişelin vasitəçiliyi ilə görüşüb. Görüşdən sonra yayılan məlumatlara görə, Əliyevlə Paşinyanın tərəflər arasında dəmiryolu xəttinin bərpası üzrə razılaşmanı təsdiqlədikləri bildirilir.

Prezident Əliyev isə Brüsseldə bəyan edib ki, hüquqi rejim baxımından, Ermənistan ərazisindən keçəcək dəhliz Laçın dəhlizi ilə eyni olmalıdır. “Bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır”, – Əliyev deyib.

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG