Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:52

Prezidentlə xanımı ağac əkdilər- FOTOLAR


-

Dövlət başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva keçmiş prezident Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər.

Onlar Zığ-Heydər Əliyev beynəlxalq hava limanı yolunun 29-30-cu kilometrliyində salınan yaşıllıq sahədə aksiyaya qoşulublar.

President.az-ın xəbərinə görə, ölkə başçısı xanımı ilə birlikdə ölkədəki ekoloji durumun yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı bilgilərin əks olunduğu stendlərlə tanış olublar.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov ölkə başçısına 2008-2016-ci illər ərzində salınmış yaşıllıqlar barədə məlumat verib.

Nazirin bildirdiyinə görə, həmin müddətdə Bakı-Şamaxı magistral avtomobil yolunun ətrafında 622 min, Bayıl yamacında 463 min, Bakı-Qazax magistral avtomobil yolunun Ələt-Hacıqabul hissəsində 1 milyon 600 min ağac əkilib.

O, həmçinin, Bakı-Quba magistral avtomobil yolunun ətrafında 680 min, Bakı-Astara magistral avtomobil yolunun Ələt-Salyan hissəsində isə 500 minə yaxın ağac əkildiyini söyləyib.

____________________________________________________________

Bunlara da bax:
Erdoğan Sultan Abdülhamid-i yaddan çıxarıb
S.Novruzov: «AXCP qurultayında saxtakarlıq olub»

____________________________________________________________

Yaşıllıqlar salınarkən zeytun ağaclarına daha çox üstünlük verilib. Əkilmiş zeytun ağaclarının sayının artıq 1 milyon 268 mini keçdiyi bildirilib.

Ancaq nazir prezidentə həmin yaşıllıqların sonarkı taleyi ilə bağlı bilgi verməyib.

Ölkə mətbuatında yazılanlara görə, Bakı-Şamaxı magistral avtomobil yolunun ətrafında əkilən ağacların bir çoxu sonradan quruyub. Baxmayaraq ki, uzun müddət ora hər gün maşınlarla su daşıyıb ağacları suvarıblar. Müstəqil iqtisadçılar deyirdi ki, orada quruyan ağacların bir xeyli xərci olub.

XS
SM
MD
LG