Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:11

Qaçqınların statusunun ləğvi nə vəd edir?..


Dağlıq Qarabağdan olan məcburi köçkünlərin məskunlaşdığı çadır şəhərciyi, noyabr 1993
Dağlıq Qarabağdan olan məcburi köçkünlərin məskunlaşdığı çadır şəhərciyi, noyabr 1993
Son günlər Ermənistandan qaçqın düşmüş azərbaycanlıların vəziyyəti ölkədə geniş müzakirə olunmaqdadır. Bu məsələ Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaydığı sənəddən sonra gündəmə gəlib. Həmin sənəddə – yəni, Azərbaycan, Ermənistan və Gürcüstanda qaçqınlar və məcburi köçkünlərin vəziyyətinə dair məruzədə Ermənistandan olan qaçqınların Azərbaycanda vətəndaşlıq aldığı və artıq qaçqın olmadıqları göstərilir. Azərbaycandan Ermənistana gedənlərin isə hələ də qaçqın olaraq qaldıqları vurğulanır. Latviyadan olan deputat, Miqrasiya, Qaçqınlar və Əhali üzrə məruzəçi Boris Kileviksin hazırladığı qətnamə layihəsində Ermənistandan olanların qaçqın kimi tanınmaması Azərbaycanda narazılıqla qarşılanıb.

Demokratiya və İnsan Haqları Komitəsinin sədri Cingiz Qənizadə deyir ki, bu, məsələyə qərəzli yanaşmadır və AŞ PA nümayəndələri Bakıya gələrkən onlara etiraz bildiriləcək.

Onu da deyək ki, Azərbaycan mətbuatında ermənistanlı qaçqınların qovulduqları ölkə qarşısında iddia qaldırmaq imkanından məhrum edilə biləcəkləri barədə materiallar da verilir. Bəziləri vətəndaşlıq aldıqları üçün onların artıq bu imkanı itirdiklərini, digərləri isə bunun əksini deyirlər.

Qaçqın və Məcburu Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov deyir ki, bu cür məsələlərdə BMT öz konvensiyasına, Azərbaycan hökuməti isə öz daxili qanunvericiliyinə uyğun hərəkət edir.

Çingiz Qənizadə isə deyir ki, Ermənistandan olan qaçqınlara Azərbaycanda normal yaşamaq və müəyyən huquqlardan istifadə etmək ücün vətəndaşlıq verilib. Ancaq onlar qaçqınlıq statusunu saxlayırlar və gələcəkdə öz haqlarını tələb edə, iddialar qaldıra bilərlər: «Onlar qacqındılar və istər dövlət xətti ilə, istər QHT-lər vasitəsilə, istərsə də fərdi qaydada öz haqlarını tələb edə, dəyən zərərin ödənilməsi ugrunda mübarizə apara bilərlər».


Cənab Qənizadə əlavə edir ki, həmin adamlar Ermənistandan - öz doğma yurdlarından qovularkən Azərbaycanda və beynəlxalq qurumlarda qeydiyyatdan keciblər. Bütün bunlar onların qaçqın olduqlarını tasdiqləyən sənədlərdir.


BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının Bakı Nümayəndəliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Vüqar Abdusəlimov qurumun Ermənistandan olan qaçqınlarla işləmədiyi ücün məsələ barədə hec nə deyə bilməyəcəklərini söylədi.


Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da mövcud situasiyada ermənistanlı qaçqınların hansı hüquqa malik olduqları barədə konkret hec nə demədi. O, məsələnin ciddi olduğunu və vəziyyəti dəqiqləşdirmək üçün bəzi sənədlərin qaldırılmasının zəruriliyini vurğuladı. Səməd Seyidov yaxın vaxtlarda məsələni araşdırıb bu barədə «Azadlıq» radiosuna açiqlama verəcəyini də bildirdi.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynov isə, bir neçə gün əvvəl «Azadlıq» radiosuna demişdi ki, layihənin müzakirəsində bəzi iradlarını bildirəcəklər: «İradlar isə daha çox sənədin balans naminə hər üç Cənubi Qafqaz respublikasını əhatə etməsiylə bağlıdır». Onun sözlərinə görə, Azərbaycan tərəfi öz qaçqınlarıyla bağlı ayrıca məruzə hazırlanmasını istəyir.


Qətnamənin AŞ PA-nın aprel sessiyasında qəbul ediləcəyi gözlənilir.


XS
SM
MD
LG