Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:13

"Gərək bina uça uşaqların başına?"


İllüstrasiya
İllüstrasiya

►“Kəndimizdəki məktəb ömrünü çoxdan başa vurub. Sovet dağılandan burada təmir-tikinti işləri aparılmayıb.

Dam örtüyü, demək olar ki, yoxdur, çürüyüb. Bir sözlə, bu məktəbi ya əsaslı təmir etmək, ya da söküb özüldən təzəsini tikmək lazımdır”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Qax rayonunun Əlibəyli kənd sakini Georgi Maqalaşvili deyir. Onun sözlərinə görə, kənddə yerləşən orta məktəb bərbad gündədir. Sakinlərin əlaqədar qurumlara ünvanladıqları müraciətlər isə cavabsız qalıb:

“GƏRƏK BİNA UÇA UŞAQLARIN BAŞINA...”

“Məktəbin pəncərələrinin şüşələri yoxdur, pis vəziyyətdədir. Vaxtaşırı yağan yağışlar isə məktəbi daha da pis günə qoyub. Yağış suları sinif otaqlarına, zirzəmiyə yığılır. Şagirdlər suyun içində dərs keçirlər. Bir sözlə, məktəbimiz fəlakət içindədir. Hal-hazırda mən uşaqlarımı dərsə getməyə qoymuram”.

Kənd sakinləri məktəbin vəziyyəti ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinə, yerli icra hakimiyyətinə, təhsil şöbəsinə müraciət ediblər. Müsbət cavab almayıblar.

Maqalaşvili:

“Bilmirik nəyi gözləyirlər. Gərək bina uça uşaqların başına, ondan sonra tədbir görsünlər”.

Buna da bax: Müxalifətçi 21 ildən sonra həbsdən buraxılıb- [video]

DƏRSDƏ GÖDƏKCƏDƏ OTURURLAR

Heç bir şəraiti olmayan, sınıq-salxaq partaları olan sinif otaqlarının istilik təchizatı da yoxdur. Məktəbin dəhlizində və sinif otaqlarının bir çoxunda döşəmə tamamilə çürüyüb, otaqların tavanına yamaqlar vurulub. Soyuq hava sınıq-salxaq qapı-pəncərədən, taxtası çürümüş döşəmədəki məsamələrdən içəri daxil olur.

Məktəbdə istilik sistemi olmadığından, şagirdlər sinif otaqlarında gödəkcədə otururlar.

İş orasındadır ki, burada təhsil alan şagirdlərin və dərs deyən müəllimlərin problemi təkcə məktəbin təmirsizliyi deyil. Sakin deyir, siniflərdə parta, stul, lövhə, bir sözlə, tədris üçün başqa ləvazimat və avadanlıqlar yoxdur.

Qax rayon İcra Hakimiyyəti isə bildirir ki, şagirdlər qəzalı məktəbdə müvəqqəti təhsil alırlar. Yaxın vaxtlarda kənddə yeni məktəbin inşası gözlənilir.

XS
SM
MD
LG