Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:28

Taksi sürücüləri prezidentə üz tutdu


İllüstrasiya
İllüstrasiya

►“Prezident eşitsə, dərdimizə əlac edər”

Bir qrup taksi sürücüsü onlar üçün dayanacaq yaradılmasını istəyirlər. Söhbət Bakının Səbael rayonu ərazisində, Nizami Gəncəvinin heykəlinin yanında fəaliyyət göstərən sürücülərdən gedir.

Sürücülərdən biri - Azər Abbasov iddia edir ki, Bakı Şəhər İcra Hakimiyyətində onlardan rüşvət istənilir:

“Burada taksi fəaliyyəti ilə məşğul olan 70-ə yaxın sürücü evinə çörəkpulu aparır. Bir bu qədər ailəni didərgin ediblər. Bunun üçün Bakı Şəhər İcra Hakimiyyəti bizdən pul istəyir. Axı nəyə görə burada taksi dayanacağının olmasına icazə verilmir? Qadağandırsa, pul da istəməsinlər. Prezident deyir ki, “sahibkarları incitməyin”. Əgər prezident eşitsə, bizim dərdimizə əlac edər”.

YOL POLİSİ HƏFTƏDƏ BİR DƏFƏ BİZİ CƏRMƏLƏYİR

Şikayətçinin sözlərinə görə, hazırda onlar yalnız yol polisləri və yanacaqdoldurma məntəqələri üçün işləyirlər:

“Qazandığımızın hamısı başqalarının cibinə gedir. Yol polisi həftədə bir dəfə bizi 40 manat cərmələyir. Hər ay Nəqliyyat Departamentinə 60 manat, lisenziya üçün 57 manat, sosial vergi üçün 21 manat ödəyirəm. Həmçinin, təzə qərara görə, aylıq 5 manat da burda dayandığım üçün verirəm”.

"PUL İSTƏNİLƏ BİLMƏZ"

Bakı Şəhər İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildirdilər ki, taksi dayanacağının yaradılması üçün rüşvət istənilməsi iddiaları həqiqətə uyğun deyil:

“Ümumiyyətlə, Bakı şəhərində taksilərin dayanması üçün xüsusi yerlər ayrılıb. Həmin taksi sürücüləri də həmin yerlərdə dayana bilərlər. Vacib deyil ki, onlar elə Nizami heykəlinin yanında dayansınlar. O ərazidə həmişə dövlət tədbirləri olur. Ora boş ərazi deyil ki, nəqliyyat vasitələrinə, piyadaya mane olunmasın”.

XS
SM
MD
LG