Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:12

Taliban beynəlxalq yardım istəyir


Əfqanıstanda zəlzələ
Əfqanıstanda zəlzələ

ABŞ Prezidenti Co Bayden USAID və digər federal qurumlara zəlzələ qurbanlarına mümkün köməyi dəyərləndirmək göstərişi verib

Əfqanıstanın şərqində azı min nəfərin ölməsi, 1500 nəfərin yaralanmasına səbəb olmuş zəlzələ zonasında xilasetmə işləri yubanır. Xilasedicilərn işini bərbad yollar və leysan yağışlar əngəlləyir. Ölkəni idarə edən Talibam qruplaşması isə beynəlxalq ictimaiyyətdən yardım istəyir.

İyunun 22-də səhər Kabildən 160 km cənub-şərqdə 6.1 bal gücündə zəlzələ baş verib. Pakistanla sərhədə yaxın dağlıq ərazidə kiçik yaşayış məntəqələri yerləşir.

“Əraziyə gedib çıxa bilmirik, şəbəkələr zəifdir, yeni məlumatlar almağa çalışırıq”, – zəlzələdən ən çox ziyan görmüş Paktika vilayətində Talibanın baş hərbi komandirinin sözçüsü Məhəmməd İsmayıl Müaviyyə “Reuters”ə mobil telefon şəbəkələri haqda danışarkən deyib.

Müaviyyə 3 mindən çox evin dağıldığını vurğulayıb.

“Əfqan xalqıyla əl-ələ vermək”

Talibanın ali lideri Heybətulla Axundzadə bəyanatında beynəlxalq ictimaiyyəti, xeyriyyə qurumlarını, humanitar təşkilatları “bu böyük faciədə əfqan xalqıyla əl-ələ verməyə” çağırıb.

Təbii fəlakət Talibanın başçılıq etdiyi hökumətə problemlər yaradır. Qadınlar və qızlarla bağlı sərt şəriət siyasəti yürüdən qruplaşma dünyadan təcrid edilib. Ölkə onsuz da ağır humanitar fəlakətlə mübarizə aparır. Taliban ötən avqustda hakimiyyəti ələ keçirəndən durum daha da pisləşib.

Bu zəlzələ son 20 ilin ən ağır fəlakəti sayılır 2002-ci ildə Əfqanıstanın şimalında oxşar güclü zəlzələdə minədək insan həlak olmuşdu.

Talibanın Daxili İşlər Nazirliyinin sözçüsü Səlahəddin Əyyubi deyib ki, dağlardakı ucqar yerlərdən informasiya yığmaq vaxt alacaq. O, xilasetmə işlərinə vertolyotların cəlb olunduğunu vurğulayıb.

Bayden göstəriş verib

ABŞ Prezidenti Co Bayden USAID və digər federal qurumlara zəlzələ qurbanlarına mümkün köməyi dəyərləndirmək göstərişi verib.

“Əfqan xalqının ehtiyaclarına dəstəyi davam etdirməyə sadiqik, bu dəhşətli faciədə onların yanındayıq”, – Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.

BMT isə tibbi komandalar, tibbi ləvazimat ayırdığını, amma Əfqanıstanda axtarış və xilasetmə işləri görmək gücündə olmadığını bildirib.

BMT-nin Baş katibi Antonio Quterres qlobal agentliyin kömək üçün “tam səfərbər” olduğunu deyib.

“İllərdir münaqişədən, iqtisadi çətinlik və aclıqdan əziyyət çəkən Əfqanıstanın xalqının dərdini bölüşürəm”, – o, bəyanatında deyib.

XS
SM
MD
LG