Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:44

Müsəlmanlar fəallaşır


Donald Trump
Donald Trump

►Trumpın müsəlmanlara qarşı yönəlmiş təklifləri Amerika müsəlmanlarını qəzəbləndirib

ABŞ-ın ən böyük müsəlman təşkilatlarından olan Amerika-İslam Münasibətləri Şurası (CAIR) bildirir ki, 2012-ci ildən bəri 300 000-dən çox müsəlman seçici qeydiyyatından keçib.

Qurum hesablamanı seçici siyahılarındakı müsəlman adlarını saymaqla həyata keçirib.

Təşkilat belə nəticəyə gəlib ki, hazırda ölkədə 824 000 qeydiyyatdan keçmiş müsəlman seçici var. CAIR bildirir ki, 2012-ci ildə bu rəqəm 500 000 olub.

Şura adlar siyahısını hazırlayarkən icma mütəxəssisləri ilə məsləhətləşib və körpələrə ad seçmək üçün istifadə olunan İnternet səhifələrindən istifadə edib. Bu adların arasında həm ərəb və türk mənşəli, həm də Cənubi Asiya və Mərkəzi Avropa üçün xarakterik olan adlar var.

"Pew" Tədqiqat Mərkəzinin 2011-ci ildə apardığı araşdırmanın nəticələrinə görə, ABŞ-da 2,75 milyon müsəlman yaşayır. Onların böyük əksəriyyəti - 63%-i mühacirlərdir. "Pew"nun digər bir hesablamasına görə, 2015-ci ildə ABŞ-da yaşayan müsəlmanların sayı 3,3 milyon olub.

Şuranın hökumət işləri üzrə direktoru Robert McCaw deyir ki, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trumpın müsəlmanlara qarşı yönəlmiş təklifləri Amerika müsəlmanlarını qəzəbləndirib.

____________________________________________________________

Bunlara da bax:
Cəbhəçi gəncin cəzası azaldıldı (Yenilənib)
5-10 avro üçün fahişəliyə məcbur olan miqrantlar- [video]

____________________________________________________________

Onun sözlərinə görə, bu onların özlərini Amerika vətəndaşı kimi təsdiq etmək istəyini artırıb. Bunu etməyinsə ən yaxşı yolu məhz seçici kimi qeydiyyatdan keçməkdir.

Şura iyun ayında "Müsəlmanlar səs verir" adlı tərəfsiz kampaniyaya başlayıb. Kampaniyanın məqsədi 2016-cı ilin seçki dövründə müsəlmanların iştirakını gücləndirməkdir. Kampaniya müsəlmanları seçki ilə bağlı könüllülük fəaliyyəti ilə məşğul olmağa, seçici kimi qeydiyyatdan keçməyə, namizəd forumlarına ev sahibliyi etməyə və başqa bu kimi işlər görməyə çağırır. McCaw deyir ki, CAIR müsəlmanların seçici fəallığını artırmaq üçün başqa qurumlarla əməkdaşlıq edir və seçkilərə qədər daha minlərlə müsəlmanın qeydiyyatdan keçməsinə ümid edir.

Şura liderlərinin sözlərinə görə, seçici kimi qeydiyyatdan keçmiş müsəlmanların sayı hətta bundan da çox ola bilər. Belə ki, İslama yeni gəlmiş insanların arasında öz adlarını saxlamış, ənənəvi müsəlman adları ilə tanınmayan insanlar da var. CAIR hesablama zamanı adlar siyahısına digər dini icmalar arasında da geniş yayılmış adları daxil etməyib. Bunların arasında Sarah, Adam və Omar kimi adlar var.

Buna da bax: London meri Trump-un təklifini rədd elədi

London meri Trump-un təklifini rədd elədi
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 22 iyun

Rusiya doğrudan da Qarabağ problemini həll etmək istəsə, Azərbaycana nə qayrarıla, əvəzində Rusiya nə istəyə bilər?
Günün əsas hadisələri Azadlıq Radiosunda - 22 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 22 iyun

Z.Əlizadə:"Münaqişə danışıqla həll olunmayacaq"
XS
SM
MD
LG