Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:24

Generalın qətliylə bağlı həbs olunmuş daha bir hərbiçi azadlığa çıxdı


R. Rzayev fevralın 11-də odlu silahdan açılan bir atəşlə qətlə yetirilib
Müdafiə nazirinin müavini general Rail Rzayevin qətliylə bağlı həbs olunmuş daha bir hərbiçi azadlığa buraxılıb. Hüquq-mühafizə orqanlarından AzadlıqRadiosuna verilən məlumata görə, polkovnik-leytenant Fuad Ağarzayev barəsində həbs-qətimkanı tədbiri dəyişdirilib.

Fuad Ağarzayev R.Rzayevin qohumudur və o, Hərbi Hava Qüvvələrində çalışır. O qətl hadisəsilə bağlı istintaqa cəlb olunmuş və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Bir neçə gün öncə isə qətllə bağlı həbs edilən Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının Tibb Xidməti rəisi Natiq İbayev və Hərbi Hava Qüvvələrinin digər zabiti, kapitan Ramin Nağıyev Bakı Hərbi Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

R. Rzayev fevralın 11-də odlu silahdan açılan bir atəşlə qətlə yetirilib. Qətllə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən CM-in 120.2.5 (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və toxumalarından istifadə etmə məqsədilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
XS
SM
MD
LG