Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:13

Ukrayna prezidenti kim olacaq: Yanukoviç yoxsa Timoşenko?


Ukrayna prezidenti seçkilərində səsvermə başa çatıb. Ölkənin mərkəzi seçki komissiyası ilkin nəticələri yanvarın 18-də açıqlayacağını bildirib. Lakin exit polların – seçki məntəqələrində aparılan sorğuların – nəticələri əsas mübarizənin müxalif Regionalr partiyasının rəhbəri Viktor Yanukoviç və baş nazir Yliya Timoşenko arasında gedəcəyindən xəbər verir. Onlardan heç biri qələbə üçün lazım olan səslərin 50 fazizini toplaya bilməyib.

Müxtəlif exit-pollar Yanukoviçin 31-34 faiz səs topladığını göstərir. Bu sorğular 25-27 faizlə ikinci nəticəni Yuliya Timoşenkoya verir. Sosioloqların fikrincə, fərq böyük deyil və seçkilərin ikinci turunda Timoşenko digər namizədlərin elektorat dəstəyini qazana bilər. Lakin əksinə də ola bilər.

Exit-poll sorğularında üçüncü nəticə göstərən bankir Serqey Tiqipko liderlərdən xeyli geridə qalır.

Ekspertlər hazırki ölkə prezidenti Viktor Yuşenkonun zəif nəticələrini də vurğulayırlar. Exit-pollar onun ancaq 5-ci yerdə qərarlaşacağından xəbər verir.

Seçki aktivliyi əvvəlki seçkilərə nisbətən aşağıdır – müxtəlif mənbələrə əsasən 50-60 faiz arasıdır.

Yanukoviçin liderliyinin səbəblərindən biri kimi də məhz onun tərəfdarlarının üstünlük təşkil etdiyi Şərq vilayətlərində seçki aktivliyinin daha çox olması göstərilir. Ən böyük aktivlik Luqansk və Zaporojye vilayətlərində, ən zəif isə - Zakarpatye vilayətində qeydə alınınb.

Seçki pozunutularından daha çox seçki siyahılarında adamların adının olmaması və seçki bülletenlərinin çatışmaması qeydə alınıb.

Müxtəlid exit-polların nəticələri belədir:

“Savik Şuster Studio”

Yanukoviç – 34,7%

Timoşenko – 25%

Tiqipko – 13,2%

Yatsenyuk – 7.1%

Yuşenko – 5,8%

TK “İCTV”

Yanukoviç – 35,06%

Timoşenko – 25,72%

Tiqipko – 13,41%

Yatsenyuk – 6.87%

Yuşenko – 5,61%

Milli Ekzit Poll

Yanukoviç – 31,5%

Timoşenko – 27,2%

Tiqipko – 13,5%

Yatsenyuk – 7.8%

Yuşenko – 6,0%

R&B

Yanukoviç – 37,66%

Timoşenko – 26,13%

Tiqipko – 11,64%

Yatsenyuk – 7,09%

Yuşenko – 5,12%

АИФ

Yanukoviç – 34,7%

Timoşenko – 24,8%

Tiqipko – 11,5%

Yatsenyuk – 8.9%

Yuşenko – 5,4%

İNTER

Yanukoviç – 36,6%

Timoşenko – 25,8%

Tiqipko – 13,5%

Yatsenyuk – 6,6%

Yuşenko – 5,2%

Simonenko – 3,2%

Litvin – 2%


***

Bakı vaxtı ilə 17:00 olan məlumata görə, seçicilərin 44, 55 faizi səsvermədə iştirak edib. Bu, 38 seçki dairəsi üzrə əldə edilən məlumatdır. Ölkə üzrə 225 seçki dairəsi var.

***

İlk 3 saat ərzində seçkidə 15 faiz seçici iştirak edib

Ukraynada prezident seçkilərinin ilk 3 saatı ərzində 15 faizdən bir qədər artıq seçici səs verib.

Ən çox fəallıq Luqansk vilayətində, ən aşağı göstərici isə İvano-Frankovskda qeydə alınıb.

Prezidentlik uğrunda 18 namizəd mübarizə aparır.

Əgər namizədlərdən heç biri lazım olan 50 faiz səsi yığa bilməsə, fevralın 7-də təkrar seçki keçiriləcək.

***

Yerli vaxtla saat 20-də bütün məntəqələr bağlanacaq.

Həmçinin səs vermək üçün 76 xarici ölkədə 113 məntəqə açılıb.

İndiki prezident Viktor Yuşşenko da daxil olmaqla prezidentlik uğrunda 18 namizəd mübarizə aparır.

Əsas mübarizənin Regionlar Partiyasının lideri Viktor Yanukoviçlə baş nazir Yuliya Timoşenko arasında olacağı gözlənilir.

Rəy sorğularında Yanukoviç irəlidə gedir.

ATƏT seçkiləri izləmək üçün Ukraynaya 600 müşahidəçi göndərib.

Bu indiki prezident Viktor Yuşşenkonun hakimiyyətə gəldiyi «narıncı inqilab»dan sonra ölkədə keçirilən ilk prezident seçkisidir.

























































XS
SM
MD
LG